Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-949/2020 29.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs "xxxx" ASC-nə (Cavabdeh3 İKB ASC-nə) qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh3 İKB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh3 İKB Açıq SəhmdarCəmiyyətinin 13 saylı filialı ilə onun arasında bağlanmış 02 sentyabr 2015-cü il tarixli kredit müqaviləsinə əsasən ona kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (cavabdehin hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankının) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-949/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası cavabdehlər siyahısından çıxarılmış, cavabdeh "xxxx" ASC-nin hüquqi statusu cavabdehdən üçüncü şəxsə dəyişdirilmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin adı "xxxx" ASC-nə dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 İKB Açıq Səhmdar Cəmiyyətinin 13 saylı filialı arasında 02 sentyabr 2015-cü il tarixli kredit müqaviləsi bağlanaraq həmin bankdan 2.000 ABŞ dolları kredit pul götürmüşdür.Baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına məzənnəsinin yüksəlməsi onun götürdüyü kredit borcunun məbləğinin manatla hesablamada artmasına səbəb olduşdu. Buna baxmayaraq 26 yanvar 2018-ci il tarixdə Cavabdeh3 İKB- dən 2000 ABŞ (həmin dövr üçün dolların məzənnəsi manata nisbətdə 0,78 manat təşkil edirdi) dolları müqabilində 5663,62 manat pul ödəyərək kredit borcunu tam ödəmişdir. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müddəalarından irəli gələn tapşırıq və tövsiyyələrə görə dollarla olan kredit borclarına ayrılıqda kompensasiya hesablanmalı, faiz, cərimə, dəbbə və peniyalar silinməlidir.Belə ki, 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi nəzərdə tutulur. Lakin cavabdeh təşkilat ona hesablanmalı olan kompensasiyanı hesablayıb vermir, ona münasibətdə ölkə Prezidentinin Fərmanını icra etmir, bankdan ona bildirilər ki, guya onun adı elektron sistemə düşməyib, ona görə də ona kompensasiyanı ödəmirlər. Bu hərəkətlər qanunsuzdur, həm Bank, həm də cavabdeh onun hüququnu pozur, Prezidentin Sərəncamından irəli gələn vəzifələrini yerinə yetirmirlər.O hər iki təşkilata rəsmi müraciət etmiş, lakin onlar ona heç cavab da verməmişlər. Hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC (rebrendinqdən sonra "xxxx" ASC) arasında xx.xx.2015-ci il tarixində 2.000 ABŞ ddolları dəyərində kredit xətti müqaviləsinin bağlanılmasına dair qeydlər daxil edilsə də, bank tərəfindən devalvasiyanın baş verdiyi xx.xx.2015-ci il tarixinə bu kredit üzrə borclunun kredit borcunun olması ilə bağlı hər hansı məlumat ötürülməmişdir. Bu səbəbdən sözügedən kredit xətti müqaviləsi üzrə İddiaçı adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir.Bununla belə məhkəmə sərənamına əsasən Mərkəzi Bank tərəfindən sözügedən müqavilə ilə bağlı "xxxx" ASC-yə müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş arayış və hesabdan çıxarışdan aydın olmuşdur ki, xx.xx.2015-ci il tarixli, 25-Y-1-0-205-15 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2015-ci il tarixinə əsas borcu 1.795,10 ABŞ dolları təşkil etmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.077,06 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 28 iyun tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh3 İKB ASC ilə İddiaçı arasında bağlanmış 25-Y-1-0-205- 15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 27,9 faizlə, 12 ay müddətinə, 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş SF-23259 saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı Cavabdeh3 İKB ASC ilə bağlanmış 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2000 ABŞ dolları əsas borcunu xx.xx.2016-cı il tarixdə ödəmişdir. Həmin kredit müqaviləsi borcalanın bağlanmış öhdəliklərinin siyahısında qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə Cavabdeh3 İKB ASC-nə ilə İddiaçı arasında bağlanmış 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin və kredit müqaviləsinin təsdiq edilmiş surəti sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" (Cavabdeh3 İKB) ASC ilə İddiaçı arasında bağlanmış 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin və hesabdan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba qoşma olaraq əlavə edilmiş hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunu xx.xx.2016-cı il tarixdə tam ödəmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 25-Y-1- 0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" (Cavabdeh3 İKB) ASC-dən12 ay müddətinə, 2000 ABŞ dolları məbləğində kredit götürmüş və öhdəliklərini vaxtında tam icra etmişdir. İddiaçı götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyini, buna görə də üzləşdiyi maliyyə itkisinin əvəzi olaraq kompensasiya ödənilməsini tələb edir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatasına müraciət etsə də, onun müraciətinə baxılaraq cavab verilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə ərizəyə cavab verilməməsini imtina olaraq qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, cavabdeh iddiaçının yuxarıda göstərilən Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməməsinə əsas olaraq X1 Kredit Reyestrinin və Fərman çərçivəsində yaradılmış məlumat bazasına əsasən kredit müqaviləsinə dair qeydlər daxil edilsə də, bank tərəfindən devalvasiya baş verdiyi xx.xx.2015-ci il tarixinə bu kredit üzrə borclunun kredit borcunun olması ilə bağlı hər hansı məlumatın ötürülmədiyini, bu səbəbdən də iddiaçının Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilmədiyi göstərilmişdir. Halbuki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış üzrə iddiaçının həmin kredit müqaviləsi üzrə öhdəliklərini bağladığı, sonuncu ödənişin xx.xx.2016-cıil tarixdə aparıldığı qeyd edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. İddiaçı ilə kredit təşkilatı arasında kredit müqaviləsi 02 sentyabr 2015-ci il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur və iddiaçı ona kompensasiyanın ödənilməsi tələbində haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində "xxxx" (Cavabdeh3 İKB ASC) ilə İddiaçı arasında bağlanmış 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində "xxxx" (Cavabdeh3 İKB ASC) ilə İddiaçı arasında bağlanmış 25-Y-1-0-205-15 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiya məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-949/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-949/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver