Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-949/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısından çıxarılaraq, yenidən “hərbiçi ailəsi” kimi mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qaytarılması, payına düşəcək torpaq sahəsi və ya mənzil ilə təmin olunması, torpaq sahəsi və ya mənzil verilmədiyi müddətdə onun əvəzinə kirayə haqqı ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 104 saylı sərəncamına dəyişiklik edilməsi barədə Binəqədi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 294 saylı sərəncamının ləğv edilərək, Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 104 saylı sərəncamının qüvvədə saxlanılması, yəni vətəndaş İddiaçı ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısından çıxarılaraq yenidən "hərbiçi ailəsi" kimi mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qaytarılması, onun payına düşəcək torpaq sahəsi və ya mənzil ilə təmin olunması, torpaq sahəsi və ya mənzil verilmədiyi müddətdə onun əvəzinə kirayə haqqı ödənilməsi barədə Binəqədi İcra hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, xx xxxxxxx 1999-cu ildə X6 ilə rəsmi nikaha daxil olmuş, birgə nigahlarından 3 qız övladları doğulmuşdur. 1974-cü il təvəllüdlü X2 xx.xx.1992-ci ildən Azərbaycan Ordusunda xidmətə qəbul olunaraq, N saylı hərbi hissədə hərbi xidmətini başa vuraraq, baş gizir rütbəsinə qədər yüksəlmişdir. X2 AR Müdafiə Nazirliyində 17 ildən artıq xidmət etmiş, xidmət etdiyi zaman xəstəliyə tutulmuşdur. 2005-ci ildə öz vəzifə borclarını yerinə yetirərkən iş yerində İ dəfə ürək tutması keçirtmiş, Müdafiə Nazirliyi tərəfindən müalicəsi üçün Türkiyə Respublikasının Gülhanə xəstəxanasına göndərilməsinə baxmayaraq o, İİ dəfə yenə iş yerində ürək tutması keçirərək xx.xx.2009-cu ildə kəskin ürək çatışmazlığından ölmüşdür. Əri öldükdən sonra o, 3 övladı ilə evsiz qalmışdır. O, 11 nəfər ailə tərkibi ilə (özü, 3 qızı, qaynatası, baldızısı və 3 qohumu) 2007-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, 1-ci sıra , 197 saylı evə pasport qeydiyyatına alınmışdır. Lakın orada şərait yaxşı olmadığından uşaqları ilə birgə müvəqqəti olaraq atasının evinə köçmüşdür. Orada da ev darısqal olduğundan, övladları ilə birlikdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli arayışa əsasən ona İİ dərəcəli əlillik təyin olunmuşdur. Mərhum ərinə görə aldığı təqaüd müalicəsinə və dərmanlarına xərclənir. Kirayə haqqını ödəməyə imkanı çatmır. Belə ki, Binəqədi rayon İcra hakimiyyətinin xx xxxx 2010-cu il tarixli 104 saylı sərəncamına əsasən o, və 3 qızı yaşayış yeri üzrə mənzil növbəsinə götürülərək, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Lakin buna baxmayaraq, hər dəfə müraciət etdikdə, növbəyə götürülməsindən 9 il keçməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu məqsədlə mənzil sahələri tikilmədiyi, mənzil fondunun balansında boş yaşayış sahəsi olduqda, növbəlilik əsasında mənzil ayrılacaq cavabı verilərək süründürməçiliyə məruz qalmışdır. Sonradan Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.06.10-cu il tarixli 104 saylı sərəncamında dəyişiklik edilərək “hərbiçi ailəsi kimi” sözləri çıxarılaraq, o, yaşayış yeri üzrə mənzil növbəsinə ümumi əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına xx.xx.2010-cu il tarixdən, ümumi xəstəlikdən 2-ci qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, mənzillə təmin olunması haqda müraciəti baxılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Növbəti dəfə o, Binəqədi rayon İcra hakimiyyətində qəbulda olduqda xx xxxxxx 1991-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 21-ci maddələrinin ona şamil olunmadığı, Nazirlər Kabinetinin qərarı və Mənzil Məcəlləsinə əsasən hərbi qulluqçu öldükən sonra ona verilən imtiyazların ailəsinə şamil olunmadığı söylənilmişdir. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdikdə, xx xxxxxx 1991-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi əsas gətirilərək İcra başçıları tərəfindən 6 aydan gec olmayaraq mənzil növbəsinə götürülməli və yaşayış sahəsi ilə təmin olunması haqqında müraciətini cavablandırıb, işini Binəqədi rayon İcra hakimiyyətinə yönəltmişdir. Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubununda “Hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəaları mərhum X4 ailə üzvlərinə də şamil edilməsi qanunvericiliyə uyğun olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, hazırda mübahisələndirilən Bakı şəhəri Binəqədi rayon İHB-nın xx.xx.2016-cı il tarixli 294 saylı sərəncamının ona 2016-cı ildə icra hakimiyyətinə dəvət olunaraq, orada rəsmi qaydada təqdim olunduğunu, lakin o zaman hüquqlarının pozulduğunu bilmədiyi üçün sərəncamı mübahisələndirmədiyini, hüquqlarının pozulduğunu bildikdə isə vəkilə müraciət etdiyini və bundan sonra dekabr 2020-ci il tarixdə icra hakimiyətinə yenidən müraciət edərək, sərəncamın ona təqdim olunmasını xahiş etdiyini, sonuncu dəfə sərəncamın yenidən ona xx.xx.2021-ci il tarixdə təqdim olunduğunu bildirərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi-X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, hazırda mübahisələndirilən Bakı şəhəri Binəqədi rayon İHB-nın xx.xx.2016-cı il tarixli 294 saylı sərəncamının iddiaçıya 2016-cı ildə icra hakimiyyətinə dəvət olunmaqla, orada rəsmi qaydada təqdim olunduğunu, ötən müddət ərzində iddiaçı tərəfindən həmin sərəncamın mübahisələndirilmədiyini, bundan sonra dekabr 2020-ci il tarixdə iddiaçının icra hakimiyətinə yenidən müraciət edərək, sərəncamın ona təkrar təqdim olunmasını xahiş etdiyini, sonuncu dəfə sərəncamın yenidən sonuncuya xx.xx.2021-ci il tarixdə təqdim olunduğunu bildirərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Nikahın bağlanması haqqında şəhadətnamənin (Vİİ-JQ seriyalı 384923 №li) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 ilə X1 xx.xx.1999-cu ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin (AZ-İ seriyalı 355440 №li) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 104 №-li xx.xx.2010-cu il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü və 3 qızı) yaşayış yeri üzrə Binəqədi rayon İcra hakimiyyətində mənzil növbəsinə götürülməsi, onun hərbiçi ailəsi olduğunun nəzərə alaraq, mənzil növbəsinin güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 294 №-li xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 104 saylı sərəncamında dəyişiklik edilərək, “hərbiçi ailəsi kimi” sözləri çıxarılmış və vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsi ümumi əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına xx.xx.2010-cu il tarixindən, ümumi xəstəlikdən İİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına isə hazıki (sərəncamın qəbul edildiyi) vaxtdan daxil edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra hakimiyyətinə ünvanlanmış və üzərinə sonuncunun “Daxil olma” ştampı vurulmuş ərizənin surətindən görünür ki, İddiaçı 2016-cı ildə ona mənzil növbəsi barəsində verilmiş sərəncamı itirdiyini göstərərək, arxivdən yenidən sərəncamın ona verilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinin İddiaçı ünvanlanmış 02/09-11-11/Q- 169-068 №li xx.xx.2020-ci il tarixli məktubundan, ona əlavə olunmuş sərəncamın təsdiq olunmuş surətindən və poçt zərfindən görünür ki, sonuncunun xx.xx.2020-ci il tarixli müraciətinə əsasən Binəqədi rayon İHB-nın xx.xx.2016-cı il tarixli 294 saylı sərəncamının surəti təkrarən ona xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, həmin sənəd xx.xx.2021-ci ildə poçt tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada imza olunmaqla İddiaçı təqdim olumuşdur. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin 294 saylı xx.xx.2016-cı il tarixli sərəncamın ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 294 №-li xx.xx.2016-cı il tarixli sərəncamının (sərəncamın surəti iddia ərizəsinə əlavə olunmuşdur) ləğv olunması barədə iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə sürətli poçta təqdim olunmuş və həmin iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (dekabr 2016-cı il) 3 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia sərəncamın ləğv olunması hissəsində mümkün sayılmamalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər tələblər də, mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı olduğundan həmin hissələrdə də iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-949/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-949/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver