Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9492/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Müdafiə Nazirliyində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.1996cı ildən xx.xx.1999- cu il tarixədək BAHDM-də , xx.xx.1999-cu ildən xx.xx.1999 cu il tarixədək 3N9 saylı hərbi hissədə, 14.N8. 1999-cu ildən xx.xx.2NN2-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2NN2-ci ildən xx.xx.2NN7-ci il tarixədək 67N saylı hərbi hissədə, xx.xx.2NN7-ci ildən xx.xx.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2N12-ci il tarixli N46 saylı əmrinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata tərxis edilmişdir. 2N12-ci ildən ona İİ qrup əlillik təyin edilmişdir (hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar). 2N15-ci ildə mənə təyin edilmiş əlilliyin səbəbi dəyişdirilmişdir. (Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır). Lakin 2N22-ci ildə ona təyin edilmiş əlillik ləğv edilmişdir. Bundan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. 29 yanvar 2N24-cü il tarixdə sonuncu əyani müayinədən keçmişdir. Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhləsində, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması.L5-S1 fəqərəarası diskin yırtığına görə aparılmış (2NN4) interlaminar L5 diskektomiya əməliyyatının nəticəsi, L4-S1 fəqərəarası diskin protrusiyası, L5-S1 fəqərəarası diskin ekstruziyası, funksiyanın cüzi dərəcədə pozulması ilə . Nadir hallarda kəskinləşən, residiv verən diskogen mənşəli, xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Burun tənəffüsünü cüzi pozulması ilə burun arakəsməsinin əyriliyi. Sol böyrəyin solitar kistası, ifrazat funksiyasının pozulmaması ilə. Düyünlü ur. (birinci) dərəcə, funksiyanın pozulmaması ilə“ (SQ BKH-dan verilmiş xx.xx.2N12-ci il tarixli 864 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” və xx.xx.1993-cü il tarixdə döyüş əməliyyatı zamanı aldığı, 28.N4.15 2N15-ci il tarixdə MN MTE və PAM-də canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: qəlpə yaralanmasından sonra başın sol gicgah, sol alın gicgah, sol alın, ön alın nahiyyəsində, sol burun qanadında, sol çənəaltı nahiyyədə, sağ əl pəncəsinin arxa səthində, sol baldırın 1/3-nin bayır səthində çapıq toxumaları (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Səbail rayon idarəsinin xx.xx.2N23-cü il tarixli 3-43-8N/2-2N/2N23 nömrəli göndərişi, xx.xx.2N23-cü il tarixli 5 nömrəli arayışı, MN MTE və PAM-nın xx.xx.2N15-ci il tarixli 128 nömrəli Aktı, ilə təsdiq edilir) “Hərbi travmadı , Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” . Eyni zamanda iddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları , yaddaşın enməsi ilə, yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi , kobud davranış pozuntuları, yaddaşın enməsi ilə radikulopatiya və s. diaqnozu ilə xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Reepublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2N24-cü il tarixli, 17-4/2-Ə-1N365/2N24 saylı məktubla iddiaçıya imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmməmişdir. İddiaçı xx.xx.2N24-cü il tarixli məhkəmə iclasında iddia tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2N12-ci il tarixdə baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N13-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N14-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Xroniki C virus hepatiti Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N15-ci il tarixdə baxılmış və “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Pstkontuzion sindrom., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travmalar səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N16-cı il tarixdə baxılmış və “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Postkontuzion sindrom., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travmalar səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N21-ci il tarixdə baxılmış və “Diaqnozun mətni: Baş beyin diffuz travması, Qəlpə yaralanmasından sonra başın sol gicgah, sol alın-gicgah, sol alın, ön alın nahiyəsində, sol burun qanadında, sol çənəaltı nahiyədə, sağ əl pəncənin arxa səthində, sol baldırın yuxarı 1/3-nin bayır səthində çapıq toxumaları” göndərişin natamam doldurulması, səbəb: Travmanın nəticəsində yaranan ağırlaşmalar bardə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2N22ci il tarixli, **********78 nömrəli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N23-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Yüngül kognitiv pozuntu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Radikulopatiya.” diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 15 fevral 2N24-cü il tarixli, 3-17-4/3-3-1218/2N24 nömrəli qərarında qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2N24-cü il tarixində aşağıda adları göstərilən 22 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2N22-ci il tarixli 269NNN4AA7AL nömrəli ambulator kitabçadan çıxarışında diaqnoz “İnsulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2N22-ci il tarixli kompüter EEQ müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin artması, diensefal disfunksiya əlamətləri, vegetativ paroksizlmlərə nəzərə çarpan meyilliyi və diffuz tipli səyişiklikləri müşahidə olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2N23-xx.xx.2N23-cü il tarixli 8211/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular, yaddaşın enməsi ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2N23-cü il tarixli 1528 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular, yaddaşın enməsi, tez-tez dekompensasiya halları” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Mərkəzi Klinikanın xx.xx.2N23-cü il tarixli Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticəsi Beynin orta dərəcəli diffuz atrofiyası. Beynin hər iki hemisferlərində (periventrikulyar subkortikal ağ maddədə, sentrum semiovalelərdə) kiçik postangiopatik glioz ocağları” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Psixi statusunda ünsiyyətdə sərbəst olmuş, sualları qavramış, mahiyyətinə uyğun cavablar vermiş, koqnitiv fəaliyyəti, emosional reaksiyaları yaşa uyğun olmuş, patoloji affekt izlənilməmiş, hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntu əlamətləri izlənilməmişdir. İddiaçı barəsində tərtib edilmiş 2 nömrəli X2 xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli tibbi göndərişindən görünür ki, iddiaçının diaqnozu aşağıdakı kimi olmuşdur: -Əsas diaqnoz FN7.N: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN7.8: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN6.7: Yüngül koqnitiv pozuntu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2N24-cü il tarixli 2833 saylı rəyində qeyd olunur ki, Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən instrumental müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1964-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: 2-ci sual: xx.xx.1964-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur. Cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu” (FN7.N) aşkar edilir. 3-cü sual: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq) təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar(2 ildən az olmayaraq) təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ola bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 saylı, 1N aprel 2N15-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2N2N-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 1N (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2N12-2N16-cı il tarixlərdə əlillik təyin edilmiş, sonuncu dəfə 2N16-2N21-ci illərdə “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Postkontuzion sindrom. Meyarı ilə ikinci dərəcə əlillik dərəcəsi verilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2N21-ci ildən etibarən barəsində dövlət tibb müəssisəsinin göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan X1nda kodu üzvi (şəxsiyyət pozuntusu -FN7.N-dir. İddiaçı barəsində verilmiş xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli Forma 88-də əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıda müəyyən olunan xəstəlik anamnestik məlumatlar kəllə-beyin travması alması, Bakı şəhəri Səbail rayon idarəsi tərəfindən verilmiş arayışında Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma almasının qeyd edilməsi, X5 epikrizində ‘‘Qəlpə yaralanmasından sonra başın sol gicgah, sol alın-gıcgah sol alın gicgah, ön alın nahiyyəsində, sol burun qanadında, sol çənəaltı nahiyyədə, sağ əl pəncəsinin arxa səthində, sol baldırın yuxan 1/3-nin bayır səthində çapıq toxumaları, qalıq əlamətləri, asteno-nevrotik sindrom” diaqnozları ilə müalicədə olması, ekspertiza zamanı iddiaçıda aşkar olunan psixiatrik müayinənin nəticələri-təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s. kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-FN7.N kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 1N1.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 1N1.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 1N3.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1N gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9492/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9492/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver