Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9494/2025 29.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı lokomativ deposunda xx.xx.1991-ci ildən xx.xx.1194-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2009cu il tarixədək teplovoz maşinist köməkçi kimi işləmişdir. Bakı lokomotiv deposunda onun güzəşli iş stajı 17 il 21 gün təşkil edir, lakin onun sistemdə qeyd olunan əmək müqaviləsinə əsasən onun orda elektirik qatarının maşinist köməkçisi kim qeyd olunmuşdur. Buna görə də o müraciət etmişdir ki, sistemdə olan yanlışlığı aradan qaldırılsın. Çünki o, xx.xx.2009-cu il tarix aralığında elektirik qatarının maşinist köməkçisi kimi çalışmışdır. X5 Xitdmətinin xx.xx.2025-ci il tarixli imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı A.X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizəsinə cavab olaraq Mərkəzi Filial tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-R-223449/2023 nömrəli məktubda bildirilmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 4 gün (xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsində 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, beləliklə də xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır". İstinad olunan normanın müddəaları baxımından İddiaçı xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 60 yaşı tamam olmalıdır (yaş tələbi); iddiaçı iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi); Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun “Bakı Lokomotiv Deposu’’nda xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.1995-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsində işlədiyi, “Azərbaycan Dəmir Yolları" QSC-nin xx.xx.2020-ci il tarixli, 367 nömrəli arayışında isə həmin dövrdə elektrik qatarının maşinist köməkçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan sənədlərdə eyni dövrə dair göstərilən vəzifə və peşələr ziddiyyət təşkil edir. Beləliklə, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 4 gün (xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olun yaş 60 olduğu halda iddiaçının müvafiq tarixdə 57 yaşı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olubolmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı xx.xx.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan staja uyqun gəlmədiyindən, habelə iddiaçının pensiya təyin olunması ilə bağlı iddia etdiyi tarixə (09.07,2017) münasibətdə yaşı, yəni 57 yaş həmin dövrə münasibətdə yaş tələbinə uyqun gəlmədiyindən pensiya təyinatı aparılması mümkün olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı, ümumi iş stajı və pensiya kapitalı tələbi ilə bağlı qeyd olunan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı 57 yaşdan yəni xx.xx.2017ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsi məlumatına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -108 nömrəli Attestata əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə 2 nömrəli texniki peşə məktəbinə axşam şöbəsinə daxil olmuş və xx.xx.1991-ci ildə Teplovoz-elektrovozlu maşinist köməkçisi ixtisası üzrə tam kursu bitirmişdir. İxtisas komissiyasının xx.xx.1991-ci il tarixli qərarı ilə İddiaçı teplovoz-elekrovozlu maşinist köməkçisi ixtisası verilmişdir. -H3 seriyalı Hərbi Biletə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət keçmişdir. -1184 TÇ-2 nömrəli Xidməti Vəsiqədən müəyyən olunur ki, İddiaçı Azərbaycan Dəmir Yolları QSC X1 “Teplovoz maşinist köməkçisi” vəzifəsində çalışmışdır. Xidməti vəsiqə xx.xx.2014-cü il tarixdə verilmiş və xx.xx.2016-cı il tarixədək etibarlılıq müddəti göstərilmişdir. -005 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı Azərbaycan Dövlət Dəmir Yolunun təyin etdiyi nəzəri sınaq imtahanından keçərək Teplovoz maşinist köməkçisi vəzifəsinə yiyələnmişdir. Şəhadətnamə xx.xx.2009-cu il tarixdə Bakı Lokomativ Deposunun xx.xx.2009-cu il tarixli 11 nömrəli nəzəri sınaq aktı əsasında verilmişdir. -ИТ ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı iş haqqında məlumatlarına aiddir: xx.xx.1978-1 nömrəli qaynaq sexinin qazanxanasına 1-ci dərəcəli təmizləyici qəbul edilmişdir, xx.xx.1978-sovet ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq Azərbaycan SSR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. .xx.xx.1981-xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək sovet ordusu sıralarında xidmət etmişdir, 4.xx.xx.1981-Teplovozların hərəkətli tərkibinin təmiri üzrə birinci dərəcəli çilingər qəbul edilmişdir. xx.xx.1981-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin Maştağa Kombinati 21 nömrəli elektromexanika sexinə 2-ci dərəcəli sarıyıcı fəhlə qəbul edilmiş, xx.xx.1981-öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1981-Bakı Aqreqat İstehsalat Birliyi 26 nömrəli sahəyə dördüncü dərəcəli təmiz metal kəsicisi qəbul edilmiş, xx.xx.1981-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1981-Bakı Soyuducu Zavodu Yığma sexinə k/t stavkası üzrə birinci dərəcəli quraşdırıcı-çilingər qəbul edilmiş, 11.xx.xx.1982-Azərbaycan SSR ƏQM-in 38-ci maddəsinin 1-ci hissəsinə əsasən ştatların ixtisara salınması ilə əlaqədar işdən azad edilmişdir, daha sonra xx.xx.1982ci il tarixli əmrlə işdən çıxma ləğv edilmişdir. xx.xx.1982-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən Bakı şəhərindən getməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-Güzgü sexinə şüşə kəsən şagirdi qəbul edilmişdir. xx.xx.1983-Güzgü sexinin 1-ci dərəcəli şüşəkəsəninə kvalifikasiya verilmişdir. .xx.xx.1983-Geniş istifadə malları sexinə 1-ci dərəcəli fasetçi keçirilmiş, Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. .xx.xx.1984-Petrov ad.maşınqayırma zavodu 2 nömrəli çilingər-quraşdırma-qaynaq sexinə 2(ikinci) dərəcəli rəngsaz qəbul edilmiş, .xx.xx.1985-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-Qırma-çeşidləmə qurğusunun 3-cü dərəcəli bunkerçi işinə qəbul edilmiş, xx.xx.1988-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-dəqiq döymə sexinə plazma qurğusunda kəsici fəhlənin şagirdi qəbul edilmiş, xx.xx.1988-2-ci dərəcəli plazma qurğusunda kəsici fəhləyə 2-ci dərəcə verilmiş, xx.xx.1988-1 nömrəli kilid sexi xarrat şagirdi təyin olunmuş, xx.xx.1988-2-ci dərəcəli xarrat verilmiş, xx.xx.1988-Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir xx.xx.1988-Azərbaycan SSR SN 1 nömrəli Psixiatriya Xəstəxanasına sanitar qəbul edilmiş, xx.xx.1989-Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1989-Qırma-çeşidləmə qurğusunun 4-cü dərəcəli maşınısit işinə qəbul edilmiş, xx.xx.1990- Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-1 nömrəli texniki baxış məntəqəsinə-ETR 3-cü dərəcəli reduktorçu çılingər qəbul edilmiş, xx.xx.1990-1 nömrəli texniki baxış məntəqəsinin 4-cü dərəcəli reduktorçu müəyyən edilmiş, xx.xx.1991-Bakı Lokomativ Deposu-Böyük Şor st.rəisinin sərəncamına keçirilməklə işdən azad edilmişdir. xx.xx.1991-Sexə 4-cü dərəcəli hərəkətli tərkibin təmiri üzrə çilingər qəbul edilmiş, xx.xx.1991-istismar sexinə maşinist köməkçisinin dublyoru keçirilmişdir. xx.xx.1991-NVS maşinist köməkçisi keçirilmiş, xx.xx.1994-Bakı metropoliteni Nərimanov stansiyası elektrik deposuna keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir xx.xx.1994-Bakı Lokomativ Deposundan köçürmə yolu ilə elektrik sexinə 3-cü dərəcəli elementlərin sarıyıcısı işinə qəbul edilmiş, xx.xx.1995-Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı Lokomativ Deposuna köçürmə yolu il işdən azad edilmişdir xx.xx.1995-Bakı Metropolitenindən köçürmə yolu ilə periodik sexə 3-cü dərəcəli mexanik çilingər işinə qəbul edilmiş, xx.xx.1995-Motovaqon seksiyasının maşinisti köməkçisinin dublyoru keçirilmişdir. xx.xx.1995-Motorvaqon seksiyasının maşinisisti köməkçisi sərbəst işə buraxılmışdır. xx.xx.2009-Teplovoz maşinist köməkçisi şəhadətnaməsi verilmişdir.xx.xx.2009-AR ƏQM-nin 69/3 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-Teplovoz maşinisti köməkçisi dublyor işə qəbul olunmuş,xx.xx.2009teplovoz maşinisti köməkçisi sərbəst işə buraxılır, xx.xx.2015-AR ƏM-nin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən öz xahiş ilə işdən azad olunmuşdur. xx.xx.2015-"xxxx" MMC-yə bağban vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq işdən azad olunmuşdurlar. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-119316/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Həmin məktubla təqdim edilmiş Siğortaolunanın hesab məlumatlarına əsasən İddiaçı xx.xx.2006-02.2015, 2015-ci ilin iyul ayından 2017-ci ilin iyul ayı da daxil olmaqla məcburi dövlət sosial sığort haqları ödənilmişdir. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş icraat materiallarından görünür ki: -xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı Dost Agentliyində rəsmi müraciət ərizəsi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmçinin hazırda işləmədiyini və 2020-ci ildə verilən imtinada motovaqonlarda maşinist köməkçisi işlədiyi qeyd edilmişdi, lakin elektrik qatarının maşinist köməkçisi vəsifəsində işlədiyini qeyd etmişdir. -Azərbaycan Dəmiryolları QSC X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 997 nömrəli Arayışda göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2009-xx.xx.2015ci il aralığında teplovoz maşinist köməkçisi olaraq işə qəbul olub. xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad olunub. Ümumi: Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 05 il, 10 ay, 04 gün təşkil edir. Bu da AR NK-nin 12 nömrəli xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. 21 Nəqliyyat-Teplovoz maşinisti və teplovoz maşinist köməkçiləri. -“ Azərbaycan Dəmiryolları QSC X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 367 nömrəli Açıqlama-Arayışda göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı aşağıda qeyd olunan illərdə Bakı lokomotiv deposunda göstərilən peşələrdə işləmişdir: xx.xx.1991xx.xx.1994-cü və xx.xx.1995-xx.xx.2009-cu elektrik qatarının maşinist köməkçisi, İddiaçı əmək kitabçası üzrə Bakı lokomotiv deposunda güzəştli iş stajı: maşinist köməkçisi kimi 17 il 21 gün təşkil edir. Yuxarıda qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4 maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 13-1/2- 7077/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək işlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 15-ci (18-ci) və 20-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 16-cı və 18-ci (kod: 23001000—16887 və 23001000—18540) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 4 ay 29 gün təşkil edir. Məlumat üçün bildiririk ki, sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmişdir. Zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilməkdədir. Bununla yanaşı, İddiaçı ADY-də çalışdığı digər peşələr adıçəkilən normativ aktlarda təsbit olunmamışdır. Qeyd edirik ki, “MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşənin adı ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyıinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda “Bakı Lokomotiv Deposu”nda xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.1995- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 10 ay 4 gün (xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla xx.xx.2017-ci il tarixdə 57 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət dövrü 02 il 01 ay 11 gün, əmək fəaliyyəti dövrü xx.xx.1978-xx.xx.1978, xx.xx.1981xx.xx.1981, xx.xx.1981-xx.xx.1981, xx.xx.1981-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1984-.xx.xx.1985, xx.xx.1985-xx.xx.1988, xx.xx.1988xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989- xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991- xx.xx.1994, xx.xx.1994- xx.xx.1995, xx.xx.1995-.xx.xx.2006-cı ilədək 26 il 06 ay 16 gün ümumi stajı var. İddiaçının güzərştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir. Cavabdehin iminası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının “Bakı Lokomotiv Deposu”nda xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.1995- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində motorvaqonlarda maşinist köməkçisi vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 10 ay 4 gün (xx.xx.2009-xx.xx.2015-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İşəgötürənin iddiaçı barəsində təqdim etdiyi güzəştli aayəşlarında göstərilmişdir ki, qeyd edilən İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı lokomotiv deposunda xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək işlədiyi hərəkət heyətinin təmiri üzrə çilingər və xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək işlədiyi elektrik qatarı (MVS, MVHH) maşinist köməkçisi peşələri müvafiq olaraq Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində kod: 23001000—16887 və 23001000—18540 göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Belə ki, MVS (motor-vaqon seksiyası)” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələridir. Bu baxımdan İddiaçı ADY-də çalışdığı MVS və MVHH maşinist köməkçisi peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarının maşinist köməkçisi peşəsinə aid işlərin xüsusiyyətləri ilə eynidir. İddiaçı ilə eyni sözügedən peşələr üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işçilərin əməkhaqlarına 8% əlavə müəyyən edilmiş, zərərli və ağır əmək şəraitinə malik peşələr olması səbəbindən bu peşələrdə çalışan işçilərə il ərzində 6 təqvim günü müddətində əlavə ödənişli məzuniyyət verilir . Cavabdeh iddiaçının motorvaqonlarda maşinist köməkçisi vəzifəsinin siyahıda “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” vəzifəsində iddiaçının güzəştli iş stajının olmamasına istinad etsə də bu hansı əsaslara görə qeyd edilən vəzifənin siyahıdakı vəzifəyə uyğun gəlməməsinin əsaslarını bildirməmişdir. Beləliklə, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının güzəştli iş stajı xx.xx.1991-xx.xx.1991, xx.xx.1991xx.xx.1991, xx.xx.1995-xx.xx.2006-cı ilədək 15 il 01 ay 28 gün təşkil edir. İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9494/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9494/2025
29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver