Məhkəmə qərarları › İş №2-1(112)-95/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-95/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-95/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab edilməsi və bağ sahəsinin geri qaytarılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx xxxx 2007-ci il tarixli sərəncamının 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmiş Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsinin ona qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmişdir. X2 və İstismarı Birliyi tərəfindən ona verilmiş seriya DZR No 317589 saylı xx.xx.2005-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi Ləhiş 6533 saylı bağa görə onun tərəfindən müqavilə qiymətinin ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya verilmiş 1227 saylı xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 saylı və xx.xx.1988-ci il tarixli 6/333 saylı Qərarı ilə icarəsindəki bağ sahəsinə hasar tikilməsinə icazə verilmişdir. Həmin bağ sahəsi üzərində plan-sxemin alınması ilə bağlı xx.xx.2008-ci il tarixində AR DƏDRX-in Bakı şəhər ərazi idarəsinə müraciət etmiş, lakin, sonuncu tərəfindən xx.xx.2008-ci il tarixli xx/xx-6637 saylı ərizə ilə müraciətinə imtina verilərək, ona bildirilmişdir ki, sözügedən ərazi yəni iddiaçının istifadəsində olan bağ sahəsi “xxxx" firmasının ərazisinə düşdüyü və mübahisəli olduğu üçün ölçü işləri aparılmamışdır. Belə olan halda, tərəfindən Ə-185 saylı xx.xx.2008-ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Hakimiyyəti aparatına müraciət edilmiş və həmin müraciətə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçıya məxsus ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıqla məşğul olmaq üçün “xxxx” firmasına icarəyə verilmişdir. Beləliklə, ona məxsus bağın yerləşdiyi ərazinin “xxxx" firmasına verilməsi və bu verilmənin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi öz danılmaz sübutunu tapmış olur. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən verilmiş 18/03-8/2258 saylı xx.xx.2018-ci il tarixli məktubla ona bildirilmişdir ki, torpaqla bağlı yaranan mübahisəli məsələlər məhkəmə yolu ilə həll olunduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini məqsədə müvafiq hesab edirlər. Belə olan halda, xx xxxxxx 2018-ci il tarixində tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2007-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi və özünə məxsus 6533 saylı bağ sahəsinin geri qaytarılmasına dair müvafiq qərar qəbul edilməsinə dair müvafiq müraciət edilmiş, lakin, həmin müraciətə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia ilə bağlı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğularına əsasən; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********98 №li xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2005ci il tarixli, 36365 saylı müqaviləyə əsasən ayrılmış 6533 saylı bağ sahəsinin plan sxemi, xx.xx.2007-ci il tarixli 284 saylı sərəncam və sxem İdarənin arxivində aşkar olunmamışdır. Qeyd olunan məktubla məhkəməyə göndərilmiş, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Ləhiş ərazisindəki 6533 nömrəli bağın istifadəyə verilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 36365 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamı əsasında Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 6533 saylı bağ sonuncunun istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 7-2567/17 №li xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının ““Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onalara təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 818 saylı xx.xx.2006-cı il tarixli, 283 saylı və xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamlarında qismən dəyişiklik edilməsi haqqında” 284 saylı xx xxxx 2007-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, X4 Qanunun İİ fəslinin 7-ci maddəsinin 1-ci bəndini, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 54 saylı müraciətini və Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/538 saylı razılıq məktubunu nəzərə alaraq, “xxxx” MMC-i üçün 30,0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə, Bələdiyyənin mülkiyyətinə təhvil verilməsi və Bələdiyyəyə təhvil verilən ümumi torpaq sahəsinin 215,9612 ha müəyyən edilməsi, “xxxx” MMC-yə Kürdəxanı Bələdiyyəsi ilə müvafiq qaydada torpaq sahəsinin sənədləşdirilməsinin tapşırılması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 284 saylı xx xxxx 2007-ci il tarixli sərəncamının 36365 saylı bağa dair hissəsində etibarsız hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi tərəfindən bağın istifadəyə verilməsi haqqında 36365 saylı, xx.xx.2005-ci il tarixli müqavilə ilə ona verilmiş Sabunçu rayon, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 6533 saylı bağ sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hazırki mübahisənin həlli ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1026/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən və İddiaçı naturada iddia etdiyi torpaq sahəsində olan 0,12 ha bağ sahəsinin xx.xx.2005-ci il tarixli, 36365 saylı müqaviləyə əsasən 6533 saylı bağ sahəsinin naturadakı ölçüləri ilə üst-üstə düşürmü? Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli, 36365 saylı müqaviləyə əsasən İddiaçı ayrılmış 6533 saylı bağ sahəsi bağlar təsərrüfat idarəsinin sxematik xəritəsinə uyğun olaraq “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ölçüləri ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 28079 nömrəli məktubu ilə, ekspertin ekspertiza aparmaqdan imtina etməsi barədə xx xxxxxx 2020-ci il tarixli məlumat məhkəməyə təqdim edilərək, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin zəruri olduğundan bu barədə xx.xx.2019-cu il tarixli vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən çox keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin təqdim olunmadığı, bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığı bildirilərək, 2- 1(82)-1026/2019 saylı iş materialları Bakı İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1206/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1026/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün hazırki inzibati işinin materiallarının yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/222 nömrəli məktubu ilə ekspertin 2-1(112)-1206/2020 saylı mülki iş üzrə təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün əlavə materialların təqdim olunması barədə xx.xx.2020-ci il tarixli 10/222 nömrəli vəsatəti məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1206/2020 nömrəli xx.xx.2020-ci il tarixli məktubu ilə iş üzrə tərəflərə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1026/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli, 36365 saylı müqaviləyə əsasən İddiaçı ayrılmış 6533 saylı bağ sahəsinə baxış keçirərək mütəxəssis rəyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi və mütəxəssis rəyinin verilməsi mümkün olmaması, tətbiq edilən xüsusi karantin rejimi aradan qaldırılacağı, tadqiqat obyektinə baxış keçirilməsinin vaxtı və yeri barədə əlavə məlumat daxil olavağı təqdirdə tədqiqat obyektinə baxış keçirilməsi və mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 10/222 nömrəli məktubu ilə, ekspert Elmar Səidovun ekspertiza aparmaqdan imtina etməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli məlumat məhkəməyə təqdim edilərək, 2-1(112)-1206/2020 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan əlavə materialların təqdim olunması barədə xx xxxx 2020-ci il tarixdə vəsatətin göndərildiyi, lakin vəsatətin təmin edilmədiyinə görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq, məhkəmə ekspertizasının aparılmasından imtina edilərək 2-1(112)-1206/2020 saylı inzibati iş məhkəməyə geri qaytarılmışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1206/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1026/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün hazırki inzibati işinin materialları yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1026/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli, 36365 saylı müqaviləyə əsasən İddiaçı ayrılmış 6533 saylı bağ sahəsinə baxış keçirərək mütəxəssis rəyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsində sonuncu tərəfindən göstərilmişdir ki, həmin (mübahisəli) bağ sahəsində tikinti inşa olunduğu və təzə yollar çəkildiyi üçün koordinatları pozulub və həmin ərazini göstərmək mümkün olmadığından məhkəmə tikinti ekspertizasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin **********28 №li xx xxxxxx 2021-ci il məktubuna əlavə olunmuş arayışda göstərilmişdir ki, yerli baxış keçirilməsi ilə əlaqədar İddiaçı ilə əlaqə saxlanılsa da, sonuncu Qax rayonunda olduğu və Bakı şəhərinə gələ bilməyəcəyini və gələ bilsə belə iddia etdiyi torpaq sahəsində əsaslı tiknti işlərinin aparılması səbəbindən ona ayrılmış bağ sahəsinin dəqiq yerini bilmədiyini bildirmişdir. Qeyd edilən səbəblərdən GPS alət vasitəsi ilə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 10/3571 nömrəli məktubu ilə, ekspert Təhmasib Kərimovun ekspertiza aparmaqdan imtina etməsi barədə xx xxxxxx 2021-ci il tarixli məlumat məhkəməyə təqdim edilərək, 2-1(112)-1206/2020 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx xxxxxx 2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan əlavə materialların təqdim olunması barədə xx xxxxxx 2020-ci il tarixdə vəsatətin göndərildiyi, lakin vəsatətin təmin edilmədiyinə görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilərək 2-1(112)-1206/2020 saylı inzibati iş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar