Məhkəmə qərarları › İş №2-1(112)-950/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-950/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-950/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Rozi Mohd Mahoonanıncavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Qaçqın statusu”nun verilməsi barədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rozi Mohd Mahoona cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Qaçqın statusu” almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə inzibati aktı qəbul etmək vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci ildə Əfqanıstan İslam Respublikasında anadan olmuşdur. Əfqanıstan İslam Respublikasında məlum hadisələrdən sonra Azərbaycan Respublikasına gəlmək zərurətində qalmışdır. “Qaçqın statusu” almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 15 iyul 2019-cu ildə etdiyi müraciətlə əlaqədar adına ***-**** saylı şəxsi iş açılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, İQ-245/1 saylı qərarı ilə ona “Qaçqın statusu” verilməsindən imtina edilmişdir. Həmin qərardan vermiş olduğu şikayətə Azərbaycan Respublikası Dövlət Miqrasiyya Xidmətinin rəisi vəzifələrini müvəqqəti icra edən Vəli Nağıyev tərəfindən xx.xx.2019-cu il tarixli, 419 saylı cavab məktubunda şikayətin əsassız olduğunu qeyd edərək xidmətin xx.xx.2019-cu il tarixli, İQ- 245/1 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin ounması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: O 0878314), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 15 iyul 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-245/1 saylı qərarına əsasən ƏfqanıstanRespublikasının vətəndaşı X1çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərarla razılaşmayan X4 Dövlət Miqrasiya Xidmətinə şikayətlə müraciət edərək xx.xx.2019-cu il tarixli, İQ-245/1 nömrəli qərara yenidən baxılmasını, ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, 419 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarla Qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, İQ-245/1 nömrəli qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı X4 tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində ona "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar