Məhkəmə qərarları › İş №2-1(112)-950/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-950/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-950/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, ünvan 2i ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətinin (xx.xx.2020-ci il tarixdən mənə ödənilən pensiya məbləğinin dayandırılmasının) qanunsuz hesab edilməsi; 52 yaşı tamam olan günədək (xx.xx.2015-ci ilədək) ümumi əmək stajının 33 il 05 ay 15 gün müddətində olmasının və bu müddətdən 11 il 01 ay 04 gün müddətinin “xəlitə hazırlayan” kimi “əmək şəraiti xüsusilə zərəli və ağır olan” iş hesab edilməsi; xx.xx.2015-ci il tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının qanuni hesab edilməsi, dayandırılmış pensiya məbləğinin ödəniməsinin xx.xx.2020-ci il tarixdən davam etdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 52 yaşı tamam olan gündən (xx.xx.2015-ci ildən) iddiaçıya təyin edilmiş, lakin xx.xx.2020-ci ildən dayandırılmış pensiya ödənişinin bərpa olunması, ödənilməmiş məbləğin ödənilməsi və pensiya ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü Qusar rayonun Aşağı Ləgər kəndində anadan olmuş və hazırda 59 yaşındadır. Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlamış, müxtəlif yerlərdə işləmişdir. Ordu sıralarında 2 il həqiqi hərbi xidmətdə olduqdan sonra sonra xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək (rəsmi işdən azad olunduğu tarix - xx.xx.2007-ci il) "xxxx" İstehsalat Birliyində 4 saylı şüşə sexində şüşənin tərkibinin hazırlanması (potaş, daş kömür, qum və s. materiallardan) ilə məşğul olan “xəlitə hazırlayan” peşəsində işləmişdir. İş şəraiti isə həmin vaxtlarda “xüsusilə ağır və zərərli iş şəraiti” hesab olunurdu və ona görə də hər gün ona 2 litr süd verilirdi. Həmin işdə işləyənlərə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 10 il əmək stajı lazım idi. İddiaçının isə həmin sexdə “xüsusilə ağır və zərərli iş şəraiti”ndə olan iş stajı xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək 11 (on bir) il 01 ay 04 gün olmuşdur. xx.xx.1996-cı ildən hal-hazıradək "xxxx" QSC-də vaqon “müayinəçisi”, “təmirçisi” və “vaqon baxıcısı” peşələrində “zərərli və ağır iş şəraiti”ndə işləyir. Hal-hazıradək (xx.xx.2021-ci ilədək) 2 il həqiqi hərbi xidmətdə olması da nəzərə alınmaqla, ümumi əmək stajı 39 il 09 ay 01 gündür. Bunun 36 il 04 ay 24 günü güzəştli şərtlərlə iş stajıdır ki, bundan da 11 il 01 ay 04 gün müddəti “xüsusilə zərərli və ağır əmək şəraitində”, 25 il 03 ay 24 gün müddəti isə “əmək şəraiti zərərli və ağır olan işlər” kateqoriyasına aiddir. xx.xx.2006-cı ilədək (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) ümumi stajı 21 il 00 ay 24 gün olmuşdur ki, bundan da “xüsusilə zərərli və ağır iş şəraitində” olan əmək stajım isə 11 il 01 ay 04 gün olmuş, lakin həmin vaxtlar onun 43 yaşı olduğundan güzətli şərtlərlə əmək pensiyası almaq hüququ əldə etsə də, 50 yaşı tamam olmadığından pensiyaya çıxmaq mümkün deyildi. xx.xx.2015-ci il tarixdə (52 yaşı tamam olanda) DSMFnin Nizami rayon şöbəsinə müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Təyin olunmuş həmin pensiya məbləği 2020-ci ilin oktyabr ayınadək ödənilmişdir. 2020-ci ilin oktyabr ayından sonra təyin olunmuş pensiyanın ödənilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Bunun səbəbəbini öyrənmək məqsədilə etdiyi müraciətə hazırda cavabdeh olan təşkilat - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********8 saylı, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubla qeyd olunmuşdur ki, guya ona qanunsuz olaraq güzəştli şərtlərlə təyin olunmuş pensiyanın ödənilməsi dayandırılmışdır. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmişdir ki, iddiaçı iddia tələbində 52 yaşı tamam olan günədək (xx.xx.2015-i ilədək) ümumi əmək stajının 33 il 05 ay 15 gün müddətində olmasının və bu müddətdən 11 il 01 ay 04 gün müddətinin "xəlitə hazırlayan” kimi “əmək şəraiti xüsusilə zərəli və ağır olan” iş hesab edilməsi və həmin tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının qanuni hesab edilməsi, dayandırılmış pensiya məbləğinin ödəniməsinin xx.xx.2020-ci il tarixdən davam etdirilməsi vəzifəsinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin onun işlədiyi peşənin adı əslində “xəlitə hazırlayan” deyil, "xəlitə dolduran” peşəsidir. O, işə qəbul olunduğu vaxt əmək kitabçaları rus dilində yazıldığından, hazırda peşənin adı da düzgün tərcümə olunmamışdır. Ona iş yerindən verilmiş Arayışda da qeyd olunur ki, onun işlədiyi peşə şüşənin tərkibini lazım olan komponenlərə, çəkiyə uyğun olaraq hazırlayıb şüşə əridən sobaya doldurmaqdan ibarət olmuşdur. Həmin Arayın surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Ona görə də belə hesab edir ki, dayandırılmış pensiyası bərpa olunaraq ödənişi davam etdirilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, iddiaçıya xx.xx.2015-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısTnın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) fəhlələr yarımbölməsində ******* a—12240 kodu üzrə xəlitə dolduranlar peşəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə İddiaçı işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərində ona dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi yuxarıda qeyd olunan şüşə və çini- saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qusar rayonu, A.Ləgər kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli və xx.xx.1984cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir, hal-hazırda "xxxx" QSC-də əmək fəaliyyətini davam etdirir. Həmçinin, qeyd edilən əmək kitabçalarının surətindən və inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən “Azərbaycan Dəmir Yolları Konteynerlərin təmiri üzrə Bakı Anbarı”na hərəkətli tərkibin təmiri üzrə çilingərlər çilingər vəzifəsinə təyin edilib, xx.xx.2001-ci il tarixdən vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2002-ci il tarixdə sex 6-ya 4-cü dərəcəli vaqon müayinəçisi vəzifəsinə keçirilib, xx.xx.2004-cü il tarixdə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2011-ci il tarixdən X2 Məntəqəsinə vaqonların qorunub saxlanması üzrə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2016cı il tarixdən X2 Məntəqəsinə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, hal-hazırda "xxxx" ASC Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunun nəzdində olan X2 Məntəqəsində 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsində işləyir. Göründüyü kimi, iddiaçı xx.xx.2006-ci il tarixədək qanunvericiliklə tələb olunan 20 ildən çox ümumi iş stajına malikdir. İşdə olan cavabdeh orqanın iddiaçıya ünvanladığı “Pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir: “Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) fəhlələr yarımbölməsində ******* a—12240 kodu üzrə xəlitə dolduranlar peşəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə işlədiyiniz "xxxx" ASC-nin arxiv sənədlərində sizə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi yuxarıda qeyd olunan şüşə və çini-saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, sizə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13505,37 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. ” İddiaçı dayandırılmış əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya bərpa edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işindən və inzibati icraat materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçası və "xxxx" ASC-nin 05 nömrəli xx.xx.2016-cı il tarixli arayışı nəzərə alınaraq ümumi və güzəştli iş stajı hesablanaraq əmək pensiyası təyin edilsə də, daha sonra isə Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə İddiaçı işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərində ona dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyi müəyyən edilməsi səbəbi ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan imtina məktubundan və iddiaya dair yazılı etirazdan görünür ki, cavabdeh inzibati orqan əmək pensiyasının dayandırılmasını iddiaçının xəlitə hazırlayan peşəsində işləməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan imtina məktubundan və iddiaya dair yazılı etirazını İddiaçı işlədiyi "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktla əsaslandırsa da, həmin Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının mübahisələndirilən peşədə işləməsi barədə məlumatların əmək kitabçasında və sığortaolunanın ümumi iş stajı barədə Məlumatda öz əksini tapmasını nəzərə almamış və həmin işin xarakterinin aydınlaşdırılması istiqamətində hər hansı araşdırma aparmadan (müvafiq sorğular vermədən və s.) iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmışdır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə işin xarakteri haqqında arayışlar (güzəştli arayışlar) ona dəlalət edir ki, iddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verən vəzifələrə aiddir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi LP-05-0422 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı rəsmi olaraq "xxxx" ASC-də xx.xx.1984-cü ildən xx.xx.2007-ci il tarixədək şüşə əritmə sexində xüsusilə ağır və zərərli iş şəraitində “xəlitə dolduran” peşəsində işləmişdir. Lakin İddiaçı həmin peşədə faktiki olaraq xx.xx.1996-cı ilədək işləmişdir. Ona görə də İddiaçı "xxxx" ASC-də “xüsusilə ağır və zərərli iş şəraiti”ndə olan əmək stajı faktiki olaraq 11 il 01 ay 04 gün olmuşdur. Bu müddətdə İddiaçı “xüsusilə ağır və zərərli iş şəraiti”ndə işlədiyi “xəlitə dolduran” peşəsi üzrə onun əmək funksiyalarına daxil olmuşdur: şüşənin tərkibini təşkil edən materiallardan (potaş, dolomit, daş kömür, kvars qumu və s.) tələb olunan çəkiyə uyğun olaraq xəlitəni hazırlayaraq həmin xəlitəni şüşə əridən sobaya doldurmaqdan ibarət olmuşdur. Onun işlədiyi “xəlitə dolduran” peşəsi ilə “xəlitə hazırlayan” peşəsi eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1-ci Siyahısının 15-ci bölməsinin (Şüşə və çini-saxsı istehsalatı) 1150101a yarımbəndinin (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) 1150101a-12240 kodu uzrə olan “xəlitə dolduranlar” peşəsinə uyğun olaraq İddiaçı güzəştli şərtlrlə pensiya almaq hüququ vardır. Göründüyü kimi, “xəlitə dolduran” peşəsi ilə “xəlitə hazırlayan” peşəsinin eynilik təşkil etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “xəlitə hazırlayan” peşəsinin xəlitə dolduran” peşəsi ilə eynilik təşkil etməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda öz əksini tapdığından, həmin dövr onun ümumi və güzəştli iş stajına əlavə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XV. Şüşə və çini-saxsı istehsalatı” bölməsində “xəlitə dolduranlar” (kod 1150101a—12240) nəzərdə tutulmuşdur. Beləliklə iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı olduğundan, onun 52 yaşının tamamlandığı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçının güzəştli pensiya hüququnun yaranmaması barədə cavabdehin dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə araşdırılması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı 52 yaşı tamam olduğu xx.xx.2015ci il tarixədək 20 il ümumi iş stajına malik olması və həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapdığından, cavabdeh tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız olmuşdur. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olan gündən (xx.xx.2015-ci ildən) təyin edilmiş, lakin xx.xx.2020-ci ildən dayandırılmış pensiya ödənişinin bərpa olunması, ödənilməmiş məbləğin ödənilməsi və pensiya ödənişinin davam etdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar