Məhkəmə qərarları › İş №2-1(112)-9500/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9500/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9500/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmasını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun (xx.xx.1967-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Quzukənd kəndində anadan olmuş, doğum faktı xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Quzukən kənd sovetliyi tərəfindən 60 nömrəli aktla qeydə alınmış və xx.xx.1967-ci il tarixli İ-ZJ (ЗЖ) seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğumu haqqında akt qeydinin – soyadı: Abbasov, adı: İsəxan, ada adı: Allahqulu oğlu, doğum tarixi xx.xx.1967-ci il, doğum yeri: Ermənistan Respublikası, Amasiya rayonu, Quzukənd kəndi, atasının: X9, milliyyəti: azərbaycanlı anasının X6, milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi və yeni doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. xx.xx.1967-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kənd soveti tərəfindən İ-ZJ (ЗЖ) SERİYALİ, ******* saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1974-cü ildə Quzukənd kənd orta məktəbinin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmiş, daha sonra təhsilini 1982-1085-ci illərdə Amasiya rayonunda Texniki-Peşə məktəbində davam etdirmiş və orada sürücü peşəsinə yiyələnmişdir. xx.xx.1985-ci il tarixdə Amasiya rayon İcraiyyə Komitəsi Daxili İşlər Orqanı tərəfindən X-SL (СЛ) seriyalı 506562 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. xx.xx.1985-ci il tarixdə Amasiya rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. X2 xx.xx.1939-cu ildə Ermənistan SSR-in Amasiya rayonu, Quzukənd kəndində anadan olub. Atası Ermənistan SSR-nin vətəndaşı olub, xx.xx.1983-cü il tarixdə Amasiya rayonunun, Quzukənd kəndində vəfat edib. X1 xx.xx.1946-cı ildə Ermənistan SSR-in Amasiya rayonunda anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanlılar Ermənistandan deportasiya edilərkən 1988-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycana gələrək qaçqın kimi məskunlaşmışlar. xx.xx.1989-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Quzukənd kəndində anadan olmuş Tanrıverdiyeva (nikahdan sonra Abbasova) Səmayə Əmir qızı ilə nikaha daxil olmuş, nikahları Daşkəsən rayonu VVAQ Şöbəsi tərəfindən 67 nömrəli aktla qeydə alınmış, birgə nikahdan 3 uşağı doğulmuşdur. X3 Azərbaycan Respublikasının vətəndaşıdır. X4 xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, qızı Azərbaycan Respublikasının vətəndaşıdır. X7 xx.xx.1993-cü il tarixdə Xızı rayonu, Yeni Yaşma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. X5 xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ******* saylı qərar qəbul etmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün tələb olunan sənədlərlə birlikdə 4 saylı Bakı “ASAN xidmət" mərkəzinə müraciət etmişdir. X15 və şəxsiyyət vəsiqəsi bölməsində bildirmişlər ki, onun doğum akt qeydi barədə məlumatlar Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində görünmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün deyil. Həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları’' avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edildikdən sonra onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin mümkün olacağını bildirərək doğum akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi üçün onu Ədliyyə Nazirliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzindəki Qeydiyyat Şöbəsinə yönəltmişlər. 4 saylı Bakı “ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində bildirmişlər ki, doğum akt qeydi Ermənistanda saxlanıldığından Azərbaycanda mövcud olmayan akt qeydinə dair məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil, yalnız doğum akt qeydi Azərbaycanda bərpa edildikdən sonra həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilə bilər. Bu səbəbdən də iddiaçının doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı yer üzrə Cavabdehnə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alınmağını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğum haqqında akt qeydinin bərpa edilməsini və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alınmağını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında mənə doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmiş. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1967-ci ildə Ermənistan Amasiya rayonu Quzukənd kəndində anadan olmağı və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığı məzmunda cavab verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına xx.xx.2023-cü il tarixdə verilmiş 9xx-xx-00069 nömrəli “Himayə Sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli Qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyəti tanınmışdır; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhəri Regional Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 15/179 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən 31 mart 2024-cü il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır; Əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş, İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kəndində doğulmuş, X2, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı, Ermənistan SSR, Amasiya rayonu, Quzukən kənd soveti tərəfindən xx.xx.1967-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeydə alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından iddiaçının doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumunun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kəndində doğulmuş İddiaçı (X2, milliyyəti azərbaycanlı; X1, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Amasiya rayonu, Axtanak kənd soveti tərəfindən 24 avqust 1976-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx xxxx 1967-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kəndində doğulmuş İddiaçı (X2, milliyyəti azərbaycanlı; X1, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kənd soveti tərəfindən 30 iyun 1967-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar