Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9503/2021 03.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, 26.07.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 26.04.2021-ci il tarixdə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək 26.07.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsinin təmin edilməsini xahiş etmiş, lakin cavabdeh 21 iyun 2021-ci il tarixli cavab məktubu ilə xahişi təmin edilməmiş və iddiaçıya imtina verilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin mövqeyi ilə qətiyyən razı deyil, onun bu hərəkətini Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22ci maddəsinə, eyni zamanda "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 9-cu maddəsinə zidd olduğunu məhkəmənin diqqətinə çatdırır və xahişində qeyd etdiyi hüquqlarının təmin və icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının doğru olduğunu hesab edir. Belə ki, iddiaçının cavabdehə ünvanladığı 26.04.2021-ci il tarixli ərizəsində də qeyd etdiyi kimi, iddiaçı 16.09.1994-cü il tarixindən 26.07.2013-cü il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və Müdafiə Nazirliyinin 26 iyul 2013-ci il tarixli 0608 saylı əmri ilə həmin tarixdən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 05.02.2014cü il tarixdən SHXÇDX-nin Zəngilan rayon Bölməsində hərbi qeydiyyatdadır. Bu ilin mart ayından etibarən iddiaçı xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya alır. Halbuki qanunvericiliyə əsasən, xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya almaq hüququ 26.07.2013-cü il tarixindən yaranmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 fevral 2021-ci il tarixli 12/382 saylı arayışından da göründüyü kimi, iddiaçı 13 sentyabr 2004-cü ilədək hərbi xidmət illərim təqvimlə 09 il 11 ay 27 gün xidmət illərinə güzəştli qaydada əlavə olunan müddətlə 10 il 10 ay 26 gün olmaqla, ümumilikdə 20 il 01 ay 23 gün təşkil etmişdir. Belə olan halda isə iddiaçı Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən, yəni 26 iyul 2013-cü il tarixdən etibarən xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya əldə etməliydi. Lakin iddiaçı 2014-cü ildən bu ilin mart ayınadək bu pensiyanı deyil, sadəcə olaraq əlilliyə görə pensiya almışdır, hal-hazırda isə cavabdeh qurum bütün bu illər ərzində yaranmış fərqi iddiaçıya ödəməkdən əsassız olaraq imtina edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Plenum Qərarına əsaslanmaqla cavabdeh qurum iddiaçının müraciətini nəzərə almalı və sosial təminat hüququnu pozmamalıdır.
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı iddiaçıya təqdim etdiyi cavab məktubunda bildirmişdir ki, iddiaçı 12 dekabr 2014-cü il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 04 dekabr 2014-cü il tarixli 02216 nömrəli məlumat vərəqəsində xidmət müddəti 19 il 3 ay 2 gün göstərilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 6 saylı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktına əsasən 24 noyabr 2014-cü il tarixində iddiaçıya İİ dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 24 noyabr 2014-cü il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyininin 55 faizi miqdarında hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. İddiaçı 15 fevral 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1 -dən ödənilir. Bu səbəbdən 1 mart 2021-ci il tarixindən əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 5 fevral 2021 -ci il tarixli MN-02216 nömrəli məlumat vərəqəsinə əsasən ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada Mərkəzi Filial tərəfindən iddiaçıya 35 il 11 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin (1231,50 manat) 95 faizi-1169,93 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur.
4. Məhkəmənin hazırlıq icraatında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki iddianı qaldırmaqda məqsədi pul marağını təmin etməkdir.
5. Məhkəmənin iş üzrə hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 26 aprel 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, iddiaçı 12 dekabr 2014-cü il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 4 dekabr 2014-cü il tarixli 02216 nömrəli məlumat vərəqəsində xidmət müddəti 19 il 3 ay 2 gün göstərilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 6 saylı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktına əsasən 24 noyabr 2014-cü il tarixində ona İİ dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada ona Dövlət Sosial Müdafiə Fondunun Xüsus: Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 24 noyabr 2014-cü il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. İddiaçı 15 fevral 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bu səbəbdən 1 mart 2021-ci il tarixindən əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 5 fevral 2021-ci il tarixli MN- 02216 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada Mərkəzi Filial tərəfindən ona 35 İİ 11 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin (1231,50 manat) 95 faizi-1169,93 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017- ci il tarixindən qüvvədə olan redaksiyasında həmih Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyül tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də təqdim edilməlidir. Bütün bunlar nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmə İnzibati Prosessual Məcəllənin 13cü maddəsini (məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddianın mümkünlüyü məsələsini iddiaçı ilə müzakirə edərək izah etmişdir ki, İddiaçı Müdafiə Nazirliyi tərəfindən pensiya təyin olunması üçün əsas olan 2 fərqli məlumat vərəqəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə pensiya təyinini Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqəsinə əsasən müəyyən etdiyindən, iddiaçı məqsədinə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi olaraq yaranmış fərq məbləğini kompensasiya şəklində Müdafiə Nazirliyindən tələb etməklə çata bilər.
7. İddiaçı iddia mümkün hesab edərək baxılmasını xahiş edir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı İddiaçı pensiyasını Müdafiə Nazirliyinin təqdim etdiyi 04.12.2014-cü il tarixli və 05.02.2021-ci tarixli fərqli göstəricilərlə təqdim edilən məlumat vərəqələrinə əsaslanaraq təyin etmişdir. İddiaçının irəli sürdüyü iddia öhdəliyin icrası ilə bağlı iddiadır. Məhkəmə hesab edir ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.
10. Belə ki, iddiaçı pul marağını təmin etmək üçün digər hüquqi müdafiə vasitəsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə kompensasiyanın ödənilməsi tələbi ilə müraciət etməklə öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər.
11. Odur ki, iddia mümkün sayılmamalıdır.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva