Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9509/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi , İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X3 tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsi 2(008)-2137/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsi Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X2 həvalə edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X3 tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsi 2(008)-2137/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsi Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X2 həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-2137/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsini təmin edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi (keçmiş Xanlar küçəsi, döngə 5, ev 14), ev 1477 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan X4 miras qalmış hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən etmişdir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra, icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri 17 saylı notariat ofisinə göndərilmişdir. Həmin notariat ofisinin notariusu Süleyman Məmmədov məlum qətnaməni icra etməyərək, qətnaməyə izah verilməsi ilə bağlı tarixi məlum olmayan ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2137/2021 saylı, 22.07.2021-ci il tarixli qərardadı ilə, 17 saylı notariat ofisinin notariusu X1 tarixi məlum olmayan ərizəsinin təmin edilməməsini qərara almışdır. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2137/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsini icra etmək əvəzinə, notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərar qəbul edir və bu qərar iddiaçıya həmin gün təqdim edilir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X3 ərizəçi İddiaçı 2-ci dəfədir ki, notariat hərəkətlərinin aparılmasından imtina edir. Notariusun İddiaçı 1-ci dəfə notariat hərəkətinin aparılmasından imtina etməsinin əsasları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnamənin izah edilməsi barədə tarixi məlum olmayan ərizəsində qeyd edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Məstağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi (keçmiş Xanlar küçəsi, döngə 5, ev 14) ev 1477 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan X5ən miras qalmış əmlak barəsində vərəsəlik haqqında şəhadətnaməsinin verilməsinə dair ərizəsi Bakı şəhəri 17 saylı notariat ofisinin 462 saylı 26.10.2020-ci il tarixli məktubu ilə təmin edilməmişdir. Məlum məktubla imtinanın səbəbi kimi qohumluq faktının müəyyən edilməsi ilə bağlı lazımi sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X3 notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qəbul etdiyi 07.08.2021-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı şikayətin hansı məhkəmə vasitəsi ilə reallaşacağı sözügedən qərarında qeyd etməmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X1 vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-2137/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməni icra etməkdir. O isə Azərbaycan Respublikası Notariat haqqında Qanunun 40-cı maddəsinə istinad edərək, bu icra işinə heç bir aidiyyətı olmayan notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair 07.08.2021-ci il tarixli qərar qəbul edir. İddiaçı göstərilənlərə əsasən, həmin qərarın qanunsuz olduğunu hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddədsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşagıdakı iddialara baxılır: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi -Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X3 tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsi 2(008)-2137/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsi Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X2 həvalə edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt- “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında” notariusunun qərarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçının iddia tələbi inzibati aktın ləğv edilməsindən (mübahisələndirmə) ibarət olsa da, yuxarıda sadalanan hallara əsasən iddia tələbinə inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X3 tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsi 2(008)-2137/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsi Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X2 həvalə edilməsi həmin qərarın nəticəsi ilə bağlı olduğundan mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, onun hazırkı iddia ilə Sabunçu rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X3 tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayon məhkəməsi 2(008)-2137/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsi Bakı şəhərinin 17 saylı notariat ofisinin notariusu X2 həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9509/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9509/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver