Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9520/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh N saylı hərbi hissədən işlədiyi feldşer vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uygunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmağına dair əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı NN may 20N6-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan Təlim-Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin lazaretində feldşer vəzifəsində xidmətə başlamışdır. N il orada qulluq etdikdən sonra təxminən 20N7-ci ilin əvvəllərində Bakı şəhəri Binəqədi rayonu N saylı hərbi hissəyə yenə də feldşer vəzifəsinə təyin edilmişdir. 20N8-ci ilin may ayında Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə eyni vəzivədə qulluğunu davam etdi. Həmin zaman hərbi rütbəsi gizir idi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə müharibə zonasında qulluq etmişdir. 202N-ci ilin ortalarında Beylaqan rayonunda yerləşən N saylı hərbi hissəyə yenə də eyni vəzifəyə köçürüldü. 2 il orada xidmət etdikdən sonra 2023-cü ilin 23 noyabr tarixində Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlar komandanı general-mayor Hikmət Mirzəyevin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluga görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Bu günə qədər əmrin surətini ala bilmədiyinə görə hansı əsaslarla işdən azad edildiyi ona hələ ki, məlum deyil. Vəkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon şöbəsinə N0 mart 2025-ci il tarixdə PVB-36 saylı xəbərnaməli sorğu göndərmiş, həmin sorğunun xəbərmaməsi daxil olmuş, lakin həmin sorğuya cavab verilməmişdir. 0N2 *** ** ** nömrəli telefonla dəfələrlə əlaqə saxladıqda əməkdaşları hər dəfə vəd etmişlər ki, cavab veriləcək, lakin heç bir cavab ala bilməmişdir. Sorğuya cavab ala bilmədiyinə görə barəsində verilmiş əmrin məzmununu bilmir. Hesab edir ki, barəsində qanunsuz əmr verilmişdir. İşlədiyi müddət ərzində heç bir intizam cəzası almamışdır, Vətənə layiqli xidmət göstərmişdir, 2020-ci ildə ikinci Qarabağ müharibəsi dövründə müharibə zonasında qulluq etmişdir. 202N-ci ilin ortalarında Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəyə yenə də eyni vəzifəyə köçürüldü. İki il orada xidmət etdikdən sonra 23 noyabr 2023-cü il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirdi. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlar komandanı, general-mayor Hikmət Mirzəyevin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidmətə uyğunsuzluğa ğörə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Buna görə də səhhətinə görə buraxılmaq hüququna malikdir. Əgər hərbi hissə əmrdə qeyd edildiyi kimi xidməti uyğunsuzluğa görə işdən azad edilirdisə onda qanunla nəzərdə tutulmuş qaydada şərəf məhkəməsinin vəsatəti ilə işdən azad edilməli idi. Barəsində şərəf məhkəməsinin keçirilib-keçirilməməsindən xəbəri olmayıb və şərəf məhkəməsinin qərarı ona təqdim edilməyib. Buna görə də hesab edir ki, şərəf məhkəməsi keçirilmədən barəsində əsassız olaraq belə bir qərar verilmişdir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Quru Qoşunları komandanlığı iş materiallarını araşdıraraq hesab edir ki, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) olunduğu vaxtdan 30 gündən artıq müddət keçdiyinə görə iddia mümkünsüz sayılmalıdır (iddia rədd edilməlidir). Belə ki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-N(NN2)-9520/2025 nömrəli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, iddiaçı XN nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması barədə əmr N nömrəli hərbi hissəyə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli N62 nömrəli əmri ilə elan edilmişdir. Belə ki, iddiaçı X3 ehtiyata buraxılması barədə təyinat vərəqəsi xx.xx.2024-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Yasamal rayon şöbəsinə göndərilmişdir. İş materiallardan görünür ki, iddiaçı X5 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin tarixədək bu barədə heç bir şikayəti daxil olmamışdır. “Hərbi xidmətkeçəmə haqqında Əsasnamə”nin N65-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin N68-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56-N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. İnzibati prosessual Məcəllənin 24.N-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş müddət pozuntusu proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İddiaçı XN nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması barədə əmr N nömrəli hərbi hissəyə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli N62 nömrəli əmri ilə elan edilmişdir. Belə ki, iddiaçı X3 ehtiyata buraxılması barədə təyinat vərəqəsi xx.xx.2024-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Yasamal rayon şöbəsinə göndərilmişdir. İş materiallardan görünür ki, iddiaçı X5 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin tarixədək bu barədə heç bir şikayəti daxil olmamışdır. “Hərbi xidmətkeçəmə haqqında Əsasnamə”nin N65-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin N68-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56-N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. İnzibati prosessual Məcəllənin 24.N-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş müddət pozuntusu proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati İcraata haqqında Qanunun 62.3-cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsinə nəzərdə tutulmuş ayda maraqlı şəxsin inzibati akt almadığı və ya gec aldığı nallarada şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel 20N5-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bundan başqa, iddiaçı X5 gizir hərbi rütbəsində, N nömrəli hərbi hissənin artilleriya divizionun tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edərkən 2N avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək və 29 avqust 2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərbi hissəni (xidməti yerini) özbaşına tərk edərək hərbi xidmət üzrə vəzifələrinin icrasından yayındığına görə N nömrəli hərbi hissə komandirinin təqdimatı əsasında Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmışdır. Bundan başqa Müdafiə Nazirliyinin 5-ci təhqiqat bölməsinin xx.xx.2024-cü il tarixli 000743 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, iddiaçı X5 NN.09. 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərbi hissəni (xidməti yerini) özbaşına tərk etmiş, hərbi hissəni tərk etməsinin səbəbini səhhətində problemlərin olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 40.2-ci maddəsinə (bəraətverici əsaslar olmadan) xitam verilmişdir. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X2 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.4-cü bəndinə əsasən hər bir hərbi qulluqçu ciddi hərbi intizamın zəruriliyini şüurlu surətdə dərk etməli, baş verə biləcək cinayətlərin və intizam xətalarının qarşısının vaxtında almağa çalışmalı və onların yaranmasına səbəb olan amilləri aşkar edib aradan qaldırmalı və ya öz köməyini əsirgəməməli, ona verilən hüquqlar tələblərini, vəzifə borclarını, verilən tapşırıq və göstərişləri dəqiq və vaxtında yerinə yetirməlidir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndələri etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdirlər.
5. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
II. İddianın mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
7. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı cavabdehin inzibati aktın yuxarıda qeyd olunan əlamətlərinə malik müvafiq əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsinə yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.N. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.N. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.N2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən N il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən N il ərzində ləğv edilə bilər.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin N-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 7N-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli № 05 qərarına əsasən: N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. N.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.N. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in N3 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixlidir.
15. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli 052 gm nömrəli əmri barədə iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, əmrin surəti bugünədək ona təqdim edilmədiyindən hansı əsaslarla işdən azad edildiyi ona məlum deyil.
17. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Bundan əlavə işdə olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçı həmin cinayət işi üzrə müvafiq izahatlar vermişdir ki, bu da onun hansı əsaslarla ehtiyata buraxılması barədə məlumatlı olmasını deməyə əsas verir.
18. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunur ki, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması barədə əmr N nömrəli hərbi hissəyə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli N62 nömrəli əmri ilə elan edilmişdir.
19. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən əmr barədə elan olunduğu vaxtdan, xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur.
20. Odur ki, məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
21. Beləliklə, əmrlərin mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
22. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva