Məhkəmə qərarları › İş №2-1(112)-953/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-953/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-953/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi, cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı Bağır oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Bağır oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin 04.05.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bağır oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nzami rayon Nizami Bələdiyyəsinin 20.07.2006-cı il tarixli, 53 saylı qərarı ilə Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.Buna dair torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi iddiaçıya verilmişdir.Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsində və sahibliyindədir.İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeqanlı imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçıın şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 265105 №li, 28.01.1999-cu il tarixli vəsiqəyə əsasən iddiaçı ikinci qrup əlildir. Cavabdehin 04.05.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi,12 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların Bağırov Nurəddin Bağır oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir.İmtinanın əsası kimi göstərilmişdir ki, təqdim edilmiş torpaqların alqısatqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmamışdır, həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsusdir. Nizami rayon bələdiyyəsinin 53 nömrəli, 20.07.2006-cı il tarixli ”Torpağın mülkiyyətə verilməsinə dair” qərarına əsasən Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin sənədləşdirilməsi, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 10, mənzil 8-də qeydiyyatda olan vətəndaş Bağırov Nurəddin Bağır oğlunun mülkiyyətinə verilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair akt”a əsasən Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsinə iddiaçı 27.06.2006-cı ildə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Nizami Bələdiyyəsi ərazisində 0.019 ha torpaq sahəsi satılması barədə 53 nömrəli, 20.07.2006-cı il tarixli qərar qəbul edilmişdir.Bunun müqabilində iddiaçı tərəfindən Nizami bələdiyyəsinin hesabına 798 manat haqq ödənilmişdir. Nizami bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş cizgi sxeminə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 190 kv metr göstərilmişdir. 14.07.2006-cı il tarixli qəbzə əsasən iddiaçı tərəfindən Nizami bələdiyyəsinə 798 manat torpaq haqqı ödənilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 05.11.2020-ci il tarixli məktubuna əsasən göstərilən, 2 mərtəbəli yaşayış binasının bitişik hissəsində yerləşən 184,3 kub metr torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir.Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olub olmamasını araşdırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir.Bələdiyyə ərazisi olması barədə bazada məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.10.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əsasən Bakı şəhəri Nizami bələdiyyəsinin 20.07.2006-cı il tarixli,53 nömrəli qərarına dair məlumat X1 aşkar edilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Nizami rayon bələdiyyəsinin 53 nömrəli, 20.07.2006-cı il tarixli ”Torpağın mülkiyyətə verilməsinə dair” qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsi iddiaçıya satılmışdır, bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir, iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə bələdiyyəyə 798 manat ödənilmişdir.İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli fərmanı imzalanana qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nda göstərilirdi: “5. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir...8. Torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış;b) satılacaq torpaq sahəsinin qayiməsindən (sertifikatından) çıxarış;v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış;q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış. Həmin qaydaların əlavəsi olan “Torpaqların alqı-satqısına dair” Aktın 3-cü bəndində aktın bələdiyyənin nümayəndəsinin, torpaq alanın imzalaması ilə yanaşı rayon, şəhər torpaq şöbəsinin müdiri tərəfindən imzalanması, habelə həmin aktın rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınması da məcburi şərt kimi nəzərdə tutulurdu. İddiaçı tərəfindən torpağın ona satılması barədə Nizami bələdiyyəsinin qərarı, alqı-satqı aktı həm cavabdehə, həm də məhkəməyə təqdim edilsə də Nizami bələdiyyəsinin qeyd edilən qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.10.2020-ci il tarixli məktubuna əsasən həmin Mərkəzdə mövcud deyildir. “Torpağın alqı-satqısına dair aktı”n müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulsa da bu şərtə də əməl edilməmiş, torpaq şöbəsi tərəfindən akt imzalanmamış və qeydiyyata alınmamışdır. Yəni torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olub olmamasını araşdırmaq mümkün deyildir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Bağır oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin 04.05.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Bağır oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin 04.05.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar