Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-953/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə X7 Filialın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı “qərarın ləğvi, pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasından qanunsuz və əsassız olaraq tutulan məbləğin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may ayında ona sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına müraciət edərək pensiyası hesablanarkən xidmət illərində ona verilmiş məzuniyyət pulu, müalicə pulu, maddi yardımlar, hər ilin sonunda verilmiş 13-14-cü əmək haqqı, bayramlarla əlaqədar verilmiş mükafatlar, xidmət illərində hər ay verilmiş 64 manat ərzaq pulu və xidmət etdiyim rayonlar yüksək dağlıq ərazidə yerləşdiyindən və xidməti yerimin dəniz səviyyəsindən 1200-2500 metr yüksəklikdə yerləşməsi, həmin ərazilərdə xidmət apardığımı nəzərə alıb Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006- cı il tarixli fərmanına əsasən, pensiyasın yenidən hesablanmasını xahiş etmişdi. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Üzrə İdarəsinin mərkəzi filialı ərizəmdə qeyd olunanların əksinə olaraq pensiya hüquqlarını kobud şəkildə pozaraq 2018-ci il tarixdə ona hesablanmış pensiyadan 481,27 manat məbləğində pul əmək pensiyaçısı kimi razılığı olmadan tutulmağa başlanılmışdır. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Üzrə İdarəsinin mərkəzi filialına etdiyim müraciətimlə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli ona ünvanlanmış **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, ona xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən 16816,38 manat pul vəsaitin əsassız olaraq əmək pensiyamdan tutmaq niyyəti ilə razılığı olmadan hər ay əmək pensiyasından 481,27 manat tutulmuşdur. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Habelə cavabdeh tərəfindən əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada hansı müvafiq tədbirlərin görülməsini nəzərdə tutması aydın deyil. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənildiyi və bu səbəbdən də artıq ödənilmiş 16816,38 manat pul vəsaitin büdcəyə bərpa edilməsi qənaətinə gəlməsi, əmək pensiyaçısı kimi razılığı olmadan əmək pensiyasından tutulma aparılması qanunsuzdur və qeyri-qanuni olaraq pensiyasından tutulmuş pul vəsaiti bərpa olunmalıdır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X11 Filialı mənə qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi qanunsuz və əsassızdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Xüsusi Şərtlərlə X7 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 2 may 2018-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 2 may 2018-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 2397,75 manat, rütbəyə görə əlavəsi 390,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 1254,49 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələri 143,55 manat olmaqla orta aylıq əmək haqqı 4249,79 manat təşkil etmişdir. Bununla əlaqədaq əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il 4 ay 17 gün dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (4249,79 manat) 80 faizi-3399,83 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də sizə yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir (sizə ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur). Həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin aprel ayından etibarən əmək pensiyasının məbləği 3399,83 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə X7 Filialı cavabdeh İddiaçı qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə icraat iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə X7 Filialına qarşı “əmək pensiyasının qanunsuz və əsassız olaraq tutulan məbləğin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə) yekun məhkəmə aktı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır.
6. İddiaçının məhkəmə tərəfindən tələb edilmiş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə sabiq prokuror kimi təyin olunmuş əmək pensiyası xx.xx.2021-ci il tarixli qərarla vətəndaşın ərizəsinə əsasən yenidən hesablanmış, həmin tarixə qədər aldığı pensiya məbləği 3880,10 manat yenidən hesablanaraq yenidən hesablanmadan sonra 3399,83 manat müəyyən edilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurluğu tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə hərbi prokurorluq orqanlarına işə qəbul olunmuş, Qubadlı Hərbi Prokurorluğunun stajçı müstəntiqi, xx.xx.1994-cü il tarixdə Qubadlı Hərbi Prokurorluğunun müstəntiqi, xx.xx.1995-ci il tarixdən Qazax Hərbi Prokurorluğunun müstəntiqi, xx.xx.1997-ci il tarixdən Qazax Hərbi Prokurorluğunun böyük müstəntiqi, xx.xx.1998-ci il tarixdən Lənkəran Hərbi Prokurorluğunun böyük müstəntiqi, xx.xx.2001-ci il tarixdən Sumqayıt Hərbi Prokurorluğunun böyük müstəntiqi, xx.xx.2003-cü il tarixdən Respublika Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, xx.xx.2005-ci il tarixdən Sumqayıt Hərbi prokurorunun köməkçisi vəzifələrinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xilam verilmişdir. Respublika Hərbi Prokurorluğunun arxivində saxlanılan sənədlərə əsasən Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 may tarixli 322 saylı Sərəncamına və Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 60 saylı Qərarına əsasən müstəntiqin vəzifə maaşı 70000 manat, böyük müstəntiqin vəzifə maaşı isə 74000 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1998-ci il tarixli 131-4 nömrəli Qərarına əlavəyə əsasən böyük müstəntiqin vəzifə maaşı 175000 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarına əsasən böyük müstəntiqin vəzifə maaşı ******* manat, şöbə prokurorunun vəzifə maaşı ******* manat, köməkçinin vəzifə maaşı isə ******* manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2006-cı il tarixli 268-31 nömrəli Qərarına əsasən köməkçinin vəzifə maaşı 648 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2014-cü il tarixli 54-2 nömrəli Qərarına əsasən köməkçinin vəzifə maaşı 730 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2018-ci il 203- 16 nömrəli Qərarına əsasən (Qərar 2018-ci il mart ayının 1-dən qüvvəyə minir) əsasən köməkçinin vəzifə maaşı 805 manat olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli 0176 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq ona ədliyyə baş leytenantı, xx.xx.1995-ci il tarixli 42/rt nömrəli əmri ilə ədliyyə kapitanı, xx.xx.1998-ci il tarixli 054/rl nömrəli əmri ilə ədliyyə mayoru hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2015-ci il tarixli 1 1/44-k nömrəli əmri ilə daşıdığı rütbəyə uyğun kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir. 1993-cü il yanvar ayının 1-dən tədbiq edilən Qərara əsasən ədliyyə baş leytenantının rütbə maaşı 55000 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il 168 nömrəli Qərarına əsasən ədliyyə mayorunun rütbə maaşı (həmçinin kiçik ədliyyə müşaviri) 80000 manat, 1 oktyabr 2006-cı il tarixdən 48 manat, Nazirlər Kabinetinin 09 noyabr 2009-cu il tarixli 175-4 saylı Qərarına əsasən isə 130 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə qulluğun 6-cı ilindən başlayaraq iş stajına görə əlavə haqq verilir və həmin haqq hər 5 ildən bir artırılır. Pokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər 5 ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2009-cu il tarixli 110-3 saylı Qərarına əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun prokurorluq işçilərinə ərzaq payı əvəzinə verilən 32 manat aylıq pul kompensasiyasının məbləği artırılaraq 64 manat məbləğində olmuşdur. Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununa əsasən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilmişdir. Bundan başqa, il ərzində əmək haqqının 2 qat həcmindən az olmayaraq maddi yardım verilmişdir. Ezamiyyət vərəqələrinin saxlanılma müddəti bitdiyindən bu barədə məlumatları təqdim etmək mümkün olmamışdır.
8. Republika Hərbi Prokurorluğu tərəfindən verilmiş arayışa əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 38 saylı və xx.xx.1992-ci il tarixli 354 saylı əmrləri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun həmin əmrlərdə qeyd olunmuş rayonlarda yerləşən ərazi hərbi prokurorluqlarının əməkdaşlarına 3 qat əmək haqqı ödənilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1994-cü il tarixli 215-r saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən (Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları) əmək haqqı üçqat məbləğdə, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 1998-ci il tarixli 067 saylı “Hərbi qulluqçuların pul təminatının və fəhlə və qulluqçuların əmək haqlarının artırılması haqqında” əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqlarının artırılması haqqında” əmrinə əsasən döyüş əməliiyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqısı ikiqat məbləğdə ödənilir.
9. Məhkəmənin sorğusuna əsasən Respublika Hərbi Prokurorluğu tərəfindən bildirilmişdir ki, hərbi prokurorluğun sabiq əməkdaşı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1993-1997-ci illər ərzində işlədiyi ərazilər dağlıq ərazi hesab olunmamış və bununla bağlı ona əlavə ödənilşlər olunmamışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirlmişdir ki, İddiaçı Xüsusi Şərtlərlə X7 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 2 may 2018-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaş kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 2 may 2018-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 2397,75 manat, rütbəyə görə əlavəsi 390,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 1254,49 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələri 143,55 manat olmaqla orta aylıq əmək haqqı 4249,79 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il 4 ay 17 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4249,79 manat) 80 faizi-3399,83 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
11. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək həmin tarixədək aldığı pensiya məbləğinin bərpası haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Respublika Hərbi Prokurorluğu tərəfindən bildirilmişdir ki, Respublika Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı 1 may 2018ci il tarixə olan vəzifə maaşı ərazi hərbi prokurorluqlarında 1 may 2018-ci il tarixə müstəntiqin vəzifə maaşi 835 manat, böyük müstəntiqin vəzifə maaşı isə 965 manat təşkil edir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Respublika Hərbi Prokurorluğu tərəfindən bildirilmişdir ki, Respublika Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı 1 may 2018ci il tarixə olan vəzifə maaşı (stajor müstəntiq) ərazi hərbi prokurorluqlarında 1 may 2018-ci il tarixə stajor müstəntiqin vəzifə maaşı müstəntiqin vəzifə maaşına uyğun olaraq 835 manat təşkil edir.
14. Şifahi məhkəmə dinləmələri iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.
15. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya pensiya xx.xx.1993xx.xx.1998-ci illərin ardıcıl gələn 60 ayın əmək haqqısı ilə hesablanıb. Qeyd edilən dövrdə iddiaçıya əmək haqqı 3 qat məbləğdə ödənilib. Pensiya həmin 3 qat məbləğdə alınmış əmək haqqı məbləğinə uyğun hesablanıb. Həmin 60 ayda iddiaçı 4 müxtəlif vəzifədə: 13 ay – vəzifə maaşı 600 manat olan stajçı müstəntiq vəzifəsində, 20 ay – vəzifə maaşı 835 manat olan müstəntiq vəzifəsifəsində, 20 ay – vəzifə maaşı 835 manat olan müstəntiq vəzifəsində və 7 ay – vəzifə maaşı 965 manat olan böyük müstəntiq vəzifəsində çalışıb. Nəticədə orta aylıq əmək haqqı 799,25 manat təşkil etmişdir. 3 qatı isə 2397,75 manatdır. Lakin pensiya səhvən 7 ayda aldığı ən çox vəzifə maaşından, yəni 965 manatdan hesablanıb. Onun da 3 qatı 2895 manatdır.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
19. Hazırki iddia mübahisələndirmə növündə iddiadır.
20. İddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında hazırda mübahisələndirilən qərarın mövcudluğu məhkəmə araşdırması zamanı məlum olmuşdur.
21. İddia mümdür.
II. Məhkəmənin mövqeyi
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
25. X8 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
III. Qeyd edilənlərin hazırki işə tətbiqi
26. Pensiyanın yenidən hesablanması haqqında cavabdeh qurumun xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarının ləğvinə münasibətdə məhkəmənin mövqeyi:
27. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən yaşa görə sabiq prokuror kimi əmək pensiyası təyin edilmişdir.
28. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq) hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur.
29. Hazırki işdə mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur.
30. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır.
31. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
32. Odur ki, qeyd edilən hissədə iddia tələbi təmin edilməlidir.
33. Əvvəlki pensiya məbləğinin bərpa edilməsi hissəsində məhkəmənin mövqeyi:
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış ...prokurorluq işçilərinə Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir
35. Hərbi prokurorluğun bir məktubunda İddiaçı 1993-1997-ci illər ərzində işlədiyi əraziləin dağlıq ərazisi hesab olunmadığı qeyd olunsa da, digər arayışında Füzul, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqlarında işləyən hərbi prokurorluq işçilərinin əmək haqqının üçqat məbəğdə ödənildiyi bildirilmiş, iddiaçı da həmin dövrdə Qubadlı və Qazax qarnizonu hərbi prokurorluğunda işləmişdir.
36. İddiaçının pensiyası hərbi prokurorluqda istənilən ardıcıl gələn 60 ayı (xx.xx.1993xx.xx.1998-ci illərdə) ərzindəki (ən yüksək məbləğdə hesablanan dövr üzrə) nəzərə alınan 13 ay stajçı müstəntiq (xx.xx.1993-xx.xx.1994-cü illərdə Qubadlı Hərbi Prokurorluğunda), 40 ay müstəntiq (xx.xx.1994-xx.xx.1997-ci illərdə Qubadlı Hərbi Prokurorluğunda və Qazax Hərbi Prokurorluğunda), 7 ay böyük müstəntiq (xx.xx.1997xx.xx.1998-ci illərdə Qazax Hərbi Prokurorluğunda) vəzifələrində işlədiyi dövrə uyğun olaraq əmək haqqının üçqat ödənilməsi nəzərə alınmaqla hesablanmışdır.
37. Cavabdeh qurum bildirir ki, iddiaçının xx.xx.1993-xx.xx.1998-ci illərdəki dövrdə işlədiyi vəzifələr xx.xx.2018-ci il tarixinə stajçı müstəntiqin vəzifə maaşı 600 manat, müstəntiqin vəzifə maaşı 835 manat, böyük müstəntiqin vəzifə maaşı 965 manat olduğu halda, pensiyası səhvən 7 ayda aldığı ən çox vəzifə maaşından, yəni 965 manatdan (onun da üçqatı 2895 manatdır) hesablanıb, bu səbəbdən də pensiyası ixtisas dərəcəsinə və qulluq stajına görə əlavə nəzərə alınmaqla 3880,10 manat müəyyən edilib. Odur ki, yenidən hesablama haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanarkən həmin xx.xx.1993-xx.xx.1998-ci illərdəki dövrdə (istənilən ardıcıl gələn 60 ay) işlədiyi vəzifələr xx.xx.2018-ci il tarixinə stajçı müstəntiqin vəzifə maaşı 600 manat, müstəntiqin vəzifə maaşı 835 manat, böyük müstəntiqin vəzifə maaşı 965 manat nəzərə alınmalqa iddiaçının pensiyası yenidən hesablanmışdır.
38. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçının vəzifə maaşı 2397,75 manat olaraq nəzərə alınmışdır ( (600 manat+835 manat+965 manat) / 3 = 800 manat orta aylıq əmək haqqı; 800 manat x 3 qat əmək haqqı= 2400 manat).
39. Məhkəmənin sorğusuna cavab olaraq isə müəyyən edilmişdir ki, Hərbi Prokurorluqda 1 may 2018-ci il tarixə stajor müstəntiqin vəzifə maaşı müstəntiqin vəzifə maaşına uyğun olaraq 835 manat, müstəntiqin vəzifə maaşi 835 manat, böyük müstəntiqin vəzifə maaşı isə 965 manat təşkil edir.
40. X8 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir.
41. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin).
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyasının hesablanması zamanı nəzərə alınan dövrə uyğun olaraq iddiaçının işlədiyi stajor müstəntiqin vəzifə maaşı 1 may 2018-ci il tarixə cavabdeh qurumun qeyd etdiyi kimi (yəni xx.xx.2021-ci il tarixli qərarla yenidən hesablama zamanı nəzərə aldığı) 600 manat deyil, müstəntiqin vəzifə maaşına uyğun olaraq 835 manat təşkil etmişdir. Odur ki, iddiaçının orta aylıq əmək haqqı hesablanarkən qeyd edilən hal inzibati orqan tərəfindən nəzərə alınmalıdır.
43. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın yenidən hesablanmasına dair inzibati akt (pensiyaçının pensiya məbləğinin azaldılmasına yönələn) şəxsin dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı, aldığı pensiya məbləği və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər.
44. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının yenidən hesablama barədə qərar qəbul edilənə qədər aldığı məbləğdə pensiyanın bərpa edilməsi hüququ deyil, məhkəmənin hüququ mövqeyinə uyğun olaraq pensiyasının yenidən hesablanması hüququ (xx.xx.1993-xx.xx.1998-ci illərdə iddiaçının işlədiyi stajor müstəntiqin vəzifə maaşı müstəntiqin vəzifə maaşına uyğun olaraq 835 manat, müstəntiqin vəzifə maaşı 835 manat və böyük müstəntiqin vəzifə maaşı 965 manat nəzərə alınmaqla) iddiaçı dinlənilməklə təmin edilməlidir.
45. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin (xx.xx.2021-ci il) tarixədək aldığı pensiya məbləğinin bərpası hissəsində təmin edilməməli, lakin iddiaçının pensiyası məhkəmənin qeyd edilən hüquqi mövqeyinə uyğun olaraq yenidən hesablanmalıdır.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə X7 filialının İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzbati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva