Məhkəmə qərarları › İş №2-1(112)-9532/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9532/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9532/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiаçı İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinə qarşı “pensiyanın təyin edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir.Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş və müraciətə uyğun olaraq iddiaçıya təyin edilmiş 322,20 manat əmək pensiyası məbləği yenidən hesablanaraq 349,14 manat təşkil etmişdir. Bu səbəbdən də iddiaçı arzuolunan nəticəyə çatmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosetəyissual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının arzuolunan nəticəyə gəldiyi qənaətinə gələrək iddianın mümkün sayılmamasını xahiş etsə də, inzibati orqan irəli sürdüyü bu mövqeyi də haqlı olmamışdır. Belə ki, doğrudur ki, iddiaçının irəli sürdüyü tələb əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Təkzib olunmaz haldır kı, məhkəmə gedişatı zamanı cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası məbləğinin hesablanmasında artımlar olmuşdur. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı pensiya məbləği cavabdehin son hesablamalar ilə müəyyən etdiyi məbləğindən çoxdur. Başqa sözlə desək, cavabdeh əmək pensiyasının yenidən hesablanması istiqamətində tədbirlər görsə də, əldə olunan nəticə, yəni müəyyən edilən pensiya məbləği iddiaçının arzuladığı pensiya məbləği deyildir. Bu səbəbdən Məhkəmə hesab edir ki, hal-hazırda tərəflər arasında mübahisə mövcud olduğundan, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 322,20 manat müəyyən olunmuşdur. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği 349,17 manata çatdırılmışdır. Hazırda iddiaçının aldığı əmək pensiyasının məbləği 361,04 manat təşkil edir. İddiaçinın hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi əmək pensiyası məbləğinin yenidən hesablanaraq artırılması təşkil edir. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində qiymətləndirilmənin aparılması üçün aşağıda göstərilən hissələrə ayrıayrılıqda qiymət verilməlidir:

1. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına;

2. xx.xx.2006-cı il tarixədək toplanan ümumi iş stajına əsasən pensiya kapitalına;

3. xx.xx.2006-cı il tarixdən sonra toplanan pensiya kapitalına;

4. Müvafiq düstür əsasında aylıq pensiya məbləğinə. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajına münasibət bildirir. (1) Ümumi iş stajı ilə bağlı qiymətləndirmənin aparılması üçün məhkəmə, iddiaçıya pensiya təyin olunan dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçasının və hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək; xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif müəssisələrdə fərqli peşələr və vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasında və hərbi biletdə göstərilən dövləri cəmlədikdə isə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 29 il 01 ay 01 gün təşkil edir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı üçün pensiya kapitalının nə qədər olmasınamünasibət bildirir. (2) Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun: 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.

İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4

Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır.Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçının 2006-cı ilə qədər ümumi stajı 29 il 01 ay 01 gün təşkil etdiyindən, hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu pensiya kapitalı 8.900,35 manat (29x306+306/12x1+306/365x1) təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının 65 yaş həddi 2021-ci ilin aprel ayında tamam olduğundan, həmin kapitalın xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 22.165,48 manat təşkil edir. Hesablama qaydası: 8.900,35+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+ 3%+2,6%+2%. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə topladığı 8.900,35 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2021-ci ilin aprel ayına 22.165,48 manat təşkil edir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalını müəyyən edir. (3) Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdəngörünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə əmək haqqından məcburi sosial sığorta haqları çıxılmış və fərdi hesabının sığorta hissəsində yığılmışdır. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28.115,28 manat təşkil edir. Məhkəmə iddiaçının əmək pensiyasının məbləğinə münasibət bildirir. (4) Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1.Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 10.4.Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 45.1.Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə qeyd etmək istəyir ki, şəxsin əmək pensiyası məbləği onun topladığı pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinə bölünməklə müəyyən edilir. Doğrudur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi dövrdə ölkə ərazisində əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilmiş, lakin sonradan baş vermiş dəyişiklik əsasında pensiya məbləği artırılaraq 240 manat müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti icra etdiyi dövrdə ümumilikdə topladığı pensiya kapitalı 50.280,76 manat təşkil etmişdir. Yuxarıda da qeyd olunduğu bu məbləğ iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajının istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etməklə pensiya hüququnun yarandığı tarixə olan 22165,48 manat və xx.xx.2006-cı il tarixdən sonra toplanan 28.115,28 pensiya kapitalının cəmidir. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 349,17 ((50.280,76/144 ay) manat olması müəyyən edilir. Göründüyü kimi, iddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən pensiya məbləği düzgün müəyyən edilmiş, xx.xx.2022-ci il tarixə pensiya məbləği artırılmış, 349,17 + 3,4% = 361,04 manatadək çatdırılmışdır ki, pensiya məbləğinin müəyyən edilməsi zamanı hər hansı səhvə yol verilməmişdir. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hesab edir ki, onun pensiya məbləği hər ilə görə 306 manat ilə yanaşı, pensiya kapitalının 80% nəzərə alınmaqla hesablanmalı və nəticə etibarı ilə pensiya məbləğinin 641 manata çatdırılmalıdır. Buna münasibətdə məhkəmə diqqətə çatdırır ki, iddiaçı məhkəmə icraatı zamanı irəli sürdüyü mülahizələrində arzuladığı pensiya məbləğinin həmin düsturla hesablanmasında haqlı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsinin normasını təsvir etdikdə aydın olur ki, hər il üçün müəyyən edilən 306 manatdan hesablama məhz xx.xx.2006-cı il tarixədək toplanılan ümumi iş stajına tətbiq olunur ki, hazırda da həmin müddəa iddiaçıya pensiya məbləği hesablanarkən də nəzərə alınmışdır. Maddənin ikinci hissəsi pensiya kapitalının 80 % ilə bağlıdır ki, bu zaman qanunvericilik həmin hesablamanın məhz 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalına münasibətdə tətbiq edir. İddiaçının isə xx.xx.2006-cı il tarixdən topladığı pensiya kapitalı əmək pensiyasının təyinatı zamanı nəzərə alınmış, hesablamalar “Əmək pensiyaları haqqında” Qanunun 10.4-cü maddəsində göstərilən düstur əsasında aparılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü mülahizələrin hər hansı hüquqi əsası olmamışdır. Məhkəmə cavabdehin irəli sürdüyü ikinci tələbə münasibətdə qeyd edir ki, hər iki tələb bir birindən asılı olduğundan, başqa sözlə desək iddiaçının əmək pensiyasının yenidən hesablanması həyata keçirilərsə, o zaman onun keçmiş dövr üçün ödənilməmiş fərq məbləğlərinin ödənilməsini tələb etmək hüququ yarandığından və hazırda iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı irəli sürdüyü tələb üzrə haqlı olmadığından, onun fərq məbləğinin ödənilməsi hissəsində iddianın təmin edilməsidə istisna olunur. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar