Məhkəmə qərarları › İş №2-1(112)-9537/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9537/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9537/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 87.600 (səksən yeddi min altı yüz) manat vəsaitin, mənəvi zərərə görə ******* (beş milyon) manat həcmində təzminatın ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 90000 (doxsan min) manat vəsaitin, mənəvi zərərə görə ******* (beş milyon) manat həcmində təzminatın ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 2 saylı evin 5 otaqdan ibarət 49 saylı mənzili ona məxsusdur. Mənzil 1992-ci ildə Ağdam rayonundan məcburi köçkünlər X13 və X11 tərəfindən zəbt edilmişdir. 30 ildir ki, mənzilindən məhrum olmuşdur. 18 il ərzində dövlət orqanlarına müraciətləri nəticə vermədiyindən məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)-560/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, cavabdehlər, Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin və Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə, Əhmədovların yaşayış sahəsi ilə təmin etməklə ona məxsus mənzildən çıxarılması vəzifəsi qoyulmuşdur. Lakin cavabdehlər 12 il 1 ay 25 gündür ki, qətnaməni icra etmirlər. İcra şöbəsi və İcra Baş idarəsi bildirirlər ki, Qaçqınların və X12 üzrə Dövlət Komitəsi və İcra Hakimiyyəti Əhmədovları yaşayış sahəsi ilə təmin etməsə, onları mənzildən çıxarmaq qətnamənin icrasına ziddir. Bu səbəbdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı zərərin ödənilməsinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiası mümkünsüz hesab etmişdir. Yuxarı instansiya məhkəmələri də eyni mövqedən çıxış edərək qərardadı dəyişilməmişdir. Hər üç instansiya məhkəməsinin mövqeyi cavabdehin əvəz olunması olmuşdur. Qətnamənin icra şöbəsi öhdəlik daşıyır. Məhkəmələrin mövqeyi ilə razılaşaraq, məhz icra şöbəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Suraxanı rayon İcra şöbəsinin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində mənzilinə köçə bilmir. 30 (otuz) ildir kirayədə yaşayır. Bu müddət ərzində külli miqdarda maddi və misilsiz mənəvi zərərə məruz qalmışdır. Mənzilin kirayə haqqı ayda 550-600 manat təşkil edir. İcra sənədi xx.xx.2010-cu il tarixdə icraata daxil olub. Həmin müddətdən 12 il 2 ay yəni 146 ay keçib. 146 ay, ayda 600 manat olmaqla 146 x 600=87600 manat təşkil edir. xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, qətnamənin icra edilməsini xahiş etmişdir. Cavabdehin ona ünvanladığı 18-7607/11-9 saylı, xx.xx.2022-ci il tarixli cavabında qeyd edirlər ki, qərarın icrası istiqamətində tədbirlər davam etdirilir. Lakin hansı tədbirlərin görülməsi borcluların məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. İPM-nin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)-305/2011 saylı xx.xx.2011-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(010)-560/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X4, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, başqa yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi vəzifəsinin həvalə edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X13 və X3 yetkinlik yaşma çatmayan uşaqlan ilə birlikdə, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu Qara- Çuxur qəsəbəsi Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmaları, cavabdehlər X5, X3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi, İddiaçı Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2 (103)- 3100/2010 saylı qətnaməsi ilə cavabdeh X14, X11 və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X13 və vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)-3100/2010 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(013)-3100/2010 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1491/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-260/2010 saylı, 26 aprel 2010-cu il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəzi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(82)-2135/2017 saylı iş) 30 noyabr 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati – İqtisadi kollegiyasının (2-1(103)-912/2018 saylı iş) 18 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1491/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-912/2018 saylı 18 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 42000 manat pulun müştərək qaydada və mənəvi zərərə görə isə 5000 manat pulun ödənilməsi öhdəliklərinin hər bir cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-656/2021 nömrəli qərardadına görə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdırş. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1772/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-656/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarında (Bənd 29) iddiaçıya icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-991/2021 saylı qərarı). Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış faydanın əvəzi olaraq 49.000 (qırx doqquz min) manat vəsaitin, mənəvi zərərə görə 50.000 (əlli min) manat təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4980/2022 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçının hazırda irəli sürdüyü tələblə cavabdehə müraciət etməsinə, həmin müraciətin xx.xx.2022-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən cavablandırılmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 18-7607/11-9, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2011 saylı xx.xx.2011-ci tarixli qətnaməsinə əsasən cavabdehlər X13 və X11 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, iddaçı İddiaçı Nəsurullah oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmalıdır. İş üzrə cavabdehlər X13 və X11 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edimişdir. İcra sənədi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş cavabdehlərin yaşadığı ünvana göndərilmişdir. İcra vərəqəsində borcluların başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə həvalə edildiyindən xx.xx.2011-ci il tarixdə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin məktubuna əsasən hazırda boş mənzil fondu olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilində müvəqqəti məskunlaşmış X6 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin etmələrinin imkanları xaricində olduqlarını bildirmişdirlər. xx.xx.2018-ci il tarixdə təkrar olaraq Komitəyə müraciət edilmiş, komitənin sorğusuna cavab olaraq şöbəyə ünvanlandığı məkdubunda növbəti bir il ərzində qaçqın ailələrinin növbəli şəkildə yeni mənzillərə köçürüləcəkləri bildirilmişdir. Təkrarən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Komitə tərəfindən ünvanlanmış məktubda evlər tikildikdən sonra X8 və onun ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərə yeni mənzilin təklif edilib-edilməməsini müəyyən etmək məqsədilə cavabdeh X13 ilə telefon əlaqəsi saxlanılmış, Komitə tərəfindən hər- hansı bir mənzilin onlara təklif edilmədiyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin 18-7607/11-9 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2011 saylı xx.xx.2011 -ci tarixli qətnaməsinə əsasən cavabdehlər X13 və X11 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, iddaçı İddiaçı Nəsurullah oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmalıdır. İş üzrə cavabdehlər X13 və X11 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edimişdir. İcra sənədi xx.xx.2011 -ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş cavabdehlərin yaşadığı ünvana göndərilmişdir. İcra vərəqəsində borcluların başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə həvalə edildiyindən xx.xx.2011-ci il tarixdə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi və Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin məktubuna əsasən hazırda boş mənzil fondu olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilində müvəqqəti məskunlaşmış X6 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin etmələrinin imkanları xaricində olduqlarını bildirmişdirlər. xx.xx.2018-ci il tarixdə təkrar olaraq Komitəyə müraciət edilmiş, komitənin sorğuya cavab olaraq şöbəyə ünvanlandığı məkdubunda növbəti bir il ərzində qaçqın ailələrinin növbəli şəkildə yeni mənzillərə köçürüləcəkləri bildirilmişdir. Təkrarən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Komitə tərəfindən ünvanlanmış məktubda evlər tikildikdən sonra X8 və onun ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərə yeni mənzilin təklif edilib-edilməməsini müəyyən etmək məqsədilə cavabdeh X13 ilə telefon əlaqəsi saxlanılmış, Komitə tərəfinğən hər-hansı bir mənzilin onlara təklif edilmədiyi bildirilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra şöbəsi icra tədbirlərinin nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş icra tədbirləri qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olmuşdur. İddiaçılara cavabdeh inzibati orqanın həyata keçirdiyi icra tədbirləri nəticəsində maddi və mənəvi ziyanın vurulması təsdiq olunmamışdır və bu halda bu halda Suraxanı rayon İcra və Probasiya şöbəsi hazırki iddiaya cavab verməli şəxs kimi çıxış edə bilməz. Bundan əlavə iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən eyni tələb və eyni əsaslar üzrə verilmiş iddiasının məhkəmə tərəfindən mümkün sayılmamasına dair qanuni qüvvədə olan qərarı mövcuddur ki, qeyd olunan qərarda da iddiaçıya icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar