Məhkəmə qərarları › İş №2-1(112)-954/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-954/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-954/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı məhdud məsiliyyətli müəssisəsinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı məhdud məsiliyyətli müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı (**********) məhkəməyə müraciət edərək xx.xx.2022 tarixli **********066900 saylı Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı МММ (**********) sair plastik məmulatların istehsalı, əsasən polipropilen və polietilen dənəciklərin (xammalın) idxalı, emalı, satışı (o cümlədən ixracı), emal xidməti ilə məşğul olur. Bu müddət ərzində qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindəni5.04.2021-ci il tarixdə **********231200 saylı 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə bildiriş göndərilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixli № **********142200 (vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə: bəyannamə və hesabat dövrü: 2020-ci il) Əlavə Vergilərin hesablanması barədə Qərar qəbul edilmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə də "xxxx" MMM- nin şəxsi hesab vərəqəsindən artıq ödəmədən 95.260.77 manat silinmişdir. Bu işlə bağlı xx.xx.2021-ci il tarixli **********758100 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati şikayətə baxılır (icraçı: Baş dövlət vergi müfəttişi Şəkərov Xalid) tərəfindən baxılır. "xxxx" МММ-nə əlavə hesablanmış 95.260.77 manat əmlak vergisi ilə razılaşmır. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, hesablanmış vergi qanunsuz və əsassızdır. Bundan əlavə bildirir ki, inzibati orqanın bildirdiyinə görə “sığortalanan əmlakın bazar dəyəri 12 130 000,00 manat olduğu müəyyən edilib”. Alınan məlumat sığorta şirkəti tərəfindən vergi orqanına verilib. Lakin bu rəqəmin əmlakın həqiq bazar dəyərinin olubolmamsı vergi orqanı tərəfindən aydınlaşdırılmamışdır. Vergi ödəyicisi kimi, qeyd edirik ki, sığorta müqaviləsində sığorta məbləği 12 130 000,00 manat təşkil etsə belə bu sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir, əmlakın real və ya bazar dəyəri deyildir. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edilməmişdir. Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 12-ci maddəsinə əsasən, sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. xx.xx.2019-cu il tarixli Girov qoyulan əmlakın sığortasına dair Ərizə- anketdə əşya və avadanlıqların real dəyəri müəyyən edilməmiş və qrafa boşdur. Odur ki, Vergi Məcəlləsinin 201.1.1-ci maddəsi tətbiq edilməsi düzgün yanaşma deyildir. Vergi Məcəlləsinin 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda. Azərbaycan Respubliksaının Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1. maddəsinə əsasən, aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.3-ci müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 202.0.l.-ci maddəsinə əsasən Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Azərbaycan Respubliksaının Vergi Məcəlləsinin 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. «İnzibati İcraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd edilən müddəalara istinad edilərək tərəfimizdən vergi hesablanıb və ödənilib. Odur ki, əlavə hesablanmış 95.260.77 manat vergi hesabatına uyğun deyil və məsələyə yenidən baxılması məqsədəmüvafiq olardı. "xxxx" MMM-nin rəhbərliyi bu müraciəti yazmaqla xahiş edir ki, əlavə hesablanmış və düzgün tutulmamış, şəxsi vərəqədə artıq ödəmədən silinmiş 95.260.77 manat verginin şəxsi vərəqəyə geri qaytarılması üçün müvafiq tədbirlər görəsiniz. «İnzibati İcraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respubliksaının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********142200 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində əlavə 95.260,77 manat vergi məbləği hesablanmış, hesablamanın əsası kimi sığorta şirkəti tərəfindən təqdim edilmiş **********618600 nömrəli sənədə əsasən 12.130.000,00 manat məbləğində əmlak sığorta olunmuş və əmlak vergisi üzrə kənarlaşma yaranmışdır. Ödənilmiş əmlak vergisi 26.039,23 manat olduğundan (12.130.000x1%=121.130,00; 121.130,00 – 26.039,23=95.260,77) 95.260,77 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********066900 nömrəli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Qərarda bildirilir ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.1998-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı" olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, 2020-ci il üzrə sığorta təşkilatlarından alınmış məlumatlar əsasında müəssisənin balansında olan əsas vəsaitlərin qalıq dəyərindən artıq qiymətə sığortalanan əmlakın bazar dəyəri 12 130 000,0 manat olduğu halda, 2020-ci il üçün əmlak vergisi bəyannaməsinin 505-ci “əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti" sətrində 0,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********231200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 95 260,77 manat əmlak vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərar qəbul olunmuşdur. İnzibati şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********798800 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilmiş, müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlər (sübutlar), o cümlədən əmlakın sığortalandığı vaxta həqiqi dəyərinin (bazar dəyəri) və ya bərpa olunan dəyərinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspert rəyinin surəti araşdırmaya təqdim edilməmişdir. Eyni zamanda aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə Müəssisəyə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********724000 nömrəli məktub göndərilərək, müraciətlərin araşdırılmasında şəxsən və ya səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə təmsil olunacağı təqdirdə səlahiyyətli nümayəndənin (qanuni nümayəndə) və ya vəkilin xx.xx.2022-ci il tarixdə saat 14:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, fərdi sahibkar və ya səlahiyyətli nümayəndə araşdırmada iştirak etməmiş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məktubların icra müddəti uzadılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********248500 nömrəli, 01,02.2022-ci il tarixli **********107800 nömrəli, xx.xx.2022-ci il tarixli **********155000 nömrəli və xx.xx.2022-ci il tarixli **********042900 nömrəli məktublarla göndərilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə bir nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin 2020-ci il üçün əmlak vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği ilə əlaqədar inzibati şikayəti təmin edilməməlidir. Belə ki, Müəssisə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pl- 2915/19 nömrəli “Əmlak Sığortası Şəhadətnaməsinə əsasən sığorta məbləğinin 12.130.000,0 manat qeyd edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş əmlak vergisi bəyannaməsinin 505-ci (Əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti) sətri göstəricisiz təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilir. Eyni zamanda Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinin nümayəndəsinə məxsus 050 *** ** ** nömrəsi ilə telefon əlaqəsi saxlanılmış, əlavə vergi məbləğinin hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olduğu izah edilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli, **********618600 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli, **********095200 nömrəli) məktublarda və Müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pİ- 2915/19 nömrəli “Əmlak Sığortası Şəhadətnaməsində ünvan 1 ünvanda yerləşən “kisə istehsalı” adlı təsərrüfat obyekti xx.xx.2005-ci il tarixdən vergi orqanında qeydiyyatdadır) daşınar əmlakların (323 ədəd maşın və avadanlıqların) 12 130 000,0 manata sığortalandığı faydalanan şəxsin Paşa Bank ASC olduğu və sığortalanan əmlakın girova qoyulduğu qeyd edilmişdir. Mülki Məcəllənin 895.2-ci maddəsinə əsasən əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Mülki Məcəllənin 908.1.5-ci maddəsinə əsasən əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində bağlandığı andan etibarsız sayılır. Həmin Məcəllənin 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Buradan belə nəticəyə gəlmək olur ki, sığorta predmeti hesab olunan əmlakın həqiqi (bazar) dəyəri sığortaçı və ya müstəqil ekspert tərəfindən qiymətləndirilmiş və ona uyğun sığorta məbləği müəyyən olunmuşdur. Beləliklə, Vergi Məcəlləsinin 14.3-cü və 201.1.1-ci maddələrinə əsasən müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14- cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablandığını, Müəssisə tərəfindən təqdim edilmiş “Əmlak Sığortası Şəhadətnaməsinə əsasən əmlakların dəyərinin 12 130 000,0 manat müəyyən edildiyini, hesablanmış vergi məbləğinin əsaslarının vergi ödəyicisinin nümayəndəsinə izah edildiyini, müəssisə tərəfindən təsdiqedici sənədləri, o cümlədən əmlakın sığortalandığı vaxta həqiqi dəyərinin (bazar dəyəri) və ya bərpa olunan dəyərinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspert rəyinin araşdırmaya təqdim edilmədiyini nəzərə alaraq, Cəmiyyətin şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər. 201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 201.1.1-ci maddəsinə əsasən müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. 202-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

6. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********142200 nömrəli qərarın və onun hüquqi nəticələrinin ləğvi kimi dəyişdirilmişdir.

7. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Baş İdarə aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.1998-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” olduğu müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərə münasibətdə bildiririk ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, 2020-ci il üzrə sığorta təşkilatlarından alınmış məlumatlar əsasında müəssisənin balansında olan əsas vəsaitlərin qalıq dəyərindən artıq qiymətə sığortalanan əmlakın bazar dəyəri 12 130 000,0 manat olduğu halda, 2020-ci il üçün əmlak vergisi bəyannaməsinin 505-ci “əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti” sətrində 0,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021ci İl tarixli **********231200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 95 260,77 manat əmlak vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********142200 nömrəli Qərar qəbul olunmuşdur. Belə ki, Müəssisə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pl- 2915/19 nömrəli “Əmlak Sığortası Şəhadətnaməsinə əsasən sığorta məbləğinin 12 130 000,0 manat qeyd edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş əmlak vergisi bəyannaməsinin 505-ci (Əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti) sətri göstəricisiz təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilir. Eyni zamanda Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinin nümayəndəsinə məxsus 050 *** ** ** nömrəsi ilə telefon əlaqəsi saxlanılmış, əlavə vergi məbləğinin hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olduğu izah edilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli, **********618600 nömrəlifvə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli, **********095200 nömrəli) məktublarda və Müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pl- 2915/19 nömrəli "Əmlak Sığortası Şəhadətnaməsi”ndə ünvan 1 ünvanda yerləşən “kisə istehsalı" adlı təsərrüfat obyekti xx.xx.2005-ci il tarixdən vergi orqanında qeydiyyatdadır) daşınar əmlakların (323 ədəd maşın və avadanlıqların) 12 130 000,0 manata sığortalandığı faydalanan şəxsin Paşa Bank ASC olduğu və sığortalanan əmlakın girova qoyulduğu qeyd edilmişdir. Mülki Məcəllənin 895.2.-ci maddəsinə əsasən əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Mülki Məcəllənin 908.1.5-ci maddəsinə əsasən əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində bağlandığı andan etibarsız sayılır. Həmin Məcəllənin 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmfetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Buradan belə nəticəyə gəlmək olur ki, sığorta predmeti hesab olunan əmlakın həqiqi (bazar) dəyəri sığortaçı və ya müstəqil ekspert tərəfindən qiymətləndirilmiş və ona uyğun sığorta məbləği müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 201.1.1 -ci maddəsinə əsasən müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta İllik qalıq dəyəri götürülür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24- ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxt lı-vaxtı nd a dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İddiaçı əsas vəsaitlərinin (maşın və avadanlıqlar) xx.xx.2021-ci il tarixə bazar qiyməti müəyyən olunsun. - İddiaçı əsas vəsaitlərinin (maşın və avadanlıqlar) xx.xx.2021-ci il tarixə qalıq dəyəri müəyyən olunsun.

9. xx.xx.2022-ci il tarixli ekspert vəsatəti ilə aşağıdakıların təmin edilməsinə dair müraciət daxil olmuşdur: Qərardad da qeyd edilən maşın və avadanlıqların qiymətləndirilməsi üçün zəruri olan hər bir avadanlıqlar üzrə onun istehsal yeri, istismar ili, markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumat və qeyd edilən maşın və avadanlıqlar barədə məlumatlı (qeyd edilən malların təyinatına dair) şəxsin ekspertizanın keçilməsində iştirakının təmin edilməsi. Vəsatətin verilmə səbəbi: təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının metodikasına görə qərarda qeyd edilən malların yuxarıda göstərilən meyarlar əsasında qiymətləndirilməsi.

10. Məhkəmə tərəfidən ekspert vəsatətində göstərilən tərəflərə aid edilmiş məlumatların təqdim edilməsini tələb etmiş, iddiaçı əlavə sənədlərin təqdim edilməsi zərurərinin olmadığını bildirmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, aşağıdakı səbəblərdən məhkəmə mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır: - Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərmiş, qərarda göstərilən maşın və avadanlıqlar barədə əlavə məlumatın təqdim edilməsi xahiş edilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

12. Məhkəmə iclasında iddiaçıya təkrar olaraq ekspert vəsatətin göstərilən məlumatların təqdim edilməsi təklif edilmiş, iddiaçı ekspert rəyinin mübahisənin həlli üçün zəruri olmadığını hesab etmişdir.

13. İşin hallarının araşdırılması üçün iddiaçıya aid məlumatların təqdim edilməməsi və nəticədə ekspert rəyinin verilməsinə şərait yaradılmaması nəzərə alınaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə sübutetmə vəzifəsinin dönüşü edilmiş, mübahisələndirilən inzibati akt üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur.

14. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

16. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir.

19. Belə ki, mübahisələndirilən inzibati akt əvvəlcə inzibati qaydada mübahisələndirilmiş, şikayəti təmin edilmədikdən sonra məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

21. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

22. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

23. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

İV. Məhkəmənin mövqeyi

24. İPM-dən: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

25. Vergi Məcəlləsindən: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

26. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

27. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Sonuncu müddəa ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) bildirmişdir ki, “ümumi maraq” anlayışı zəruri olaraq genişdir və Tərəf Dövlətlər öz vergi siyasətlərini formalaşdırmaq və təşkil etmək, eləcə də vergilərin ödənilməsini təmin etmək üçün hazırlıq görmək məqsədilə müəyyən mülahizə sərbəstliyinə malikdirlər (Hentrich Fransaya qarşı, no. 136146/88, 22 sentyabr 1994-cü il, § 39).

28. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya məhkəməsı plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən bazar qiymətinin tətbiqinin vergi ödəyicisinin əmlak hüquqlarına təsir edən tədbir olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu analoji məsələyə aid xarici konstitusiya mühakiməsi təcrübəsində olan mövqeyi diqqətəlayıq hesab edir ki, “… hüququn ümumi prinsiplərindən irəli gələrək qanunla əmlaka aid sahiblik, istifadə və sərəncam hüquqlarının, eləcə də sahibkarlıq fəaliyyəti azadlığının və müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalı, ümumi və abstrakt xarakter daşımalı, geriyə şamil edilməməli və konstitusiya hüququnun əsas mahiyyətinə zərər vurmamalı, yəni müvafiq konstitusiya normalarının əsas məzmununun həddini və tətbiqini məhdudlaşdırmamalıdır” (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Plenumunun 01 aprel 2003-cü il tarixli qərarının əsaslandırıcı hissəsinin 2-ci bəndinin beşinci abzası və 6-cı bəndi). Qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyə əsasən bazar qiymətinin verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.

29. Vergi Məcəlləsindən: 201.1. Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 201.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. 202.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür.

30. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalanmış, iddiaçı əmlak sığortası şəhadətnaməsində müəyyən edilmiş 12.130.000 manat sığorta məbləğinin bazar qiyməti ilə eynilik təşkil etmədiyi qənaətindədir.

31. “Sığorta haqqında” Qanundan: Maddə 12. Sığorta məbləği və sığorta ödənişi

1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır.

2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. Maddə 13. Şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası

2. Əmlak sığortası fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak-mənafelərinin sığortasıdır. Sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır. Sığorta ödənişləri sığorta hadisəsi zamanı dəymiş birbaşa zərərin məbləğindən çox ola bilməz, bu şərtlə ki, sığorta müqaviləsində müəyyən məbləğdə sığorta ödənişi nəzərdə tutulmuş olmasın. Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduğu halda, müqavilə şərtlərində başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişlərinin məbləği sığorta məbləğinin əmlakın sığorta dəyərilə nisbətinə mütənasib surətdə azaldılır.

32. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, sığorta məbləği əmlakın həqiqi dəyərindən çox ola bilməz. Məhkəmə hesab edir ki, əmlakın həqiqi dəyəri vergi məqsədləri baxımından özlüyündə əmlakın likvid qiymətini və ya real bazar qiymətini müəyyən edir. Məhkəmə araşdırması zamanı iddiaçı sığortaçı ("xxxx" ASC) tərəfindən verilmiş sığorta şəhadətnaməsinin və ya sığorta məbləğinin mübahisələndirilməsi və ya etibarsız olmasına dair hər hansı sübut təqdim etməmiş, həmin sığorta məbləğinin mötəbər olmadığını və ya sığorta şəhadətnaməsinin qüvvədə olmadığını bildirməmişdir. Əksinə, iddiaçı həmin əsas vəsaitlərin bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın aparılması üçün zəruri şərait yaratmamış, bununla əlaqədar məhkəmə tərəfindən sübutetmə vəzifəsinin dönüşü edilmiş, mübahisələndirilən inzibati akt üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur.

33. Məhkəmə qeyd edir ki, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir.

34. Məhkəmə araşdırması zamanı vergi orqanın qənaətinin iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı, eləcə də mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu müəyyən olunmuşdur.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar