Məhkəmə qərarları › İş №2-1(112)-9548/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9548/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9548/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydinin ləğvi və əvvəlki qeydlərin bərpası“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 36 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi və ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində əvvəlki məlumatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X6 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ev 4-də yaşayır. xx.xx.2019-cu il tarixdə öz arzusuna əsasən 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin 36 saylı akt qeydi ilə soyadını “Mustafayev” dən “Salayev”ə, adını isə “Tamerlan”dan “Renat”a dəyişdirmişdir. Lakin adını və soyadını dəyişdirdikdən sonra bütün sənədləşmələrdə dəyişiklik edilməsi zərurəti yaranmışdır və həmin zərurətlə əlaqədar böyük çətinlikləri olmuşdur. Həmçinin ətraf mühit onu Mustafayev Tamerlan kimi tanımışdır. Bu səbəblərdən soyadının və adının əvvəlki soyad və ada, yəni “Mustafayev Tamerlan”a dəyişdirmək qərarına gəlmişdir. Soyadının və adının dəyişdirilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmək məcburiyyətində qaldı. Lakin cavabdeh şöbə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/297/25 saylı məktubu ilə soyadının və adınının “Mustafayev Tamerlan”a dəyişdirilməsi ilə əlaqədar müvafiq qeydiyyat üzrə cavabdeh idarə özünün xx.xx.2025-ci tarixli, 3-16-5/8-15/297/25 saylı məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərinin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə 36 saylı akt qeydinə əsasən, 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən soyad və adı “İddiaçı “Mustafayev Tamerlan”a dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərinin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 3 saylı Bakı “Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 36 saylı, xx.xx.2019-cu il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi ilkin akt qeydi olduğu üçün aktın ləğv edilib əvvəlki məlumatların bərpa edilməsi imkanımız xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir.

4. AZ-İ № 025581 nömrəli xx.xx.2019-cu il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X1 “Salayev”ə, adı isə “Renat”a dəyişdirilmişdir.

5. AZ-İV № 223525 nömrəli xx.xx.2019-cu il tarixli “Dogum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı oglunun atası X3, anası X5r. –

6. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1989-cu il təvəllüdlü iddiaçının adı, soyadı və ata adı – İddiaçıdur.

7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən akt qeydindən görünür ki, X1 “Salayev”ə, adı isə “Renat”a dəyişdirilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır

14. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9610/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı ilə 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi arasında eyni predmetlə bağlı ərizə üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-677/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2095/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.

15. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırda tələb yuxarıda qeyd olunan inzibati işdən fərqli cavabdehə yönəlsə də, həmin iş eyni predmet barəsində olmaqla eyni əsaslar üzrə baxılmışdır.

16. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının eyni predmetlə bağlı iddia üzrə qüvvədə olan yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar