Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-955/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qarabağ əlili kimi həyat yoldaşı, iki oğlu, bir gəlini və bir nəvəsi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, Qarabağ döyüşlərində iştirak edərək əlil olmuşdur. Ali Hərbi Həkim Komissiyasının 16.01.2004-cü il tarixli, 10 saylı qərarı ilə ona sağ gözün buynuz qişasının bulanması nəticəsində görmə itiliyi 0,7 azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla; sağ qaş və alın nahiyyəsinin, aşağı ətrafların çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə; Təbil boşluğunun qramulyasiyaları ilə müşayət olunan sağtərəfli xroniki irinli posttravmatik merotimpanit; Soltərəfli xroniki adheziv postkontuzion orta otit; ikitərəfli posttravmatik qarışıq tipli davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-dən, sol qulaqla 2.5 m-dən eşitməsi diaqnozu qoyulmuşdur. O, İİ qrup müddətsiz əlildir. O, Qarabağ döyüşlərində iştirakı ilə əlaqədar 350 manat müddətsiz Prezident təqaüdü alır. O, pensiyaçı kimi isə ömürlük 260 manat pensiya alır. Onun öz mənzili yoxdur. Mənzil şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac var. X2 1-ci qrup müddətsiz əlildir. Hal-hazırda yaşadıqları mənzilin ümumi sahəsi 33.98 kv.mdir. Bu isə 6 nəfərlik ailə üçün həddən artıq kiçikdir. O, mənzil növbəsinə götürülmə ilə əlaqədar Bakı şəhər Cavabdehnə müraciət etsə də ona bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirləri Kabineti tərəfindən müəyyən edildikdən sonra qaldırdığı məsələyə baxılacaq. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 izahatında bildirdi ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti mənzil növbəsinə qəbulla bağlı qaydaları müəyyən etmədiyindən Qarabağ müharibəsi əlilləri və ümumi əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Odur ki, yuxarıda qeyd olunanları əsas götürülərək mənzil növbəsinə qəbul edilməsi ilə bağlı İddiaçı xahişi təmin edilməmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 13.04.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Cavabdehnə daxil olmuş mənzil növbəsinə qəbul olunmağınıza köməklik göstərilməsi barədə 31.03.2021-ci il tarixli ərizənizə baxıldı. Ərizənizlə əlaqədar nəzərinizə çatdırırq ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşları yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq. İş materiallarında olan Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 24.12.1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı 309431 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X5 24.12.1992-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Abbasov, qadına isə Abbasova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10.06.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 342629 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X7 10.06.2019cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Abbasov, qadına isə Abbasova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 06.02.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 411885 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 07.01.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının 06.02.2017-ci il tarixli məlumatından görünür ki, X8 05.02.2017ci ildən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Səbəb: Ümumi xəstəlik. Diaqnoz: ağır dərəcəli əqli gerilik. Əmək zəmanəti: Başqasının köməyinə ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN 3 nömrəli TSEK (Suraxanı) tərəfindən verilmiş TSE-0 seriya AR 721367 nömrəli arayışdan görünür ki, İddiaçı müddətsiz İİ dərəcəli əlildir. Əlilliyin səbəbi: Travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16.01.2004-cü il tarixli 10 saylı qərarından görünür ki, X6 döyüş zonasında hərbi xidmət keçərkən, 25.06.1992-ci ildə aldığı yaralanma və travma - diaqnoz: «Sağ gözün buynuz qişanın bulanması nəticəsində görmə itiliyi 0,7 (onda yeddi) qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Sağ qaş və alın nahiyyəsinin, aşağı ətrafların çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə. Təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan sağtərəfli xroniki irinli posttravmatik merotimpanit. Soltərəfli xroniki adhezif postkontuzion orta otit. İkitərəfli posttravmatik qarışıq tipli davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1m-dən, sol qulaqla 2,5 m-dən eşitməsi ilə», nə səbəbə ki, 26.06.1992-ci ildən 10.08.1992-ci ilə kimi Bakı səhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda və 10.08.1992-ci ildən 28.08.1992-ci ilə kimi Bakı şəhəri 4 saylı klinik xəstəxanasında müayinə və müalicə olunmuşdur (xəstəxananın verdiyi 28.08.1992-ci il tarixli çıxarış epikrizi, MN Arxivinin 19.03.2002-ci il tarixli 26/2-1235 saylı arayış, Suraxanı RHK-nın 11.04.2002 ci il taıixli 283 saylı arayış, Qarabağ hərbi prokurorluğunun 14.10.2003-cü il tarixli HP-16/706 saylı amnistiya qərarı), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Əsas: MN MHHK-nın 9 saylı 16.01.2004-cü il tarixli protokolu. İş materiallarında olan Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin 29.03.2021-ci il tarixli 120/A saylı arayışından görünür ki, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, məh.4083, ev 33, mənzil 33-də yaşayan İddiaçı, X14, X12, X10 və X7 həqiqətən onlara fərdi yaşayış evinin tikintisi üçün Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X24 küçəsi, məhəllə 4083-də istifadədə olan 0.03306 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində, 62.35 kv.m ümumi, 33.88 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 750 nömrəli reyestr kitabının 70136 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 24.06.2008-ci il. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Sabunçu rayonu MKTB-nin 47 saylı MKİS-nin 15.03.2021-ci il tarixli 05 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Bakıxanov qəsəbəsi, 4083-cü məhəllə, Hacınski küçəsi, 33 nömrəli evin 4 mərtəbəli binanın 3-cü mərtəbəsində 33,98 kv.m sahəsi olan 2 otaqlı 33 nömrəli mənzildə yaşayır. Onun ailəsi 6 nəfərdən ibarətdir (daimi qeydiyyatda olanlar): özü - İddiaçı, həyat yoldaşı - X14, oğlu - X11, oğlu - X12, gəlini - X7, nəvəsi – X17. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 15.03.2021-ci il tarixli **********4 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Təqaüdün məbləği: 350 (üç yüz əlli) manat. Təyinatın müddəti: müddətsiz. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 01.02.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti mənzil növbəsinə qəbulla bağlı qaydaları müəyyən etmədiyindən Qarabağ müharibəsi əlilləri və ümumi əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Odur ki, yuxarıda qeyd olunanları əsas götürülərək mənzil növbəsinə qəbul edilməsi ilə bağlı İddiaçı xahişi təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.12.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X24 küçəsi, ev 33, 33 saylı mənzil 24.06.2008ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş 13.10.2004-cü il tarixli 001132 nömrəli orderin surətindən görünür ki, Suraxanı RİH-nin 13.10.2004-cü il tarixli 767 nömrəli Sərəncamına əsasən İddiaçı özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı S.Ş.Tarverdiyeva, oğlu S.İddiaçı, oğlu E.İddiaçı) yaşamaq üçün Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, sahəsi 33.88 kv.m olan mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 15.11.2021-ci il tarixli elektron arayışdan görünür ki, X4 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X27 küçəsi 33, mənzil 33, ü/s 62.35 kv.m, y/s 33.88 kv.m olan 2 otaqlı mənzil 24.06.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 12.11.2021-ci il tarixli elektron arayışdan görünür ki, X9 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (31.05.2018-ci ilədək qüvvədə olan) 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin: 4.6.9-cu bəndinə əsasən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcəli əlildir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyə görə 350 manat məbləğində (müddətsiz) Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 16.01.2004-cü il tarixli 10 saylı qərarından görünür ki, X6 döyüş zonasında hərbi xidmət keçərkən, 25.06.1992-ci ildə aldığı yaralanma və travma - diaqnoz: «Sağ gözün buynuz qişanın bulanması nəticəsində görmə itiliyi 0,7 (onda yeddi) qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Sağ qaş və alın nahiyyəsinin, aşağı ətrafların çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə. Təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan sağtərəfli xroniki irinli posttravmatik merotimpanit. Soltərəfli xroniki adhezif postkontuzion orta otit. İkitərəfli posttravmatik qarışıq tipli davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1m-dən, sol qulaqla 2,5 m-dən eşitməsi ilə», «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X24 küçəsi, 33 saylı evin 33 saylı mənzili 24.06.2008-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin mənzil 33.88 kv.m yaşayış sahəsindən ibarətdir. İddiaçı həmin mənzildə 6 nəfərdən ibarət ailə tərkibi ilə yaşayır – özü, arvadı X14, oğlu X11, X2, gəlini X7, nəvəsi X17. İddiaçının X2 05.02.2017-ci ildən müddətsiz birinci dərəcəli əlildir, başqasının köməyinə ehtiyacı var. Göründüyü kimi, iddiaçı yaşayış sahəsi 33.88 kv.m olan mənzildə 6 nəfər ailə tərkibi ilə yaşayır. Bu isə «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən müəyyən edilmiş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından da azdır. Özü Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcəli əlildir, X2 isə 05.02.2017-ci ildən başqasının köməyinə ehtiyacı olmaqla müddətsiz birinci dərəcəli əlildir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə tərkibi ilə birlikdə (özü, arvadı, iki oğlu, bir gəlini və bir nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota (mənzil növbəsinə) götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-955/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-955/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver