Məhkəmə qərarları › İş №2-1(112)-9550/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9550/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9550/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndələri X19 və X25, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç..56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə BŞLGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BŞLGBİ-nin İddiaçı MMC-ni 80.000,00 (səksən min) manat cərimə etməsi barədə 01 aprel 2022-ci il tarixli, **********47916 № qərarının qismən ləğv edilməsi, 35 nəfər dinləyiciyə görə tətbiq edilmiş 70.000,00 (yetmiş min) manat əsassız tətbiq edilmiş cərimənin ləğv edilməsi, 5 nəfərə görə tətbiq edilmiş 10.000,00 (on min) manat cərimənin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdeh BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarının qismən yəni, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, BŞLGBİ Dövlət Vergi Xidmətinin 09 fevral 2022-ci il tarixli, **********6623 №li qərarına əsasən, “X93” MMC-də (indiki adı İddiaçı MMC) 10 fevral 2022-ci il tarixində operativ vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsinə dair 10 fevral 2022-ci il tarixli, DVX seriyalı 002623 nömrəli akt tərtib edilmişdir. Lakin həmin aktın tərtib edilməsi barəsində həmin gün vergi ödəyicisinə hec bir məlumat verilməmişdir. Bu barədə yalnız 15 fevral 2022-ci il tarixində AVİS sistemi vasitəsi ilə elektron qaydada akt klinikaya göndərilmişdir. Klinika tərtib edilmiş aktla razı olmadığından BŞLGBİ-yə şikayət məktubları göndərmişdir. 31 mart 2022-ci il tarixində müəssisənin rəhbərliyi BŞLGBİ-yə dəvət olunmuş, həmin görüşdə vergi rəhbərliyinə tərtib edilmiş 10 fevral 2022-ci il tarixli aktın əsassız olduğu bildirilmiş və bu aktın əsassızlığını təsdiq edən ilkin sənədlər vergi əməkdaşlarına tərəflərindən təqdim edilmişdir: "xxxx" MMC (VÖEN: **********) və fiziki şəxs X12 (VÖEN: **********) ilə bağlanmış "xəstə baxıcısı" kurslarının dinləyicilərinin klinikada təcrübə keçmələri barədə müqavilələrinin surətləri, 35 nəfər kurs dinləyicilərindən aldıqları izahatlar, elektron qaimələr, bank ödəniş sənədləri və s.). 10 fevral 2022-ci il tarixli aktda adları "muzdlu işci" kimi qeyd edilmiş 40 nəfərin heç birindən yoxlama aparan vergi əməkdaşları tərəfindən həmin gün müvafiq izahatlar alınmamışdır. Bu səbəbdən akt klinikaya daxil olduqdan sonra "xxxx" tərəfindən 28 nəfər və fiziki şəxs X12 tərəfindən 7 nəfər klinikaya müqavilə əsasında təcrübəyə göndərilmiş cəmi 35 nəfərdən tərəflərindən müvafiq izahatlar alınaraq, BŞLGBİ-yə təqdim edilmişdir. 10 fevral 2022-ci il tarixli OVN-nin nəticələrinə dair tərtib edilmiş aktda adları göstərilən 40 nəfərdən 35 nəfəri yuxarıda qeyd etdiyi müqavilələr əsasında "xəstə baxıcısı" kursları dinləyicilərindən ibarətdir ki, yoxlama keçirilən müddətdə klinikada təcrübə keçmək məqsədi ilə klinikada olmuşdular. Bu barədə yoxlama günü vergi yoxlaması aparan səlahiyyətlilərə məlumat verilmişdir. Dinləyicilər "xxxx" MMC və fiziki şəxs X12 ilə bağlanmış rəsmi müqavilələr əsasında klinikada "xəstə baxıcısı" kimi təcrübə keçmişlər. Həmin müqavilələrə əsasən klinika tərəfindən dinləyicilərin təcrübə keçməsinə görə elektron qaimələr tərtib edilərək sifarişçilərə, yəni "xxxx" MMC və fiziki şəxs X7 təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimələrə əsasən dinləyicilərin klinikada təcrübə keçməsinə görə sifarişçilər tərəfindən bank hesabları vasitəsi ilə müvafiq olaraq ödənişlər aparılmışdır. Daxil olunmuş vəsaitlər qanuna uyğun olaraq əlavə dəyər vergisinə və mənfəət vergisinə cəlb edilərək aidiyyatı hesabatlar vergi orqanına teqdim edilmişdir. Yoxlama aparılan zaman dinləyicilərin boyunlarından asılan kimliklər onların dinləyici olduğunu təsdiq yetirirdi. Lakin vergi əməkdaşları dinləyicilərin klinikanın daxili qaydalarına əsasən ağ xalatda olduqlarına əsas gətirərək onların adlarını akt-da "muzdlu işçi" kimi qeyd edərək, heç bir əlavə araşdırma aparmamış və dinləyicilərdən izahat almamışlar. Yoxlama zamanı vergi əməkdaşlarına "xxxx" MMC və fiziki şəxs X12 ilə bağlanmış müqavilələrin surətləri təqdim edilmişdir. Klinika tərəfindən kifayət qədər təsdiqedici sənədlər BŞLGBİ-yə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən bu sənədlərə əhəmiyyət verilməmiş, heç bir araşdırılma aparılmamışdır. Yalnız 31 mart 2022- ci il tarixində qərarın çıxarılması üçün klinika rəhbərliyi ilə görüşdə vergi əməkdaşları kurs dinləyicilərini klinikaya təcrübə məqsədi ilə göndərən "xxxx" və fziki şəxs X1 təşkil edilməsi üçün xüsusi icazələrinin (Lisenziyalarının) olmamasını əsas gətirərək, klinikanın məsuliyyətə cəlb ediləcəyi barədə şifahi məlumat vermişlər. 01 aprel 2022-ci il tarixində Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7916 nömrəli qərar qəbul edərək , "xxxx" MMC 80.000,00 (səksən min) manat cərimə edilmişdir. Həmin qərar əsasında klinikanın bank hesablarına sərəmcamlar qoyulmuş, bank hesabları dondurulmuşdur. Klinikanın bank hesablarına sanksiya tətbiq edildiyindən klinikanın fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Belə ki, tibbi ləvazimatların, dərmanların alına bilməməsi səbəbindən klinikanın fəaliyyəti iflic olmuşdur. BŞLGBİ-nin 01 aprel 2022-ci il tarixli qərarından 04 aprel 2022-ci il tarixində Dövlət Vergi Xidmətinə klinika tərəfindən şikayət məktubu göndərilmişdir. Ümumilikdə bu barədə vergi orqanına cəmi 10 şikayət ərizəsi ilə birlikdə 35 nəfər dinləyici barədə bütün təsdiqedici sənədlər (şəxsiyyət vəsiqəsi, kimlikləri, bağlanmış müqavilələr, dinləyicilərin izahatları, dinləyicilərin davamiyyət jurnalı və s.) təqdim edilmişdir. Eyni zamanda Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC və fiziki şəxs X2 və dinləyicilərin hər birindən müvafiq izahatlar alınmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********745700 №-li, xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********6623 saylı qərarı ilə “DAVİNCİ HOSPİTAL" MMC-yə məxsus obyektdə operativ vergi nəzarəti başlamışdır, iddiaçı xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli **********6623 saylı qərarla və KY221713903 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla tanış olmuşdur. Qərara əsasən vergi ödəyicisində nağd pul hesablaşmalarının aparılma qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (24.02 2022-ci il daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli **********6638 saylı Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə ilə iddiaçıdan əmək müqavilələri, əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyata alınması barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyekti barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri tələb edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində direktor X3 iştirakı ilə xx.xx.2022-ci il saat 11:50 tarixdə təqdim edilmiş sənədlərə əsasən obyektdə yerinə yetirilən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 125 (bir yüz iyirmi beş) fiziki şəxsdən 40 (qırx) nəfərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmiş və bu xx.xx.2022-cı il tarixli DVX N002623 saylı Aktla rəsmiləşdirilmişdir. Aktda iddiaçıda keçirilmiş 40 (qırx) nəfər fiziki şəxslə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və həmin şəxslərin adları qeyd edilmişdir. Yekun olaraq xx.xx.2022-ci il tarixli **********7916 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 40 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 80 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, vergi orqanının müəyyən etdiyi şəxslərdən 35 nəfər "xxxx" MMC və fiziki şəxs X12 ilə bağlanmış rəsmi müqavilələr əsasında klinikada "xəstə baxıcısı" kimi təcrübə keçmişlər. Həmin müqavilələrə əsasən klinika tərəfindən dinləyicilərin təcrübə keçməsinə görə elektron qaimələr tərtib edilərək sifarişçilərə, yəni "xxxx" MMC və fiziki şəxs X7 təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimələrə əsasən dinləyicilərin klinikada təcrübə keçməsinə görə sifarişçilər tərəfindən bank hesabları vasitəsi ilə müvafiq olaraq ödənişlər aparılmışdır. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.18-ci maddəsinə əsasən peşə təhsili müəssisəsi-əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.47-ci madəsınə əsasən təhsil müəssisəsi müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin qanunun 14.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin” 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, "xxxx" MMC və fiziki şəxs X12 doviət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Həmçinin, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikasının Qanunun Təhsil fəaliyyətinin 5.3-cü bəndində qeyd olunur ki, dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. Göründüyü kimi, "xxxx" MMC və fiziki şəxs X4 lisenziyası olmadığı halda, “Tibb bacısı” ixtisaslı kadrların yetişdirməsi qanunun tələblərinə ziddir. Yuxanda qeyd olunanlardan bir daha aydın olur ki, "xxxx" MMC və fiziki şəxs X12 qanunvericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə keçirilmiş operativ nəzarət tədbirləri ilə əlaqədar inzibati şikayət edilmiş və xx.xx.2022-ci il tarixli **********984200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri uzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, uç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h" bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X42 və X57 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC (əvvəlki adı “X93” MMC) xx.xx.2019-cu ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Görədil, ev 531 K, qanuni təmsilçisi X9r. (Sifarişçi) "xxxx" MMC ilə (İcraçı) “X93” MMC arasında xx.xx.2022-ci il tarixli 01 №-li müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində əsasən “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2). xx.xx.2022-ci il tarixli EBBR seriyalı, 286046 №-li elektron qaimə ilə "xxxx" MMC tərəfindən “X93” MMC –yə 800,04 manat ödənilmişdir. (Sifarişçi) X12 ilə (İcraçı) “X93” MMC arasında xx.xx.2022-ci il tarixli 02/22 №-li müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində əsasən “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2). xx.xx.2022-ci il tarixli EBBR seriyalı, 286712 №-li elektron qaimə ilə X12 tərəfindən İddiaçı MMC –yə 300,02 manat ödənilmişdir. BŞLGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6623 №-li qərarı ilə “X93 MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002623 saylı xx.xx.2022-ci il tarixli aktdan və ona əlavədən görünür ki, 40 (qırx) nəfər fiziki şəxsin (X13, X43, X26, X58, X14, Dəmirskay-zadə Xəyalə Qabil qızı, X59, X39, X15, X44, X45, X27, X28, X29, X21,X30, X46, X31, X32, X10, X16, X11, X47, X22, X60, X33, X23, X24, X34, X48, X61, X35, X36, X40, X17, Nabieva Elvira) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt İddiaçı MMC-nin (əvvəli “X93”) qanuni təmsilçisi X18 tərəfindən imzalanaraq qəbul edilməkdən imtina olunmuşdur. BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7916 №-li Qərarı ilə İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 40 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 80000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7917 №-li Tələbnamə ilə İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixədək 80.000 manatın ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” 09 iyun 2022-ci il tarixli **********984200 №-li Qərarla İddiaçı MMC-nin (VÖEN: **********. Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, ev 531K) operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********741000 və **********472900 nömrəli, xx.xx.2022-ci il tarixli **********585600 nömrəli, xx.xx.2022-ci il tarixli **********158600 nömrəli, xx.xx.2022-ci il tarixli **********901200 nömrəli, xx.xx.2022-ci il tarixli **********521300 nömrəli) inzibati şikayətlərinin araşıdırlması nəticələrinə əsasən aşağıdakılar qərara alınmışdır; “YASAMAL HOSPİTAL" MMC-nin keçirilmiş operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməməsi; xx.xx.2022-ci il tarixli DVX seriyalı 002623 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında BŞLGBİ tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7916 nömrəli qərarın dəyişdirilmədən saxlanılması. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********559400 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş təsis sənədlərinin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə VÖEN: ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı; Bakı şəhəri, Yasamal rayonu, Talıblı, ev 36, mənzil 53, qanuni təmsilçisi X37 qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsində göstərilmişdir ki, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 40 (qırx) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Hazırda iddiaçının mübahisələndirilən qərarı qismən qəbul etdiyindən, qərarın əsaslı olub-olmaması yalnız 35 nəfər fiziki şəxsə münasibətdə yoxlanılır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində 35 (üç) nəfər fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçı fəaliyyətini həyata keçirdiyi obyektdə 35 nəfər fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. İşin mahiyyətindən də göründüyü kimi iddiaçı həmin şəxsləri (35 nəfər) onun işçiləri olmadığını iddia edir və iddianın əsası qismində isə müqavilənin mövcudluğuna istinad edir. Ümumiyyətlə, məhkəmə hazırkı işin faktiki hallarına qiymət verilməsi üçün əmək müqaviləsi bağlanılmadan işçilərin işə cəlb edilməsinə münasibətdə qanunvericiyin məqsədinin nədən ibarət olmasının qiymətləndirilməli olmasını zəruri hesab edir. AR İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta məsuliyyəti müəyyən edilmişdir. AR CM-nin 162-1.1-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Göründüyü kimi istər inzibati xəta, istər cinayət, istərsə də vergi qanunvericiliyi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edən normaları özündə ehtiva edir ki, burada qorunması nəzərdə tutulan hüquq və mənafelər təkcə dövlətin hüquq və mənafeləri olmayıb, həmçinin işçilərin də hüquq və mənafelərinin qorunmasına xidmət edir. Belə ki, xidməti, təlim və s. kimi müqavilələrdən fərqli olaraq əmək müqaviləsi işçi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlar müəyyən edir ki, həmin müqavilələrin mövcudluğu faktiki olaraq iş və ya xidmət göstərən şəxslərin işəgötürən qarşısında hüquqlarının müdafiəsini imkanlarının müəyyən edilməsinə xidmət edir. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.18-ci maddəsinə əsasən peşə təhsili müəssisəsi – əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun Təhsil fəaliyyətinin 5.3-cü bəndində qeyd olunur ki, dövlət peşə təhsil müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. Doğrudur ki, qüvvədə olan qanunvericilik təlim-tədris sferasının vacibliyini nəzərə alaraq bu sferada fəaliyyət göstərən müəssisələrə münasibətdə lisenziyanın olmasını şərtləndirmişdir. Bu tədbirlərin yönəlməsinin əsas məqsədi isə hər hansı bir digər fəaliyyət ilə məşğul olan şəxsin təlim-tədris fəaliyyətini yalnız lisenziyanın verilməsi ilə bağlı şərtlər ödənildikdən sonra, başqa sözlə desək onun təlim-tədris fəaliyyətini ilə məşğul olması üçün zəruri kriteriyalara uyğunluğu yoxlanıldıkdan sonra, əhalinin bilik və bacarıqlara düzgün formada sahiblənməsidir. Məhkəmə, cavabdehin "xxxx" MMC-nin və fiziki şəxs X4 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmamasının və bu səbəbdən də istehsalat təcrübəsinin keçməsinin mümkün olmaması ilə bağlı irəli sürdüyü mülahizələr ilə qismən razılaşır. Belə ki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. "xxxx" MMC-nin Nizamnaməsində qeyd olunmuşdur ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Göründüyü kimi "xxxx" MMC-nin təhsil-təlim sferası üzrə fəaliyyət göstərməsi üçün lisenziyanın olması zəruridir. Lakin, nəzərə alınmalıdır ki, müəssisənin lisenziyanın olub-olmaması mübahisələndirilən qərarın predmeti ola bilməz və iddiaçının təqsiri və ya vergi öhdəliklərdən yayınması kimi qiymətləndirilə bilməz. Diqqətəlayiq məqamdır ki, müəssisə lisenziya olmadan fəaliyyət göstərsə belə, iddiaçının həmin müəssisə ilə yalnız müqavilə münasibətləri mövcud olmuşdur ki, iddiaçı da həmin müqavilədən irəli gələn öhdəliklərin daşıyıcısı olmuşdur. "xxxx" MMC (sifarişçi) ilə “X93” MMC (indiki İddiaçı MMC) (icraçı) arasında bağlanmış müqavilədən görünür ki, adı çəkilən tərəflərin müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində icraçı sifarişçinin təqdim etdiyi siyahılar üzrə klinikada tibbi təcrübə keçməsini, sifarişçi isə göstərilən xidmətlərə görə elektron qaimə əsasında xidmətin dəyərini ödənilməsi öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə tərəfləri qarşılıqlı olaraq bir-birindən asılı öhdəliklər daşımışdır ki, iddiaçı da məhz bu müqavilənin tərəflərindən biri olaraq üzərinə düşən öhdəlikləri icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmə qeyd edir ki, müqavilə ayrı-ayrı xüsusi xarakterli münasibətləri tənzimləyən maddələr birləşdirilmişdir. Bura müqavilə öhdəliklərinin ayrı-ayrı növlərini (alqı-satqı, kirayə, icarə, bağışlama, dəyişmə, podrat, tapşırıq, komissiya, sığorta, kredit, borc, əvəzsiz istifadə, bank əmanəti, bank hesabı və s. müqavilələrdən əmələ gələn öhdəlikləri), birtərəfli hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlikləri (xüsusi mükafatlandırma, tapşırıqsız fəaliyyət, müsabiqə, oyunların və mərclərin keçirilməsi ilə bağlı öhdəlikləri), habelə müqavilədənkənar (hüquqqoruyucu) öhdəlikləri (delikt və ya zərər vurmaq nəticəsində əmələ gələn öhdəlikləri və əsassız varlanma öhdəliyini) nizama salan maddələr daxildir. Tənzimləyici mülki hüquq münasibətlərinin əsasını müqavilə öhdəlikləri (müqavilə öhdəlik hüquq münasibətləri) təşkil edir. Müqavilə öhdəlikləri normal iqtisadi proseslərin hüquqi ifadəsidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliklərinin icra edilməməsi hüquqazidd hərəkətlər kateqoriyasına şamil olunur. Belə halda borclu onun özərinə düşən vəzifəni (öhdəliyi) icra etmir və hüquq pozuntusuna, yəni hüquqazidd hərəkətə yol verir ki, bunun nəticəsində o, müqavilədən irəli gələn maddi məsuliyyətə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı da məhz qanunvericiliyin tələblərini nəzərə alaraq müqavilədən irəli gələn öhdəlikləri öz səlahiyyətləri çərçivəsində icra etmiş, "xxxx" MMC tərəfindən təqdim olunmuş siyahı üzrə 35 nəfər şəxsi təcrübəyə cəlb etmiş, bununla bağlı müvafiq xidmətlər göstərmiş və nəticədə göstərdiyi xidmətlərə görə haqq (elektron qaimə faktura) qazanmışdır. Göründüyü kimi iddiaçı "xxxx" MMC-nin təlim-tədris fəaliyyəti ilə məşğul olması üçün lisenziyaya malik olub-olmamasının müəyyən edilməsi marağında olmamışdır, o, sadəcə olaraq müqavilənin subyekti olaraq müqavilədən yaranan öhdəliklərinin icra etməsində və bunun əvəzində göstərdiyi xidmətə görə gəlir əldə etmək marağında olmuşdur. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, "xxxx" MMC tərəfindən iddiaçının göstərdiyi xidmətlərə görə aldığı ödənişi təsdiq edən elektron qaimənin olması da, müqavilənin mövcudluğunu şübhə altına almır. Belə ki, “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır.Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesabfakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Göründüyü kimi iddiaçının göstərdiyi xidmətə görə aldığı müqavilənin dəyərinin təsdiqi həmin dövrdə verilmiş elektron qaimənin mövcudluğu çıxış edir ki, həmin sənəd normativ hüquqi aktların tələblərinə görə də ciddi hesabat blankı hesab olunur. Həmin sənədin mövcudluğu da iddiçı ilə "xxxx" MMC arasında müqavilə münasibətlərini təsdiq edən dəlildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin "xxxx" MMC-nin lisenziyasının olmaması ilə bağlı irəli sürdüyü mülahizələr əsaslı olsa da, həmin müəssisənin lisenziyaya malik olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan və iddiaçı yalnız müqavilə münasibətləri ilə üzərinə düşən öhdəlikləri icra etdiyindən, təcrübəyə göndərilən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəaliyyət göstərən əməkdaşlar kimi qiymətləndirilməsi düzgün deyildir. Məhkəmə cavabdehin irəli sürdüyü digər, yəni X5 lisenziyasının olmamasına münasibətdə qeyd edir ki, ümumiyyətlə iddiaçı “X93” MMC (hazırki İddiaçı MMC) tibbi müəssisəsi olmaqla, bu sahədə fəaliyyət göstərən müəssisədir. Nəzərə alınmalıdır ki, həmin müəssisə xüsusi lisenziyaya malik olan tibb müəssisəsi kimi tibb sahəsi üzrə xüsusi ixtisaslı biliyə malik və təcrübəli olan həkimlərin, tibb bacılarına malikdir. İddiaçı da tibbi sahə üzrə səlahiyyətlərini nəzərə alaraq, bu sahədə bilik və bacarıq sahiblənmək üçün arzusunda olan şəxslərin təcrübəyə cəlb olunmasına xidmət edir. Nəticə etibarı ilə, həmin şəxslər təhsil sahəsində dövlət nümunəli sənəd əldə etməsələr belə, onlar tibb müəssisəsində təcrübəyə cəlb olunaraq tibb bacıların fəaliyyətinə müşahidə edirlər və bunun əsasında da təcrübə əldə edirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddaçı təhsil müəssisəsi olmadığından, ona münasibətdə lisenziyanın olmasının tələb edilməsi də düzgün olmazdı. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh 35 nəfər şəxsin əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq qərar qəbul etsə də, həmin şəxslər iddiaçının işçiləri olmamış, onlar "xxxx" MMC ilə “X93” MMC (hazırki İddiaçı MMC) arasında mövcud olan müqavilə münasibətlərinin icrası ilə əlaqədar təcrübəyə cəlb olunmuş şəxslər hesab olunmuşdur ki, onlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini tətbiq edərək əmək müqavilə olmadan fəaliyyət göstərən şəxslər kimi iddiaçıya münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hüquqi baxımından düzgün deyildir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş BŞLGBİ-nin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********6623 №li xx.xx.2022-ci il tarixli qərarda “Tanış oldum, imza, Əhmədov Şahrud” qeyd olunsa da, qərarda operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin qərarın vergi ödəyicisinə nə vaxt təqdim edildiyi qeyd olunmamış və bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, Operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən AVİS proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın, protokolun və digər sənədlərin tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir. Bu halda tərtib olunmuş aktın, protokolun və digər sənədlərin bir nüsxəsi vergi ödəyicisinə müşaiyətedici məktubla göndərilir. Qaydaların 2.8-ci bəndində göstərilmişdir ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə Vergi Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. İşin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul olunarkən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Belə ki, BŞLGBİ-nin əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasına əsas olmuş “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002623 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 1 (bir) ay 21 (on üç) gündən sonra, yəni xx.xx.2022ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli, **********47916 № qərarı qismən yəni, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarı qismən yəni, İddiaçınə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar