Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9551/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2 MMC-yə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) Bakı şəhəri, C.Cabbarlı meydanındakı yeraltı keçiddə olan ticarət obyektində yerləşən 54 və 58 saylı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 20.09.2021-ci il tarixdə mahkəmənin dəftərxanası vasitəsilə vəsatət təqdim edərək bildirmişdir ki, Cavabdeh2 MMC tərəfindən aparılan qeyri-qanuni özəlləşmənin ləğv edilərək ilkin hüquqi vəziyyətə qaytarılması haqqında iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ondan əvvəl 10 nəfər vətəndaş eyni ünvanda olan obyektlər üzrə eyni mahiyyətli, eyni məzmunlu və eyni tələblə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. Hal-hazırda həmin iddiaya baxış e-2-1(112)-4899/2021 saylı nömrə ilə hakim Orxan Həsənovun icraatındadır. Qaldırdığı və icraatda olan 2- 1(112)-9551/2021 saylı iddianın Orxan Həsənovun icraatında olan e-2-1(112)-4899/2021 saylı işlə birləşdirərək bir icraatda araşdırılmasını daha məqsədəuyğun hesab edir. Bu səbəbdən də sözügedən iddiaların bir icraatda birləşdirilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf e-2-1(112)-4899/2021 saylı və 2- 1(112)-9551/2021 saylı işlər üzrə iddiaların bir icraatda birləşdirilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etdi. İş üzrə müəyyən edilir ki, hazırda məhkəmənin icraatında bir cavabdehə yönəlmiş, eyni mübahisə (predmet) üzrə 2 ayrı inzibati iş (e-2-1(112)-4899/2021 saylı və 2-1(112)- 9551/2021 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar eynidir və işlərə ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu əsasdan həmin işlər bir icraatda birləşməli, ilkin olaraq məhkəmənin icraatına e-2-1(112)-4899/2021 saylı iş daxil olduğundan Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9551/2021 saylı iş e-2- 1(112)-4899/2021 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat e-2-1(112)- 4899/2021 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 56, 83.1 və 83.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9551/2021 saylı (İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2 MMC-yə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan e-2-1(112)- 4899/2021 saylı (iddiaçılar X2 və digərlərinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2 MMC-yə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi və s.” tələbinə dair) inzibati işə birləşdirilsin və iş üzrə icraat e-2-1(112)-4899/2021 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9551/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9551/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver