Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9552/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda iddia ərizəsinə yeni imtina məktubunu əlavə etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9308/2021 nömrəli 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-744/2022 nömrəli 11 yanvar 2022-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9308/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş, həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 8 saylı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və iddia mümkün sayılmamışdır. Hazırda iddiaçı eyni iddia ilə yenidən məhkəməyə müraciət etmiş və hər hansı yeni sübut əlavə etməmiş və hər hanı yeni əsasa istinad etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan, hər hansı dəyişiklik olmadan, təkrar iddiaya baxılması prosessual cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd) Bununla belə, məhkəmə daha əvvəlki qərarındakı mövqeyini və iddianın mümkünsüz sayılmasına əsas olan halları bir daha iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 220 nömrəli sərəncamına əsasən, Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsi həmin mənzilə bitişik və vət. X3 icarədarı olduğu qonşu 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilin yaşayış sahəsinə birləşdirilmiş, daha sonra xx.xx.2008-ci il tarixli, 405 nömrəli sərəncama əsasən, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. olan 9-cu mənzilinin yaşayış sahəsi bölünmüş, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağı X1 istifadəsinə verilmiş, sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağı X3 istifadəsində saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, 9 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir. İddiaçı (hazırkı iş üzrə iddiaçı) tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 220 saylı və xx.xx.2008-ci il tarixli 405 saylı sərəncamları və həmin sərəncamlar əsasında Qarabağ küçəsi, ev 46, mənzil 9-un X2 adına qeydiyyatdan keçirilməklə mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarış mübahisələndirilsə də, iddiası təmin edilməmişdir. Belə olan halda, nə qədər ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 220 saylı və xx.xx.2008-ci il tarixli 405 saylı sərəncamları və həmin sərəncamlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd qüvvədədir, iddiaçının sözügedən mənzilə hər hansı hüququ ilə bağlı ilə bağlı qüvvədə olan hər hansı sənəd mövcud deyil. Bu kontekstdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmayan mənzil üzərində hüququların dövlət qeydiyyatının aparılması mümkün olmadığından, bu vəzifənin cavabdehin üzərinə qoyulması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9552/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9552/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver