Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9561/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 2 ünvanında yerləşən əlavə 0.0606 ha torpaq sahəsinə dair mülkiyyət hüquqularının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.0606 hektar torpaq sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev paylı mülkiyyət hüququ əsasında iddiaçıya, X3 və X10 məxsusdur. Paylı mülkiyyətdə olan torpaq sahəsi sənəd əsasında 0.0521 kv.metr qeyd edilsə də, (0.04 ha torpaq sahəsi iddiaçıya, 0.0121 ha torpaq sahəsi isə paylı 1/2 hissə Z.X.Cəlilovaya və 1/2 hissə Z.Ş.Vafinaya məxsusdur) faktiki istifadədə olan torpaq sahəsi 1127.0 kv.m. təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli texniki pasportda torpaq sahəsinin faktiki sahəsinin 0.1127 kv.m. olması yuxarıda qeyd edilən halı bir daha sübut edir. Digər paylı mülkiyyətçilər X8 və X13 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 2 ünvanında yerləşən əlavə torpaq sahəsinin özəlləşdirilməsinə razılıq vermişlər. İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 2 ünvanında yerləşən əlavə torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciət cavablandırılmamışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh tərəfindən Z.Ş.Vafinanın adına verilmiş fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli texniki pasport torpaq sahəsinin faktiki istifadədə olan sahəsinin 0.1127 hektar olması kimi qeyd edilməsi halı mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin arxivində mövcud olan 1963-cü il tarixli texniki pasporta edilmiş düzəlişlərdən sonra torpaq sahəsinin ölçüsü 820 kv.m göstərilmişdir. Sözügedən düzəlişlər Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 163 saylı sərəncamı əsasında aparılmışdır. Müvafiq sərəncam 2001-ci il 1 yanvar tarixindən sonra qəbul edildiyindən onun əsasında edilmiş düzəlişlər Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 521.0 kv.m təşkil etsə də, faktiki sahəsi 1127.0 kv.m təşkil edir. Həmçinin İdarənin elektron kadastr baza məlumatlarına əsasən əlavə torpaq sahəsinin 148 kv.m-i 6 KVT-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********36 saylı məktubdan görünür ki, iddiaçının ünvan 4 ünvanında yerləşən əlavə torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının “Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən vətəndaş X9 məxsus 2 saylı şəxsi evin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2005-ci il tarixli, 163 nömrəli sərəncamının arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30N413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın 09.03.05-ci il tarixli aktına əsasən Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən vətəndaş X9 məxsus 2 saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülk 1900cü ildə tikilib. Texniki pasporta əsasən tikinti - A- 3 yaşayış otağı sahəsi 49,6 kv.metr, köməkçi sahə- 20,0 kv.metr, əlavə tikinti A-ya bitişik dəhliz- 6,7 kv.metr tikilib 1 saylı yaşayış otağına bölünüb. Hamam- 4,4 kv.metr, dəhliz 1,6 kv.metr olub, 1 saylı yaşayış otağının sahəsi hal-hazırda 9,4 kv.metrdən ibarətdir. Torpaq sahəsində qaraj - 32,3 kv.metr, hovuz- 6,12 kv.metr, ayaqyolu- 1,7 kv.metr, su quyusu- 3,07 kv.metr mövcuddur. Cəmi torpaq sahəsi-820,97 kv.metrdən ibarətdir. Yuxarıda qeyd olunanlarıvə İdarələrarası Komissiyanın xx.xx.2005-ci il tarixli aktını nəzərə alaraq, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən tik - A- 3 yaşayış otağı sahəsi- 41,4 kv.metr, köməkçi sahə- 32,7 kv.metr, torpaq sahəsində hovuz - 6,15 kv.m, ayaqyolu- 1,7 kv.metr, qaraj- 32,3 kv.metr, su quyusu-3,07 kv.metr, cəmi torpaq sahəsi -820,97 kv.metrdən ibarət olan 2 saylı mülkün vətəndaş X5 adına qeydiyyat vəsiqəsinin verilməsi və əlavə tikililərin texniki pasportda qeydə alınması Bakı şəhər Tİ və MHQİ-dən xahiş edilsin. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0521 ha torpaq sahəsi iddiaçının adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin 0,04 ha hissəsi İddiaçı, 0.0121 ha hissəsi isə 1/2 hissə paylar üzrə X7 və X3 məxsusdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçşı İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 37 saylı DNK-nın 4Ə/118 nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə/119 nömrəli xx.xx.2018-ci il tarixli alqısatqı müqavilələrinə əsasən ünvan 1 ünvandakı fərdi yaşayış evinin yerləşdiyi 0.0521 ha torpaq sahəsindən 0,04 ha hissəsi İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. -DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanına dair X12 və başqalarının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/2192 inventar nömrəli texniki pasportdan görünür ki, qeyd olunan ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.052097, faktiki sahə 0.1127, tikintialtı sahə 0.026, digər sahələr 0.0867 hektardan ibarətdir. Müvafiq sorğu əsasında DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının “Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən vətəndaş X9 məxsus 2 saylı şəxsi evin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2005-ci il tarixli, 163 nömrəli Sərəncamının “arxivdə saxlanılan nüsxə ilə eynidir” ştampı ilə təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30N413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın 09.03.05-ci il tarixli aktına əsasən Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən vətəndaş X9məxsus 2 saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülk 1900-cü ildə tikilib. Texniki pasporta əsasən tikinti - A- 3 yaşayış otağı sahəsi 49,6 kv.metr, köməkçi sahə- 20,0 kv.metr, əlavə tikinti A-ya bitişik dəhliz-6,7 kv.metr tikilib 1 saylı yaşayış otağına bölünüb. Hamam-4,4 kv.metr, dəhliz 1,6 kv.metr olub, 1 saylı yaşayış otağının sahəsi hal-hazırda 9,4 kv.metrdən ibarətdir. Torpaq sahəsində qaraj - 32,3 kv.metr, hovuz-6,12 kv.metr, ayaqyolu-1,7 kv.metr, su quyusu-3,07 kv.metr mövcuddur. Cəmi torpaq sahəsi-520,97 kv.metrdən ibarətdir. Yuxarıda qeyd olunanları və İdarələrarası Komissiyanın xx.xx.2005-ci il tarixli aktını nəzərə alaraq, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən tik - A- 3 yaşayış otağı sahəsi- 41,4 kv.metr, köməkçi sahə- 32,7 kv.metr, torpaq sahəsində hovuz - 6,15 kv.m, ayaqyolu- 1,7 kv.metr, qaraj- 32,3 kv.metr, su quyusu-3,07 kv.metr, cəmi torpaq sahəsi -520,97 kv.metrdən ibarət olan 2 saylı mülkün vətəndaş X5 adına qeydiyyat vəsiqəsinin verilməsi və əlavə tikililərin texniki pasportda qeydə alınması Bakı şəhər Tİ və MHQİ-dən xahiş edilsin. -37 saylı DNK-da bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə/119 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12 birgə mülkiyyət üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi ünvanında ümumi sahəsi 0.0521 ha olan torpaq sahəsində yerləşən 2 saylı ona məxsus ½ hissədən ibarət fərdi yaşayış evinin torpaq sahəsindən 0,02 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Mülkiyyətçi X12 birgə mülkiyyət üzrə ona məxsus ½ hissəsindən qalan hissə (fərdi yaşayış evi və torpaq sahəsi) onun mülkiyyətində qalır. Satılan daşınmaz əmlak AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə satıcıya məxsusdur. -37 saylı DNK-da bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə/118 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8 birgə mülkiyyət üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi ünvanında ümumi sahəsi 0.0521 ha olan torpaq sahəsində yerləşən 2 saylı ona məxsus ½ hissədən ibarət fərdi yaşayış evinin torpaq sahəsindən 0,02 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Mülkiyyətçi X8 birgə mülkiyyət üzrə ona məxsus ½ hissəsindən qalan hissə (fərdi yaşayış evi və torpaq sahəsi) onun mülkiyyətində qalır. Satılan daşınmaz əmlak AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə satıcıya məxsusdur. -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X9 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan kəndi, Kolxoznaya küçəsi, ev 2-yə dair verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (cəmi meydançanın sahəsi) 520,97 kv.metr qeyd edilmiş, sonradan həmin qeydin üzərinə xətt çəkilməklə yanında 820,97 kv.metr kimi yazılmış, “Əzizbəyov RİHB-nin xx.xx.2005-ci il tarixli 163 saylı sərəncamına əsasən dəyişiklik apardı. Əsgərov C.E. Rəsulov X.R, 07.05.05” qeydi aparılmış və imzalarla təsdiq edilmişdir. -DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib edilmiş fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixli, 04/6184 inventar nömrəli texniki pasportundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi 0.052097 ha, yerləşdiyi faktiki sahə 0.82097, tikintialtı sahə 0.026, digər sahələr 0.056097 hektardan ibarətdir. -"xxxx" ASC tərəfindən X7 verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 2 ünvanındakı mübahisəli torpaq sahəsinin (çıxarış serita RX № 1395102) yaxınlığında küçədə yerləşən 6 kV-luq YS “Şağan”-TM 833 hava xəttinin istismarında heç bir çətinliyin olmamasını nəzərə alaraq qeyd olunan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 521 kv.metr torpaq sahəsinin paylı mülkiyyətçisidir. Həmin torpaq sahəsinin 0.04 ha hissəsi iddiaçıya, qalan 0.0121 ha hissəsi 1/2 hissəsi X4, digər 1/2 hissəsi də X2 mülkiyyətindədir. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Z.Ş.Vafinanın adına DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki pasportda faktiki istifadədə olan torpaq sahəsinin 0.1127 hektar göstərilməsinə və digər paylı mülkiyyətçilərin (Z.Cəlilova və Z.Vafinanın) də həmin torpaq sahəsinin özəlləşdirilməsinə razı olmasına istinad edərək ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi əlavə 0.0606 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Sadalanan maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının qeydə alınmasını arzu etdiyi ünvan 4 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi əlavə 0.0606 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyesrti haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasport Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, ev 2-də yerləşən fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən sənəd olduğundan və həmin sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmadığından iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayıla bilməz. Məhkəmə iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X5 adına Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan kəndi, Kolxoz küçəsi, ev 2yə dair verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdakı torpaq sahəsinin ölçüsünə münasibətdə bildirir ki, qeyd olunan ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpağın 520,97 kv.metr sahəsinin, sonradan Əzizbəyov RİHB-nin xx.xx.2005-ci il tarixli, 163 nömrəli sərəncamına əsasən düzəliş aparılaraq 820,97 kv.metr göstərilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, qeyd olunan sərəncam şəxsi evin ilkin hüquqi qeydiyyata alınması ilə bağlı olduğundan torpaq ayırma sənədi deyildir. Digər tərəfdən nəzərə almaq vacibdir ki, həmin düzəlişin aparılması üçün əsas olmuş sərəncam xx.xx.2005-ci il tarixdə, yəni 01 yanvar 2001-ci il tarixdən sonra verilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxil edilmişdir (2.7). Göründüyü kimi, inzibati akt müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilməlidir. Yalnız səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hüquqmüəyyənedici sənəd hesab olunur və etibarlı sayılır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda iddiaçı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi əlavə 0.0606 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözləntisi” yaranmır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9561/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9561/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver