Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9565/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “yoxlamanın nəticələri haqqında qərarın ləğvi” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Yoxlamanın nəticələri üzrə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş məhkəmə daxil olduqdan sonra məhkəmə işin hallarını araşdıraraq hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)-8521/2023 saylı işə birləşdirilməsi məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə icraatın birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraatın birləşdirilməsin etiraz etmədiyini bildirdi. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-8521/2023 saylı inzibati işlə birləşdirilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli, YP-0065 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İzmir, ev 8, Hyatt Tower, 2, 4-cü mərtəbələrində yerləşən İddiaçı MMC-də 03 fevral 2023-cü ildən 09 fevral 2023-cü ilədək planlı yoxlanmanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikasinin Qida X3 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YP- 0065 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərarı ilə Bakı şəhəri Yasamal rayonu, İzmir, ev 8, Hyatt Tower, 2,4-cü mərtəbəsində fəaliyyət göstərən İddiaçı MMC tərəfindən qida məhsullarının çatdırılması (daşınması) fəaliyyəti dayandırılması və qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin xidmətdən kənarlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasinin Qida X3 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YP- 0065 nömrəli Yoxlamanın nəticələri üzrə Qərarı ilə Aşkar olunmuş pozuntular xx.xx.2023-cü il tarixinədək aradan qaldırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, xx.xx.2023-cü il tarixli YP-0065 nömrəli məhdudlaşdırıcı tətbirlərin tətbiqi barədə qərar qüvvədə saxlanılması, İnzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh-nin YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (2-1(112)-8521/2023 nömrəli inzibati iş) İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İş üzrə müəyyən edilir ki, hazırda məhkəmənin icraatında bir cavabdehə yönəlmiş, eyni mübahisə üzrə 2 ayrı inzibati iş (2-1(112)-8521/2023 saylı və 2-1(112)-9565/2023 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Belə ki, 2-1(112)-9565/2023 saylı iş üzrə mübahisə predmeti olan YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Yoxlamanın nəticələri üzrə” qərar və 2-1(112)-8521/2023 nömrəli iş üzrə baxılan YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar cavabdeh inzibati orqanın eyni iddiaçı barəsində eyni yoxlamanın gedişində, eyni faktiki və hüquqi əsaslara istinad edilməklə qəbul etdiyi inzibati aktlardır. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar eynidir və işlərə ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu əsasdan həmin işlər bir icraatda birləşməli, ilkin olaraq məhkəmənin icraatına 2- 1(112)-8521/2023 saylı iş daxil olduğundan Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-9565/2023 saylı iş 2-1(112)-8521/2023 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-8521/2023 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9565/2023 saylı İddiaçı MMC-nin Cavabdehnə qarşı “yoxlamanın nəticələri haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8521/2023 saylı İddiaçı MMC-nin Cavabdehnə qarşı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)-8521/2023 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim: Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9565/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9565/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver