Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9565/2025 13.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin qoyulması tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınaraq iddiaçıya vahid daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 27 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 23 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.Qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1307, 1308 və 1309 nömrəli müqavilələr bağlanmışdır.Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 512 nömrəli sərəncamı ilə 4 №li bazarın şərq hissəsində yerləşən vətəndaş X2 məxsus hər biri 3,0x3,0 metr ölçüdə olan 5 ədəd ticarət obyektinin mövcud vəziyyətdə iddiaçının adına rəsmiləşdirilməsi, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 881 №li sərəncamının qüvvəsini itirmiş hesab edilməsi və iddiaçının obyektlərinin yerində qəbul edilməsi və sanitar-təmizlik işlərinin aparılmasının tapşırılması qərara alınmışdır. Bununla əlaqədar iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında mülkiyyətində olan qeyri-yaşayış sahələrinin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və cavabdeh xx.xx.2025-ci il tarixli bildirişlə ərizənin icrasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə tərəfindən verilmiş sərəncam ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh yazılı etirazını məhkəməyə təqdim etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, həmin ərazidə digər mülkiyyətçilərin hüquqları vardır, bu səbəbdən də torpağın iddiaçının adına keçirilməsi mümkün deyildir, həmin ərazidəki tikililərin altındakı torpaq sahəsi dövlət mülkiyyətidir, ərazi ümumi istifadədə olan ərazidir.Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati məhkəmə işinin materiallarında olan: Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin birmərtəbəli tikililərin yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsi olması göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1309 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi 27,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1308 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 9,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisənvə obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1307 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 9,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 1099 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Nizami rayonunda aşağıdakı ünvanda ticarət cərgələrinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır: Q.Qarayev küçəsindəki 4 №li kolxoz bazarının şərq hissəsində, Məşədi Əzizbəyov metro stansiyasının cənubunda, Q.Qarayev prospektindəki 122 və 124 saylı binaların qarşısında, Babək prospektindəki 2210-cu məhəllədə. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 512 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən 4 №li bazarın şərq hissəsində yerləşən vətəndaş M.Ə.Qədimova məxsus hər biri 3,0x3,0 metr ölçüdə olan 5 ədəd ticarət obyektinin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublarına əsasən iddiaçının nümayəndəsinə bildirilmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğundur. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən ünvan 5 ünvanlardakı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi 45,0 kv metr torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır, qeyd olunan ünvanda mövcud olan ticarət cərgəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1099 nömrəli sərəncamı ilə tikilmişdir.X1 mülkiyyətində olan qeyri-yaşayış sahələri həmin ticarət cərgəsinin bir bissəsində yerləşir, torpaq sahəsinə dair ƏMDX ilə xx.xx.2022ci il tarixli, 1307, 1308, 1309 nömrəli icarə müqavilələri bağlanmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: M a d d ə 4 9 . Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. M a d d ə 8 6 . Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər:..özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:..6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, d dəalar müvafiq surətdə tətbiq edilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri).Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil.Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir.”
“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı:
3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə: 1.Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər tərəfindən dövlət müəssisə və obyektləri özəlləşdirildikdə onların yerləşdiyi torpaq sahəsi aidiyyatı üzrə dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarıda qeyd edilənlərin satınalma hüququ olmadan icarəsinə verilir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: ..2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;.. 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;
Həmin Əsasnamə ilə Xidmətin vəzifələrinə aid edilmişdir:..3.0.3. dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;3.0.4. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;..3.0.16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək;..3.0.34. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyəti üçün lazımsız və yararsız olan əmlakı onların müraciətləri əsasında sərəncama götürmək, habelə dövlətə məxsus olan hüquqi şəxslərin tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək; 3.0.35. dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan hüquqi şəxslərin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək və bu zaman dövlətə məxsus əmlakın satışını təşkil etmək; 3.0.37. Nazirliklə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək; 3.0.47. özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirmək;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.3.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.7.diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4.inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3.diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
Hal-hazırda İddiaçı məhkəmədə qaldırdığı iddia ilə mülkiyyətində olan – Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən qeyri-yaşayış sahələrinin altındakı torpaq sahələrinin onun mülkiyyətinə verilməsinə nail olmaq istəyir. Məhkəmə ilkin olaraq o halı qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin altındakı torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - sərəncam, qərar, şəhadətnamə, dövlət aktı mövcud deyildir. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin mülkiyyətə verilməsi həmin torpaq sahələrinin belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olması şərtilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanla müəyyən edilmiş qaydada satılması – yəni əvəzsiz qaydada deyil, alğı-satqı aparılması və alğısatqı müqavilələrinin bağlanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarlarında ifadə olunan hüquqi mövqeyinə əsasən alğı-satqı müqavilələrini bağlamaqda mülki hüquq subyektləri sərbəstdirlər və fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirmək məhz cavabdehin iradə ifadəsindən asılıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddia ərizəsində göstərilən iddiaçının mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin hər hansı bir şəxsə, o cümlədən iddiaçıya satılması məsələsi cavabdehin diskression səlahiyyətidir.İnzibati iş materiallarından məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililər ticarət cərgəsinin bir bissəsində yerləşir, müstəqil (ayrıca inşa edilmiş), ayrıca, başqa tikililər ilə ara məsafəsi olan qeyri-yaşayış sahəsi deyildir və bu səbəbdən də ticarət cərgəsindəki tikililərin altındakı torpaq sahəsinin bir hissəsinin satılmasını cavabdeh qeyri-mümkün hesab etməklə öz diskression səlahiyyətləri çərçivəsində hərəkət etmişdir və heç bir qanun pozuntusuna bu zaman yol verilməmişdir. Belə ki, cavabdeh dövlət orqanı olmaqla dövlət əmlakının idarə edilməsi, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirən qurumdur, Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Hal-hazırki vəziyyətdə də cavabdehin iddiaçıya münasibətdə fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunmamışdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 33, 34, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrinə əsasən məhkəmə
QƏRARA ALDİ :
İddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova