Məhkəmə qərarları › İş №2-1(112)-9568/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9568/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9568/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1020 nömrəli qərarının ləğv edilməsi, ondan mülkiyyətində olmayan əmlaka dair əmlak vergisinin faiz üzrə borcla birlikdə imtina edilməsi vəzifəsinin Nəsimi Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsi 01-3719 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə 23 dekabr 2022-ci il tarixli xx/xx-1020 nömrəli qərarda dəyişiklik edilməsi barədə yeni qərarı məhkəməyə təqdim etmişdir. xx/xx-1020-1 №-li qərarın dəyişdirilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki: - Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 164,7 kv. m. əmlak sahəsinə görə vergi ödəyicisi kimi qeydiyata alınmış fiziki şəxs İddiaçı barəsində verilmiş Nəsimi rayonunun Nəsimi Bələdiyyəsinin 23 dekabr 2022-ci il tarixli, xx/xx-1020 nömrəli qərarında dəyişiklik edilərək, vergi ödəyicisi və borclu şəxs kimi İddiaçı əvəzinə X3 müəyyən edilməsi; - X1 Sistemində əmlak sahəsinin ümumi kvadratının 191 kv. m. deyil, 164,7 kv. m. olmaqla düzəliş edilməsi; - Ümumilikdə hesablanmış 356,22 manat borc məbləğinin vergi ödəyicisi X2 tələb edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında təqdim olunmuş yeni qərarın nəzərə alınaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Nəsimi Bələdiyyəsinə qarşı xx.xx.2022ci il tarixli xx/xx-1020 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar