Məhkəmə qərarları › İş №2-1(112)-957/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-957/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-957/2020 30.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı təsisçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi “AHİT” İB-yəqarşı “qərarın surətinin verilməsinin cavabdehlərdən tələb edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi “AHİT” İB-yə qarşı “qərarın surətinin verilməsinin cavabdehlərdən tələb edilməsi barədə” iddia ərizəsi 16 dekabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olmuş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-957/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfdən AHİK-nin və AHİT “İB” sədrlərinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, 30 yanvar 2007-ci il tarixli AHİT “İB” İcra Komitəsinin qərarı ilə Qusar şəhər Ş.Orduxanov adına stadionun İddiaçı balansına verilməsi haqqında sənədlərin surətini ala bilmir. Hal-hazırda stadion tamamilə sökülmüşdür ki, bu hallar barədə İddiaçı təsisçisinin hər hansı məlumatı yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşin faktiki hallarından müəyyən edilir ki, iddia “AHİTA”-nın İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar rayon stadionunun İddiaçı balansına verilməsinə dair 30 yanvar 2007-ci il tarixli qərarın surətinin təqdim edilməsi barədə cavabdehlərin hərəkətsizliyi ilə əlaqədardır. Halbuki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi “AHİT” İB Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Bu səbəbdən də, iddianın növündən asılı olmayaraq inzibati orqan hesab edilməyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi “AHİT” İB-yə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, hazırki iddiasında qaldırdığı məsələ ilə bağlı ümumi məhkəmələrdə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prossessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar