Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9572/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X2rşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınaraq şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdeh X2rşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan İddiaçı özünə məxsus olan “Kia” markalı “K3” modelli ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonlarının verilməsindən imtina edilməsi əsassız hesab edilməklə iddiaçıya məxsus olan qeyd edilən nəqliyyat vasitəsini park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması və üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yaşayan İddiaçı özünə məxsus olan “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonlarının verilməsindən imtina edilməsinin əsassız hesab edilməklə yanaşı İddiaçı özünə məxsus olan qeyd edilən nəqliyyat vasitəsini park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması və fərdi talon verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin may ayında, yəni, 3 (üç) yaşı olarkən Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 3 ünvana köçmüş və həmin tarixdən bugünə kimi, artıq 32 (otuz iki) ildir ki, qeyd edilən ünvanda atasının vəfat etməsindən sonra anası Sona Abdullayeva ilə birlikdə yaşamaqdadır. İddiaçı qeyd edilən ünvanda daimi əsaslarla yaşamaqla yanaşı qeyd edilən ünvanda yerləşən 276 nömrəli tam orta məktəbin nəzdindəki ünvan 4ə təhsil almış və 2005-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. İddiaçı 07 yanvar 2024-cü il tarixdə “Kia” markalı “КЗ” modelli ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış və hazırda da həmin avtomobili idarə etməkdədir. Lakin idarə etdiyi həmin avtomobili yaşadığı ünvanın yaxınlığında (100 metr ərazini əhatə edən məsafədə) park etməsi üçün parklanma talonunun əldə edilməsi məqsədi ilə iki dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də, adıçəkilən qurum tərəfindən parklanma talonlarının verilməsindən əsaslı səbəb göstərilmədən, formal şəkildə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə 23 fevral 2024-cü il və 12 mart 2024-cü il tarixli cavablarla imtina edilmişdir. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli Qərarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazisində pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi (hazırki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Qeyd edilən Qərarda “yaşayan şəxslər” anlayışından istifadə olunmuş və həmin Qərarda heç bir bənddə “qeydiyyatda olan şəxslər” anlayışı öz əksini tapmamışdır ki, bu da iddiaçının haqlı olaraq narazılığına və hüquqlarının pozulmasını zənn etməsinə səbəb olmuşdur. Belə ki, İddiaçı yuxarıda da qeyd olunduğu kimi artıq 32 (otuz iki) ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 5 ünvanda yolboyu parklanma ərazisi təşkil olunmuşdur. Təəssüf ki, məcburi köçkünlük həyatı yaşaması səbəbindən Bakı şəhərində qeydiyyata alınması və yaşadığı hazırkı mənzilin isə hamıya məlum olan səbəblər üzərindən özəlləşdirilməsi mümkün olmamışdır. Bununla belə bu xüsusatlar İddiaçı artıq 32 (otuz iki) ildir ki, qeyd edilən ünvanda yaşaması həqiqətini dəyişdirmir. Sözsüz ki, müzəffər ali baş komandan, ölkə prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Laçın şəhərinə köçürülmələr aparılan zaman İddiaçı da öz doğma yurduna qayıdacaqdır. Lakin, hazırkı vəziyyətdə İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmaqla hazırda ünvan 3 ünvanda yaşayır və bununla əlaqədar təsbit olunmuş hüquq və vəzifələrinin realizə olunması labüddür. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanından çıxarışı nəzərinizə çatdırımaqla ədalətli qərar qəbul olunacağına ümid edir. Fərmanda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına, inter alia, göstəriş verilib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasınadək və ya yeni mənzillərdə müvəqqəti məskunlaşmasınadək, 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları dövlət evlərindən, mənzillərdən, torpaqlardan və başqa sahələrdən, mənsubluğundan asılı olmadan, çıxarılmasına icazə verilməsin”. Göründüyü kimi İddiaçı yaşadıqları mənzili tərk etmək, çıxmaq, məcburi köçkünlük dövründə və sonrakı dövrdə şəxsi mənzil əldə etmək kimi imkanı olmamış və bu səbəblə də hazırda və uzun müddətdir ki, yaşadığı mənzilə qeydiyyata alınmamış və öz doğma yurdunda, yəni Laçın rayonunda qeydiyyatda qalmağa davam etmişdir. Lakin onun Laçın rayon qeydiyyatında olması 32 (otuz iki) ildir ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yaşaması həqiqətini dəyişdirməmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin istinad etdiyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri— tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yeronun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Göründüyü kimi həmin maddənin “yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil” hissəsi birbaşa İddiaçı şamil olunmalıdır ki, bu da onun hüquqlarının realizə olunması üçün əsasdır. Xülasə, göstərilənlərə əsasən qeyd edilən maddənə şərhi verilmiş anlayışların hər ikisi İddiaçı şamil olunmalı və onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla təsbit olunmuş hüquqları realizə olunmalıdır. Qeyd olunur ki, İddiaçı yaşadığı ünvan 6 ünvanından başqa heç bir ünvanda evi, mənzili və yaşayış sahəsi mövcud deyildir. İddiaçının hər gün qeyd olunan ünvana gəlməsi və orada yaşaması qeyd edilən binanın giriş hissəsində quraşdırılmış kamera qurğuları vasitəsilə də təsdiq olunur və zərurət yarandığı halda məhkəməyə təqdim olunmasında maneə yoxdur.
4. Dəqiqləşdirilmiş iddia ərizə onunla əsaslandırılmışdır ki, ** MP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair alqı-satqı həyata keçirildiyindən avtomobil iddiaçının adına ** SJ *** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, Sizin fərdi parklanma talonunun verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli müraciətinizə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, fərdi parklanma talonları yalnız parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə uyğun olaraq verilir. Qeyd edilənləri nəzərə alaraq, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduqda fərdi parklanma talonunun verilməsi müsbət həll oluna bilmir.
5. Cavabdein iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə müraciət edərək, ona fərdi parklanma talonunun verilməsini xahiş etmişdir. Onun müraciəti araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatda deyil. Bununla əlaqədar ona fərdi parklanma talonunun verilməsinin mümkün olmaması barədə rəsmi cavab məktubu ünvanlanmışdır. Daha sonra İddiaçı eyni məzmunlu xahişi ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlər edərək sözügedən ünvanda qeydiyyata düşmədən ona fərdi parklanma talonunun verilməsini xahiş etmişdir. Onun həmin müraciətlərinə də fərdi parklanma talonunun verilməsinin mümkün olmaması barədə rəsmi məktublarla cavab verilmişdir. “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin 7-ci hissəsinin 1-ci cümləsinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Şəxs yaşayış yeri üzrə qeydiyyata alındıqda onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.6-cı bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (həmin Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Həmin Qaydanın 2.9-cu bəndinə görə müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X1 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Agentliyə (Bakı Nəqliyyat Agentliyinə) göndərir; müraciətə Agentlik (Bakı Nəqliyyat Agentliyi) tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir.
6. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: Vİİ. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın: 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. 2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X1 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 17.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun:
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
18. İddiaçının mülkiyyətində olan və idarə etdiyi və “Kia” markalı “K3” modelli ** SJ *** dövlət qeydiyyat nömrəli avtomobili yaşadığı ünvanın yaxınlığında park etməsi üçün parklanma talonunun əldə edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduğundan imtina edilmişdir.
19. Məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.1-ci maddəsində qeyd edilən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə aid edilməlidir.
20. Belə ki, İddiaçı Laçın rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 9 ünvanına köçmüş və həmin tarixdən bugünə kimi həmin mənzildə qeydiyyatsız yaşayır.
21. İddiaçının qeyd olunan ünvanda yaşaması mübahisə doğurmur. Onun yaşadığı yerdən fərqli ünvanda, Laçın rayonunda qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd edir ki:
22. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanına əsasən:
2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.
23. Göründüyü kimi, iddiaçı uzun illərdi sözügedən ünvanda yaşamasına baxmayaraq, həmin ünvana qeydiyyata alınmamış, Laçın rayonunda qeydiyyatda qalmağa davam etmişdir. Bu səbəbdən də cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaşadığı ünvanın yaxınlığında təşkil edilmiş parklanma ərazisi üzrə park etməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma talonunun verilməsindən imtinası qanunsuz hesab edilsin. İddiaçı məxsus “Kia” markalı “K3” modelli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin park etməsi məqsədilə pulsuz parklanma yerlərinin ayrılması və fərdi talonun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva