Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9572/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdehnə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsi, 40 saylı evin 14 saylı mənzilinə köçmək üçün X3 Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 030723 saylı orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsi 40 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrifat Birliynin balansındadır. Həmin binaya Nəsimi rayon MKTB-nin 31 saylı Mənzil Kommunal İstismar Sahəsi xidmət göstərir. Bina 5 (beş) mərtəbəli olmaqla, 4 girişdən, 60 mənzildən ibarətdir. Bu mənzildə məlum hadisələrlə 1992-ci ildən bu günədək Şuşa rayonundan məcburi köçkün düşmüş Maraqlı şəxs ailəsi ilə birlikdə yaşayır. Bir neçə ay bundan əvvəl məlum olmuşdur ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 030723 saylı orderə əsasən, X4 bu mənzilə pasport qeydiyyatına düşmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 5-21/2-74/24 saylı məktubla Bakı şəhəri 14 saylı Vəkil bürosunun 656 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna cavab verilmişdir ki, X3 verilmiş order və onun verilməsinə əsas olmuş sənədlər Cavabdehndə aşkar edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialı xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-385/2024 saylı məktubla bildirmişdir ki, X3 verilmiş order və sərəncam haqqında heç bir məlumat yoxdur. Beləliklə müyyən olunur ki, cavabdeh hüquqi əsası olmayan sənəd əsasında balans sahibinin məlumatı olmadan qeyd olunan mənzilə pasport qeydiyyatına düşmüşdür. Halbuki, Cavabdeh səlahiyyəti də olmamışdır ki, başqa rayonun ərazisində yerləşən və başqa təşkilatın balansında olan mənzilə order versin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli 030723 nömrəli Orderdən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Tağızadə küçəsi, 40 saylı evin 14 saylı mənzili X6 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Cavabdeh xx.xx.2024-cü il tarixli 5-21/2- 74/24 nömrəli məktubunda göstərilmişdir, qeyd etdiyiniz order və onun verilməsinə əsas olmuş sənədlər Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Qeyd olunan order və onun verilməsinə əsas olmuş sənədlər ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına müraciət edilməsi tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-385/2024 nömrəli məktubunda göstərilmişdir ki, Yasamal RİH-nin arxiv fondu 191 saylı sərəncamı xx.xx.2009-cu il tarixli deyil xx.xx.2009cu il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda X4 barəsində heç bir məlumat yoxdur. Mənzillərə dair verilən orderlər fərqli qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-6/2-246/2025 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh tərəfindən Nəsimi rayonu 5-ci mkr. A.Məhərrəmov küçəsi 40 saylı evin 14 saylı mənzilinə köçmək üçün X3 xx.xx.2009-cu il tarixli, 030723 saylı order verilmişdir. Sözügedən mənzildə məlum hadisələrlə bağlı 1992-ci ildən bu günədək Şuşa rayonundan məcburi köçkün düşmüş Maraqlı şəxs ailəsi ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 5-21/2-74/24 saylı məktubla 14 saylı Vəkil bürosunun 656 saylı xx.xx.2023-cü il tarixli sorğusuna cavab verilmişdir ki, vət. X3 verilmiş order və onun verilməsinə səbəb olmuş sənədlər Cavabdehndə aşkar edilməmişdir. Bununla bağlı Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialı xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, vət. X3 Cavabdeh tərəfindən verilmiş order və sərəncam haqqında heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli 3-21-3/2-7622/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -ünvan 1 ünvanında yerləşən 1963-cü il tarixdə istismara verilmiş 5 mərtəbəli ***- *******33 registr nömrəli yaşayış binası Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-1032/2025 nömrəli məkrtubunda göstərilmişdir ki, Yasamal RİH-nin arxiv fondu üzrə xx.xx.2009-cu il tarixli 191 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Bakı rayon Cavabdeh iddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 5-21/2-688/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd etdiyiniz order və onun verilməsinə əsas olmuş sənədlər rayon İcra Hakimiyyətində aşkar edilmmişdir. Qeyd olunan order və onun verilməsinə əsas olmuş sənədlər ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət edilməsi tövsiyə olunur. Hazırda iddiaçı Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 030723 nömrəli orderin etibarsız hesab edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehin orderi ilə onun hüquqlarının pozulduğuna dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, hazırkı iş üzrə iddia predmeti olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Beləliklə, mənzilin balansında olduğu Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Nəsimi Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirən Nəsimi rayon İcra Hakimiyyəti olduğu nəzərə alındıqda hesab edilir ki, həmin mənzilə dair sərəncam hüququ, eləcə də verilmiş orderin etibrazsızlığı iddiasını qaldırmaq hüququ da məhz Nəsimi Rayon İcra Hakimiyyətinə məxsusdur. Hazırkı iddia isə sözügedən mənzilə dair sərəncam səlahiyyətinə malik olmayan Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən qaldırılmışdır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın subyekiv hüquqa dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9572/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9572/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver