Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-958/2021 12.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil (ünvan 1 mənzil 74 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus X4 Dövlət Univeristeti tərəfindən təqdim edilmiş xx.xx.2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2001-ci ildə X4 Dövlət Univeristetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisasına qəbul olmuş və 2006-cı ilədək həmin ali təhsil müəssisində qiyabi təhsil almışdır. İddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomla təsdiq edilir ki, İddiaçı Dağıstan Dövlət Univeristetinin hüquqşünaslıq ixtisası üzrə dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmiş və ona “hüquqşünas” ixtisas dərəcəsi verilmişdir. İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli AHC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tanınmış və xx.xx.2009-cu ildə apostil olunmuşdur. 2006-cı ildə yuxarıda qeyd edilən diplom əsasında ikinci ali təhsil almaq üçün İddiaçı Bakı Dövlət Universitetinə beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunmuş və 2009-cu ilədək həmin fakültədə təhsil almışdır. Daha sonra İddiaçı Universitetin “Mülki proses, əmək və ekologiya” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2012-ci ildən hal-hazıradək İddiaçı “xxxx” MMC-də hüquqşünas vəzifəsində çalışır. İddiaçı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına uyğun olaraq ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün xx.xx.2020-ci il tarixdə Elektron ərizə sistemi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi elektron qaydada iddiaçıya xx.xx.2020-ci il tarixdə cavab məktubu ünvanlamışdır. Həmin məktubda cavabdeh qurum X2 Dövlət Univerisıeti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2006-cı il tarixli ДИC ******* nömrəli diplomun və müvafiq ixtisasın ölkə ərazisində tanınması mümkün hesab etməmişdir. Təhsil Nazirliyi imtinanın səbəbini onunla əsaslandırmışdır ki, X2 Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2398/4- 489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır, bu səbəbdən də iddiaçının təhsil aldığı ixtisasın ölkə üzrə tanınması mümkün hesab edilməmişdir. İddisaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə xx.xx.2020ci il tarixli yazılı elektron imtinasını əsassız hesab edir. İddiaçı qeyd edir ki, yazılı məlumatın məzmunundan göründüyü kimi cavabdeh qurum diplomun tanınmasını mümkünsüz hesab edərkən və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edərkən kifayət qədər ətraflı araşdırma aparmamışdır. Belə ki, İddiaçı 2001-2006-cı illərdə X2 Dövlət Universitetində təhsil almasına baxmayaraq, cavabdeh qurum 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsinə istinad edərək onun müraciətini əsassız olaraq imtina etmişdir. Sadalananlara əsasən qeyd edirlər ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2398/4-489- 2006 saylı qətnaməsi ilə müəyyən edilmiş halların hazırki İddiaçı üçün preyudisial əhəmiyyəti yoxdur. Belə olan halda hesab edirik ki, cavabdeh qurumun qeyd edilən qətnaməyə istinad edərək, iddiaçının adma verilmiş diplomun və ixtisasın tanınmasının mümkünsüz hesab edilməsi barədə verdiyi imtina qanunun tələblərinə zidd sayılmalıdır. Qeyd edir ki, İddiaçı təhsil aldığı 2001-2006-cı illər ərzində Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsilin müddəti 5 (beş) il müəyyən olunmuşdur. Ümumilikdə, iddiaçıya ünvanlanmış imtina barədə yazılı məlumat “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”'na uyğun deyil. İddiaçının ixtisasının tanınması və ekvivalentliyinin müəyyən ediləməsindən imtina edilməsi ilə bağlı yazılı məlumatda istinad edilən hal Qaydaların 3.7-ci maddəsində göstərilən mənfi rəyin verilməsi üçün əsaslardan heç birinə uyğun gəlmir və formal xarakter daşıyır. Cavabdeh sözügedən Qaydaların 3.7-ci bəndinə istinad edərək, İddiaçı diplomunun və ixtisasın tanınmasından imtina etsə də, imtinasında əsaslandırdığı hal təhsil aldığı universitetin fəaliyyətinin dayandırılması Qaydalarda ümumiyyətlə nəzərdə tutulmamışdır. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Lakin cavab məlumatının məzmununda Nazirliyin nəinki hansı ekspert qrupunun rəyinə əsaslandığı göstərilməyib, habelə ekspert qrupunun yaradılıb-yaradılmamasını da müəyyən etmək mümkün deyil. Qaydaların 3.5-ci maddəsinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. Bildirir ki, iddiaçının ekspertiza materialları ilə tanış olmağa şərait yaradılmamışdır, ekspertizanın nəticəsi barədə hər hansı sənəd iddiaçıya təqdim edilməmişdir. Bildirir ki, İddiaçı RF Dağıstan Dövlət Universitetində təhsilini başa vurduqdan sonra, aldığı diplomla Bakı Dövlət Universitetində ikinci ali təhsil almış, təhsilini tam başa vura bilməmişdir. Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə bütün imtahanları, fərq imtahanlarını (ilk təhsillə ikinci təhsili arasındakı fərqli fənnlərlə bağlı imtahan və kurs işləri) müvəffəqiyyətlə vermişdir. Hətta, diplom mövzusu seçilmiş, diplom işi yazılmış, elmi rəhbərləri Rüstəm Məmmədov və Əmir Əliyev tərəfindən müsbət rəylər verilmiş, lakin məlum səbəbə görə diplom işinin müdafiəsinə buraxılmamışdır. Təhsilini natamam başa vurduqdan sonra BDU-nun “Mülki proses, əmək və ekologiya” kafedrasında laborant vəzifəsində çalışmışdır. Hesab edir ki, İddiaçı RF Dağıstan Dövlət Universitetində aldığı hüquqi təhsil natamam olsaydı və ya aldığı diplom qanunsuz olmaqla hüquqa zidd hesab edilən sənəd olsaydı, onun Bakı Dövlət Universitetində ikinci ali təhsil alması, daha sonra həmin Universitetdə çalışması mümkünsüz olardı. Sadalanan halları əsas tutaraq hesab edir ki, cavabdeh xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə xx.xx.2020- ci il tarixli elektron cavabı əsassız hesab edilməli və İddiaçı məxsus xx.xx.2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı X4 Dövlət Universitetinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, DİS ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. O, xarici ali təhsil ixtisasının tanınması tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, İddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfna uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Belə ki, Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin Bakı filialında təshil aldığı və həmin filialın fəaliyyət göstərdiyi illər ərzində qanunsuz fəaliyyət göstərməsi (akkreditasiyadan keçməməsi və lisenziyasının olmaması) məlum olmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxildir. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan X3 “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИС № ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2006-cı ildə universitei bitirmiş və “Hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas ixtisasına yiyələnmişdir. X6 Universiteti tərəfindən xx.xx.2009-cu il tarixdə 96392 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan X3 “Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomuna əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “hüquqşünaslıq” ixtisası üzrə 5 il müddətində qiyabi təhsil almışdır. Universitetdə 2001-ci ildən 2006-cı ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) məqbul və yaxşı qiymətlər almış, hüquqşünaslıq ixtisası üzrə dövlət imtahanı vermişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən iddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 01-Ft/572 saylı məktubundan görünür ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin qiyabi təhsilalma forması üzrə Beynəlxalq hüquq ixtisası (əlavə təhsil) üzrə təhsil almış İddiaçı 2008/2009-cu tədris ilində nəzəri kursu bitirmiş, lakin BDU-ya qəbul olan zaman təqdim etdiyi diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vaxtında nostrifikasiya olmadığına görə diplom işinin müdafiəsinə buraxılmamış, dörd ildə iki dəfə müdafiədə iştirak etmək hüququ saxlanılmaqla xx.xx.2009-cu il tarixli 3/746 nömrəli əmrlə universitetin tələbələri sırasından xaric edildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş ИТ-İ № ******* saylı iddiaçıya məxsus əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müxtəlif müəssisələrdə çalışmış, hal-hazırda “xxxx” MMC-də hüquqşünas vəzifəsində çalışır. İşdə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxx 2020-ci il tarixli, elektron imtina məktubundan görünür ki, iddiaçının ********** nömrəli müraciəti araşdırılaraq bildirilmişdir ki, araşdırma zamanı iddiaçının X4 Dövlət Universitetinin Bakı filialında təhsil almışdır, X4 Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2398/4- 489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırıldığını, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-cı bəndinə əsasən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Beləliklə işdə olan sənədlərdən müəyyən edilir ki, İddiaçı 2006-cı ildə X3 “Dağıstan Dövlət Universiteti” “hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış, bu barədə ona ДИС № ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomu verilmiş və X6 Universiteti tərəfindən xx.xx.2009-cu il tarixdə 96392 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1 -ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Dağıstan dövləti Universiteti tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunsa da, lakin sonuncu iddiaçının X3 “Dağıstan Dövlət Universiteti”nin “hüquqşünaslıq” ixtisası üzrə təhsilini başa vuraraq ДИС № ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomunu almasına baxmayaraq, imtinasının əsaslarından biri kimi X4 Dövlət Universitetinin Bakı filialında təhsil alması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddia tələbi üzrə iddiaçı aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentiyinin müəyyən edilməsi, diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və haqqında şəhadətnamə verilməsi vəzifəsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli x xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və X5 arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2). Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və X5 arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (AR NK-nın xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları») ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də "ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki, yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətanməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Məhkəmə qeyd edir ki, "dayandırılma” anlayışı mahiyyətcə həm müvəqqəti xarakter daşıyır, yəni gələcəkdə bərpa oluna bilən kimi qiymətləndirilir, həm də bu hərəkət (dayandırılma) qanunsuz yox, qanuni əsaslarla həyata keçirilən fəaliyyətə aid ola bilər. Bundan başqa, həmin iş üzrə iddiaçı tərəfin iddiasının qismən təmin olunması, yəni qalan hissədə təmin olunmaması "dayandırma”yadək verilmiş diplomların qanunsuz sayılmamasını ehtiva edir. Qətnaməyə görə təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin "dayandırılması”na qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Bununla da, "dayandırılma”dan əvvəlki dövrdə diplom almış şəxslərə, o cümlədən hazırkı iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununda təsbit olunmuş "bərabərlik prinsipi” (maddə 12) pozulmuş olur. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı X4 Dövlət Universiteti tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə o cümlədən iddiaçının xx xxxx 2006-cı il tarixli, ДИС ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi barədə tələbində haqlı olması qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1761/2020 saylı, xx.xx.2020-ci il tarixli (hakim R.Nəbizadənin) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən iddiaçının adına verilmiş xx xxxx 2016-cı il tarixli, ДИС ******* 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdda təmin edilsin. X4 Dövlət Univeristeti tərəfindən İddiaçı adına verilmiş xx xxxx 2006-cı il tarixli, ДИС ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-958/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-958/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver