Məhkəmə qərarları › İş №2-1(112)-9580/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9580/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9580/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun verilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uzun müddət şəxsi istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, ev 37A mülkiyyət hüququnun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, ev 37A onun şəxsi istifadəsindədir. Lakin bu günədək həmin evə mülkiyyət hüququ ala bilməmişdir. Həmin evə mülkiyyət hüququ almağı ilə əlaqədar cavabdehə müraciət etmişdir. 22 iyun 2021-ci il tarixdə müraciətinə əsasən bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırkı tələbi ilə eyni inzibati orqana qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5886/2022 nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı həmin qərardan hal-hazıradək şikayət verməmişdir. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5886/2022 nömrəli qərarında qeyd olunmuş mövqeyi nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmetin eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5886/2022 nömrəli qərarı qanuni qüvvəyə minmədiyi halda İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə, qanuni qüvvəyə mindiyi halda isə İnzibati Prosessual Məcəllənin 78ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar