Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9587/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 Adi cəlbetmə qaydasında üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0,10 ha olan K-3, K-5 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış K-3, K-5 saylı torpaq sahələrinin 894,93 kv metr olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə etiraz etməmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. İddiaçı 1988-ci il tarixdən həmin bağçılığın üzvüdür. xx.xx.1988ci il tarixli protokola əsasən bağçılığın sahəsində yerləşən ümumi sahəsi 0, 05 ha K-3 saylı bağ sahəsi İddiaçı verilmişdir. “Gəmi-Təmirçisi” X15 Heyətinin xx.xx.1999-cu il tarixli protokolundan görünür ki, X2 bağçılıq yoldaşlıq üzvlüyündən öz ərizəsinə əsasən çıxmış və İddiaçı əlavə olaraq K-5 saylı 0,05 ha bağ sahəsi ayrılmış və ümumi olaraq ona 0,10 ha bağ sahəsi verilmişdir. Həmin torpaq sahələri hazırda İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A 497835 nömrəli torpaq sahəsinin kadastrından görünür ki, İddiaçı Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən 1000 kv metr torpaq sahəsi üçün K-3 və K-5 saylı bağ evinin tikintisi üçün torpaq sahəsi ilə kadast verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün İddiaçı cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 02 iyun 2021-ci il tarixli, **********791 saylı məktubu ilə İddiaçı xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ərizəçiyə bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrımış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolunan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır, üzvlük kitabçası, protokollar, lazımı qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
4. Cavabdeh qurumun imtinası onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçısi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ərizəçinin adı aşkar olunmamışdır. Həmçinin, təqdim edilən üzvlük kitabçası xx.xx.2020-ci il tarixində verilmişdir. Bundan əlavə, “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2413/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idaıələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdındə olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ona ayrılmış ümumi sahəsi 0,10 ha olan K-3, K-5 saylı saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası tərəfimizdən etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, təqdim edilən üzvlük kitabçası yeni möhürlə təsdiqlənmiş və xx.xx.2020-ci il tarixində verilmişdir. Həmçinin göstərilən əraziyə digər şəxsin (X6) müraciəti idarəyə daxil olmuşdur. Əlavə olaraq bildiririk ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1000 kv.metr faktiki sahəsi isə 894,93 kv.metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı şəhəri X14 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı Qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır.
8. “Gəmi-Təmirçi” X16 Heyətinin İclasından xx.xx.1999-cu il tarixli Protokola əsasən K-3 saylı bağ sahəsinin istifadəşisi İddiaçı əlavə olaraq K-5 saylı “0.05 ha” bağ sahəsi ayrılması (0.10 ha) qərar alınmışdır.
9. İddiaçı məxsus “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1993-cü il tarixli üzvlük biletinin surətinə və xx.xx.2004-cü il tarixli dublikatına əsasən İddiaçı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və K-3, K-5 saylı 0,10 hektar yer verilmişdir.
10. “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sol tərəf bağ sahələrinin situasiya planı məhkəməyə məhkəməyə təqdim edilmişdir. Təqdim edilən planda K-3 və K-5 saylı bağ sahələrinin müvafiq olaraq 1988-ci ildə və 1999-cu ildə İddiaçı istifadəsinə verildiyi qeyd olunmuşdur.
11. “Gəmi Təmirçilik” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin əlavə siyahısında 58. İddiaçı” adı qeyd olunmuşdur.
12. “Gəmi Təmirçilik” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin əlavə siyahısında adları qeyd olunan 49. X7, 60. X5 və 62. X10 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhkəməyə təqdim olunmuşdur.
13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2523/2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı ilə iddiaçı X3 istifadəsində olan Bakı şəhəri, Hövsan bağ massivində yerləşən bağ sahəsinin plan və ölçüsünün verilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir.
14. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarı, “Gəmitəmirçi” b/y-nın xx.xx.1988-ci il tarixli və xx.xx.1999-cu il tarixli protokolları və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli İş № 2-1(82)-2523/2013 saylı Qərarı əsasında Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən K-3 və K-5 saylı bağ ev tikintisi üçün torpaq sahələri ilə bağlı İddiaçı adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi məhkəməyə təqdim edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən torpaq sahəsinin ölçüsü 894,93 kv metr müəyyən edilmişdir.
15. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X17 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
16. Üçüncü şəxs X17 məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə vasitəsilə) bildirmişdir ki, hazırkı məhkəmə işi üzrə iş materialları ilə tanış olmuşdur. Qeyd etmişdir ki, mübahisə predmeti olan “Gəmi Təmirçisi” Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin balansında olan “k-3”, “k-5” torpaq sahələrinə dair heç bir iddiası və marağı yoxdur. Ümumilikdə isə bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində üçüncü şəxsə məxsus heç bir torpaq sahəsi mövcud deyil və o heç bir torpaq sahəsinə iddia etmir. Məhkəmə iclası xx.xx.2023-cü il tarix saat 15:50-ə təyin olunmuşdur. Hal-hazırda və qeyd olunan tarixdə sağlamlıq vəziyyəti ilə əlaqədar Bakı şəhərində olmadığına görə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
21. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. X21 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
31. X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
33. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
34. Məhkəmə tərəfindən müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarı, “Gəmitəmirçi” b/y-nın xx.xx.1988-ci il tarixli və xx.xx.1999-cu il tarixli protokolları və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli İş № 2-1(82)-2523/2013 saylı Qərarı əsasında İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən K-3 və K-5 saylı torpaq sahələrinin ümumi ölçüsü 894,93 kv metr müəyyən edilmişdir.
35. Məhkəmənin fikrincə, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (yəni torpaq sahəsinin texniki vəziyyətini və döngə nöqtələrini əks etdirən sənəd) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli İş № 2inz(81)-2523/2013 saylı qərarı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X21 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188). Belə ki, həmin məhkəmə qərarı ilə torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğu müəyyən edilmişdir.
36. Torpaq sahəsinə üçüncü şəxsin müraciəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən X6 mübahisələndirilən əraziyə müraciəti olduğu bidirildiyi üçün inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X17 isə məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə vasitəsilə) mübahisə predmeti olan “Gəmi Təmirçisi” Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin balansında olan “k-3”, “k-5” torpaq sahələrinə dair heç bir iddiası və marağı olmadığını, ümumilikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində ona məxsus heç bir torpaq sahəsi mövcud olmadığnı bildirmişdir.
37. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməmiş, qüvvədə olan Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarına, “Gəmitəmirçi” b/y-nın xx.xx.1988-ci il tarixli və xx.xx.1999-cu il tarixli Protokollarına əsaslanmış, eləcə bağçılıq yoldaşlıq cəmiyyətinin üzvləri siyahısında iddiaçının adı (58. İddiaçıT) qeyd olunmuş, iddiaçının adına bağçının üzvlük kitabçası tərtib olunmuşdur (üzvlük kitabçasının əslinin surəti və dublikatı məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə olunmuşdur) və bağ sahələrinin situasiya planında K-3 və K-5 nömrəli bağ sahələri qeyd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən K-3, K-5 saylı bağ sahələri hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur. Bundan əlavə, məhkəməyə təqdim edilmiş cəmiyyətin işlərinə dair əlavə siyahıya uyğun olaraq siyahıda qeyd edilən şəxslərin adına bağ sahələrinə dair hüquqların qeydiyyatı aparılmışdır.
38. Məhkəmə qeyd edir ki, faktiki olaraq mübahisə iddiaçının adı qeyd edilən siyahının cavabdeh qurumda olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “Gəmi Təmirçilik” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin əlavə siyahısında (iddiaçının da adı həmin siyahıdadır) adları qeyd olunan 49. X11in, 60. X4 və 62. X8 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə iddiaçının hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır.
39. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 894,93 kv metr olan K-3, K-5 saylı torpaq sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva