Məhkəmə qərarları › İş №2-1(112)-9589/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9589/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9589/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı xx.xx.2009-cu il tarixdən 3-cü qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuşdur. 16 noyabr 1993-cü ildən 1994-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 2009-cu ildən 3-cü qrup müddətsiz müharibə əlilidir. Qeyd edir ki, onun əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində olmadığı üçün xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, 3-cü qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlil olmasını nəzərə alıb əlilliyi haqqında məlumatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilsin. Lakin, cavabdeh tərəfindən 35 gündən çox vaxt keçməklə müraciətinə cavab verilmədiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, məhkəmə qaydasında müraciətinin həll edilməsini qanunamüvafiq hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər təqdim olunaraq, iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim olunması barədə sərəncam verilmişdir. Məhkəmə sərəncamının icrası ilə əlaqədar olaraq cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 35 saylı şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = ˃ S00-S09 – Başın travmaları = ˃ S09 – Başın digər və dəqiqləşdirilməmiş travmaları = ˃ S09.8 – Başın digər də ...; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik = ˃ Digər: Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzui astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal yoxdur. Yuxraıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən təqdim olunmuş əlillik alt sistemindən çıxarış və iddiaçının əlilliyi ilə bağlı sənədlərdən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinə 35 saylı şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = ˃ S00-S09 – Başın travmaları = ˃ S09 – Başın digər və dəqiqləşdirilməmiş travmaları = ˃ S09.8 – Başın digər də ...; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik = ˃ Digər: Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzui astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir. Əlillik altsistemindən çıxarışda iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin təyinat tarixi - xx.xx.2009-cu il, statusu – imzalanıb, təyinatın növü – təkrar, yoxlanma tarixi – xx.xx.2021, saat 12:48, əlillik dərəcəsi – var, etibarlılıq statusu – etibarlıdır göstərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Bu səbəbdən də, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı xx.xx.2009-cu il tarixdən 3-cü qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinəbarədə iddia tələbinə dair 2-1(112)-9589/2022 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar