Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9596/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının qəyyumu X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail Rayon Məhkəməsinin 2(009)-659/2017 nömrəli, xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə, Bakı şəhəri, Mərdənov qardaşları küçəsi, ev 15, mənzil 50-də qedyiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və İddiaçı üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 107 nömrəli, 1.08.2017-ci il tarixli Sərəncamı ilə, fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı üzərinə keçmiş həyat yoldaşı X5 qəyyum təyin edilmişdir. Qəyyum təyin olunmuş X3 fəaliyyətinə nəzarət Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. İddiaçı əlillik vəziyyəti 1 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbibi ilə, Diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ. Yanaşı xəstəliklər C67.S Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi. Sidik kisəsinin törəməsi. Yanaşı xəstəliklər H25.0 Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Yanaşı xəstəliklər N28.1 Qazanılmış böyrək kistası, Sol böyrəyin bəsit kistaları qeyd olunmaqla ikinci dərəcəli əlillik müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçı əyani müayinəyə dəvət edilmişdir. Cavabdehin Tibbi-sosial ekspert komissiyasının 7 fevral 2025-ci il tarixli, 3-17-4/3-3- 2045/2025 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXG nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ. Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi, Sidik kisəsinin törəməsi. Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Hipermetropiya, Hipermetropiya. Qazanılmış böyrək kistası. Sol böyrəyin bəsit kistaları.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-S- 443/2025 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, xx.xx.2025-ci il tarixində tibbi sənədlərini təqdim etmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri gərginlikdən, əsəbilikdən, yuxusunun pozulmasından, yaddaşın enməsindən olmuş, anamnestik olaraq özünü gənc yaşlarından xəstə hesab etdiyini, mütəmadi olaraq ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Klinik Psiiatriya Xəstəxanasının xx.xx.2015xx.xx.2015-ci il tarixli epikrizinə əsasən diaqnoz "Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, intellektin qabarıq enməsi ilə” şəklində göstərilmiş, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 86 nömrəli tibbi rəyinə əsasən diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi qeyd edilmişdir ki, orada da "Üzvi faktoru” təsdiq edən instrumental müayinə nəticələri (MRT, KT) göstərilməmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən vətəndaş əyani müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, özünü anlaqsız aparmağa çalışmış, müayinə prosesində tərəfinə ünvanlanmış sualları anlamamış kimi davransa da, həyat yoldaşı vasitəsilə suallara cavab vermiş, (həyat yoldaşı konfliktə meyilli olaraq komissiya üzvlərinə qarşı aqressiya nümayiş etdirmişdir.), klinikaya uyğun olmayan əlamətlər sərgiləmiş, xəstəliyin gedişatı, əlamətləri və aparılmış stasionar müayinə müalicə müddəti barəsində dolğun məlumat verə bilməmiş, əlillik təyinatına əsas verən heç bir psixopatoloji pozuntu müşahidə edilməmişdir. Göndərişdə qeyd edilmiş digər diaqnozlar barəsində nə vətəndaş tərəfindən nə də yoldaşı tərəfindən şikayət bildirilməmiş, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarının ləğv edilməsi və İddiaçı müddətsiz əlilliyi bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) Tələb onunla əsaslandırılmışdır ki, qəyyumu olduğu İddiaçı fəaliyyət qabiliyyəti olmayan 2 qrup əlildir. 25-30 il əvvəl baş-beyin travması almışdı və nəticəsində sonradan psixi əlamətlər qeyd olunmuşdur. 2011ci ildə RƏXDdə qeydiyyatda olub və baş-beyin xəstəliyi nəticəsində psixi pozuntular diaqnozu qoyulmuşdur. Həmin il 1 saylı şəhər poliklinikası Fuadı 3 saylı TSEKa göndərilmişdi.2011-ci ilin dekabr ayında İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasın - da müayinə olunmuş və ümumi xəstəliyi ( mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi) ilə ona İİ dərəcə əlillik verilmişdir. 2012-ci il,2013-cu il,2014-ci ii,2015-ci il Tibbi Sosial Ekspert Komissiyasında İddiaçı vaxtı- vaxtında müayinə olunmuş və eyni diaqnozla ona İİ dərəcə əlillik verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 152 saylı rəyi ilə İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilmişdir. Həmin rəy əsasında Səbail Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 659 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. 2020-i ilin əvvəlləridə qızı X8 qizinin ərizəsi əsasında Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi İddiaçı müayinə edərək xx.xx.2020-ci il tarixli 1445 saylı rəy ilə evvəlki diaqnozu təstiq edərək Fuadı fəaliyyət qabiliyyəti olmayan hesab edib. 2020-ci il dekabr ayında növbəti müayinə qiyabi keçirilərkən İddiaçı əlilliyi dayandırılmışdır. O Bakı İnzibatı Məhkəməsinə müraciət edərək 2020-ci ilin dekabr ayından etibarən İddiaçıı 2-ci qrup hesab edilməsi və əlillik müavinətinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş. Məhkəmə onun iddiasını təmin edərək İddiaçı əyanı tibbi-sosial ekspertiza müayinəsindən keçirilməsi barədə qərardad qəbul etdi.2022-ci ilin yanvar ayında İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (ünvan Baki şəhəri Binəqədi rayonu,Mirmahmud Kazimovski küc.134) əyani müayinədən keçdi və 2020-ci ilin dekabr ayindan ona müddətsiz İİ qrup əlil təyin edilmişdir. Qeyd etmək istəyir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçıı əlavə müayinə olunması ücün Psixi Sağlamlıq Mərkəzinə göndərdi. Psixi Sağlamlıq Mərkəzinin Həkim Psixiatr Komissiyası İddiaçıı müayinə edib və Üzvi mənşəli şəxsiyyət pozuntusu F 07.0 diaqnozu qoymuşdu. Həmin mərkəzin xx.xx.2022 tarixli 86 saylı məktubunu iddia ərizəsinə əlavə edir. 2025-ci il yanvar ayında o cavabdeh tərəfindən Fuada ünvanlanmış bildirişi almış. Həmin bildirişlə Fuad əyani müaynəyə dəvət olunurdu, xx.xx.2025-ci il tarixdə o əziyətlə xəstəni müayinəyə gətirmiş . Dəfələrlə professor,elmlər namizədləri,dosentlərin müayinəsini dünən Universiteti bitirmiş uşaq ləğv edir... Əlil ve ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə edilib. Səbəb:Diaqnoz əllilik əlaməti təyin etməməsi. Ətrafllı Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir 2022-ci iidə eyni diaqnozla eyni xəstənin eyni təşkilatda əyani müayinəsi və 2025-ci ilin müayinəsi arasında olan ziddiyyəti nəcə başa düşmək olar. Onuda qeyd etmək istəyirəm ki,Agentliyin məktubunda Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli gərarı ilə təstiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasi"-nın3.7-ci bəndi istinad edir. İddiaçı müddədsiz İİ grup əlilliyi həmin Qaydanın təstiqindən 2 il sonra, yəni 2022-ci ilin yanvar ayında, əyani müayinəni keçəndən sonra təyin edilmişdir. Nəzərinizə çatdırmaq isteyir ki, o İddiaçı əlilliyinin ləğv edilməsi barədə yalnız 16 apreldə poçt vasitəsi ilə ona məktub catdırılandan sonra bilmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı dair Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXG nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ. Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi, Sidik kisəsinin törəməsi. Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Hipermetropiya, Hipermetropiya. Qazanılmış böyrək kistası. Sol böyrəyin bəsit kistaları.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-S-443/2025 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, xx.xx.2025-ci il tarixində tibbi sənədlərini təqdim etmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri gərginlikdən, əsəbilikdən, yuxusunun pozulmasından, yaddaşın enməsindən olmuş, anamnestik olaraq özünü gənc yaşlarından xəstə hesab etdiyini, mütəmadi olaraq ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Klinik Psiiatriya Xəstəxanasının xx.xx.2015-xx.xx.2015-ci il tarixli epikrizinə əsasən diaqnoz “Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, intellektin qabarıq enməsi ilə” şəklində göstərilmiş, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 86 nömrəli tibbi rəyinə əsasən diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi qeyd edilmişdir ki, orada da “Üzvi faktoru” təsdiq edən instrumental müayinə nəticələri (MRT, KT) göstərilməmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən vətəndaş əyani müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, özünü anlaqsız aparmağa çalışmış, müayinə prosesində tərəfinə ünvanlanmış sualları anlamamış kimi davransa da, həyat yoldaşı vasitəsilə suallara cavab vermiş, (həyat yoldaşı konfliktə meyilli olaraq komissiya üzvlərinə qarşı aqressiya nümayiş etdirmişdir.), klinikaya uyğun olmayan əlamətlər sərgiləmiş, xəstəliyin gedişatı, əlamətləri və aparılmış stasionar müayinə müalicə müddəti barəsində dolğun məlumat verə bilməmiş, əlillik təyinatına əsas verən heç bir psixopatoloji pozuntu müşahidə edilməmişdir. Göndərişdə qeyd edilmiş digər diaqnozlar barəsində nə vətəndaş tərəfindən nə də yoldaşı tərəfindən şikayət bildirilməmiş, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının qəyyumu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xaiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş müddətsiz əlilliyin ləğvi ilə nəticələndiyindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Çünki həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7 Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı fəlaiyyət qabilliyyəti olmayan şəxsdir. Həmçinin iddiaçıya xx.xx.2020-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı əyani müayinəyə dəvət edilmiş və 7.02.2025-ci il tarixli qərarla iddiaçının barəsində diqanoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı bu qərarla razılaşmır və həmin qərarın ləvğ edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(112)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır, təkrar baxışda bununla bağlı halların aydınlaşdırılması təmin olunmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokolunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin keçirildiyi təsbit olunmuşdur. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verməlidir”. Hazırkı işdə məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında məhz iddiaçıya dair əsaslı şübhənin mövcud olmadığını bildirmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh qurum iddiaçıya dair “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilən iddiaçının əlilliyiin düzgünlüyünü şübhə altına alan əsaslı sübut olmadığı halda, iddiaçınn əsassız olaraq əyani müayinəyə cəlb etmiş, nəticədə iddiaçıya xx.xx.2020-ci il tarixdən təyin edilmiş əlilliyi yenidən yoxlayaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Bundan başqa cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının fəaliyyət qabiliyyətsiz olmasını, həmçinin iddiaçı barəsində keçirilmiş ekspertiza rəylərini və tibbi sənədləri nəzərə almamışdır. Belə ki, iş matereallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-659/2017 nömrəli, xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri, Mərdənov qardaşları küçəsi, ev 15, mənzil 50-də qedyiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və İddiaçı üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 107 nömrəli, 1.08.2017-ci il tarixli Sərəncamı ilə, Fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı üzərinə keçmiş həyat yoldaşı X5 qəyyum təyin edilmişdir. Qəyyum təyin olunmuş X3 fəaliyyətinə nəzarət Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli, 152 saylı rəyinə əsasən, İddiaçı ÜZVİ (TRAVMATİK MƏNŞƏLİ) ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ, YADDAŞİN ENMƏSİ İLƏ formasında psixi pozuntu müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırkı müayinənin nəticələri (anamnezində yüksəklikdən yıxılaraq başından zədə alması, sonradan təkrarən başından iki dəfə zədə alması, aldığı kəllə-beyin travmalarından sonradan psixi pozuntuların meydana gəlməsi, son yeddi ildə tədricən psixi pozuntuların dərinləşməsi, gecələri yatmaması, yaddaşın pozulması, 2011-ci ildən Bakı şəhər ruhi-əsəb xəstəlikləri dispanserində "MSS-nın üzvi zədələnməsinin (anamnezində üç kəllə beyin travması) qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri, yaddaşın enməsi ilə” diaqnozu ilə qeydiyyatda olması, orada mütəmadi olaraq müalicə olunmasına baxmayaraq psixi vəziyyətində yaxşılaşmanın müşahidə olunmaması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hazırkı müayinə zamanı zahirən əzgin olması, təqdim etdiyi şikayətlər (başında keylik, ağrı olması, hərdən baş gicələnməsi, yuxusuzluq) yaddaşının və intellektinin enməsi, mülahizələrin səthiliyi, təfəkkürün konkretliyi, ləngliyi, əhvaliruhiyyəsinin aşağı olması, əsəbiliyi, tənqidi funksiyaların pozulması və s.) məlumatlar təstiq edirlər. Bunları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Həmçinin iş matereallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 1445 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, İddiaçı ÜZVİ (MƏRKƏZİ SİNİR SİSTEMİNİN TRAVMATİK ZƏDƏLƏNMƏSİ NƏTİCƏSİNDƏ ŞƏXSİYYƏT POZUNTUSU, DEKOMPENSASİYA MƏRHƏLƏSİ qeyd olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinə zamanı aşkar olunan əlamətlər və sair sübut edir. Yekun hissəsi. Mülki işi materiallarım və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: İddiaçı halhazırda Üzvi (mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi qeyd olunur. Bu xəstəlik nəticəsində İddiaçı öz həkətlərinin mənasım dərk etmək və onu idarə etmək iqtidarında deyil, buna görə də İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. İddiaçı mövcud olan üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsi onun aldığı baş-beyin travması nəticəsində yaranmışdır. Belə ki, mülki işdə olan tibbi sənədlərə əsasən onda üzvi şəxsiyyət pozuntusu 2011-ci ildən həkim- psixiatrın nəzarətinə götürülmüşdür. Eyni zamanda həmin ttibi sənədlərdə İddiaçı anamnezində 3 dəfə kəllə-beyin travması aldığı qeyd olunmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, Mülki işdə olan AR SN “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birtiyi'nin 103/2020 nömrəli rəyin nəticə hissəsindən göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixdə rentgenoloj müayinə zamanı çəkilmiş kəllənin yan rentgenoloji görüntüsündə pataloji kölgəliliyinin xüsusiyyətlərinə görə bu dəyişikliyin yaranma müddəti 25-30 ildən yuxarıdır və 1985-1990-ci illərdə də təsadüf etməsi inkar olunmur. Yuxanda sadalananlardan belə nəticəyə gəlinir ki, İddiaçı mövcud olan üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsi onun 1985-1990-ci illərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən aldığı travma nəticəsində yarana (və ya kəskinləşə) bilərdi qeyd edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdə təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9596/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9596/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver