Məhkəmə qərarları › İş №2-1(112)-960/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-960/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-960/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxx N74-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən N92-ci ilin sentyabr ayında hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin N saylı, N sentyabr N92-ci il tarixli Əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinə daxil olmuş və N42 saylı, N iyul N93-cü il tarixli Əmri ilə N saylı hərbi hissənin şəxsi heyətindən xaric edilmiş, bundan sonra N saylı hərbi hissənin N saylı, N iyul N93-cü il tarixli Əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinə daxil olmuş və 09 saylı, NN yanvar N96-cı il tarixli Əmri ilə N saylı hərbi hissənin şəxsi heyətindən xaric edilmiş, daha sonra N saylı hərbi hissənin N3 saylı, N7 yanvar N96-cı il tarixli Əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinə daxil olmuş və 200 saylı, 06 noyabr N96-cı il tarixli Əmri ilə hərbi xidməti başa vurmağı ilə əlaqədar N saylı hərbi hissənin şəxsi heyətindən xaric edilmişdir. Hərbi hissələrdə xidmət edərkən atıcı sıravi əsgər kimi birinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsi tərəfindən verilmiş Arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin NN nömrəli əmrində hərbi hissəyə qəbul edilməsi və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində isə hərbi hissədən azad edilməsi faktı təsdiqini tapmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdən görünür ki, iddiaçı müvafiq tələblə məhkəməyə qədər, xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini cavablandırmayaraq hərəkətsizlik göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia iddianın mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 2-ci hissəsinə əsasən bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən iddiaçının bu iki şərti ödəməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, “959 (954) №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “xx.xx.N92-xx.xx.N97", səh-44, sıra-N) N92-ci il tarixdə Nərimanov RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin 07.09. N92-ci il tarixli NN № li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və komandirin xx.xx.N93-cü il tarixli N42 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin qərargah rəisinin sərəncamına əsasən, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, Bakı şəhəri Nərimanov RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü X3 N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N80 №-li əmrilə (əsas: §-N, səh-N09, sıra-2, əmrdə soyadı “Sultanov” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N93-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N85 №-li əmrində (əsas: §-N.C, səh-NN5, əmrdə soyadı “Sultanov” yazılmışdır, adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) texniki batareyanın hərbi qulluqçusu, sıravi «А.А.Султанов»ип xx.xx.N93-cü il tarixdən Ağdam rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 327 №-li əmrində (əsas: §-2, səh-42/2N6, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür, əmrdə hansı divizionun hərbi qulluqçusu olması qeyd olunmamışdır) Ağdam döyüş əməliyyatları bölgəsində yerləşdiklərinə görə, N №-li hərbi hissənin qazan təminatından çıxarılaraq N №-li hərbi hissənin qazan təminatına qoyulan, hərbi qulluqçuların siyahısında, sıravi «А.А.Солтанов»ип adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N78 №-li əmrində (əsas: §-2, səh-N29, əmrdə soyadı “Sultanov” yazılmışdır, adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) N-ci ZRD-ın hospitalda olan əsgəri, sıravi A.Ə.Sultanovun xx.xx.N94-cü il tarixdə Ağdam döyüş bölgəsinə gəlmiş hesab olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 09 №-li əmrində (əsas: §-N, səh-8, sıra-9, əmrdə vəzifəsi göstərilməmişdir) HHQ VƏ HHMQ Qərargah rəisinin xx.xx.N96-cı il tarixli müvafiq sərəncamına əsasən, xx.xx.N96-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək lazımi sənədlərlə təchiz olunmuş və həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən əsgərlərin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli N3 №-li əmrində (əsas: §-5, səh-6, sıra-9, əmrdə vəzifəsi yazılmamışdır) Baş Qərargah rəisinin xx.xx.N96-cı il tarixli 3/4-NNN əmrinə əsasən, N №-li hərbi hissədən gəlmiş, bütün növ təminatlardan istifadə hüququ verilmiş və X4 Batareyasına təyin edilmiş əsgərlərin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli N4 №-li əmrinə əsasən ZRAB-ın hərbi qulluqçusu, sıravi X3 hərbi xidmətdən ehtiyata tərxis clunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 200 №-li əmrlə (əsas: §-N4, səh-26, sıra-3, əmrdə soyadı “Sultanov” yadılmışdır, vəzifəsi göstərilməmişdir) bütün növ təminatlardan azad edilərək Nərimanov RHK-na göndərilmişdir.” İş materiallarına əlavə edilmiş: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N80 nömrəli əmrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü X3 xx.xx.N93-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmışdır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N85 nömrəli əmrindən çıxarışdan görünür ki, texniki batareyanın hərbi qulluqçusu, sıravi A.A.Sultanov xx.xx.N93cü il tarixdən Ağdam rayonuna ezamiyyətə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 327 nömrəli əmrindən çıxarışdan görünür ki, Ağdam döyüş əməliyyatları bölgəsində olan A.A.Sultanov N №-li hərbi hissənin qazan təminatından çıxarılaraq N №-li hərbi hissənin qazan təminatına qoyulmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N78 nömrəli əmrindən çıxarışdan görünür ki, N-ci ZRDn-un qospitalda olan əsgər sıravi Sultanov A.Ə. NN iyul N94-cü ildən Ağdam döyüş bölgəsinə gəlmiş hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli, 09 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı HHQ və HHMQ Qərargah rəisinin N7/2-3NN, N7/2-N2 saylı N0.0N.96-cı il sərəncamına əsasən NN yanvar N96-cı ildən şəxsi heyətin siyahısından çıxarılmış, bütün növ təchizatdan azad edilmiş, həqiqi hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N96-cı il tarixli, N3 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı N №-li h/h-dən gəldiyi qeyd edilmiş, bütün nöm təminatlardan istifadə etmək hüququ verilmiş və X4 Batareyasına təyin edilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N96-cı il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N4 saylı 30 sentyabr N96-cı il tarixli əmrinə əsasən İddiaçı hərbi xidmətdən ehtiyata tərxis olunmuş və müvafiq RHK-na göndərilmişdir. Həmçinin iş materiallarında olan Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli N56 saylı arxiv arayışından görünür ki, “vətəndaş İddiaçı xx.xx.N94cü il tarixdə, xx.xx.N94-cü il tarixdə və xx.xx.N94-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: N. Sol körpüçük sümüyünün qapalı sınığından sonra, düzgün bitişməmiş sınığı. (xx.xx.N94, MN MHP-ka). Müdafiə nazirinin N87-ci il 260 №-li əmrin 39 q maddəsinin, İ bəndinə əsasən 30 (otuz) gün məzuniyyətə ehtiyacı olub. Travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.

2. Qapalı travma nəticəsində, sol körpüçük sümüyün bitişmiş sınığı. Kəskin sol tərəfli hoymorit, burun çəpər əyriliyi (xx.xx.N94, MN MHP-ka). Müdafiə nazirinin N87-ci il 260 №-li əmrin 76 maddəsinin, İ bəndinə əsasən 20 (iyirmi) gün azad olunmasına ehtiyacı olub. Travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.

3. Sol körpüçükaltı sümüyün qapalı travma nəticəsində, bitişmiş sınığı. (xx.xx.N94, MN MHP-ka). Hərbi xidmətə yararlıdır. Travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.” Göründüyü kimi, işin sadalanan halları ilə iddiaçının N92-N94-cü illərdə 952, N saylı hərbi hissələrin tərkibində Ağdam döyüş əməliyyatları bölgəsində xidmət etməsi, bu zaman yaralanması və aldığı xəsarətin səlahiyyətli orqan tərəfindən xx.xx.N94-cü il, xx.xx.N94-cü il və xx.xx.N94-cü il tarixlərdə “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi, həmçinin iddiaçının N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N96-cı il tarixli, N nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilməsi tam təsdiq edilir. Belə olan halda aydındır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adının verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N6N nömrəli arayışına əsasən döyüş əməliyyatları aparıldığı dövrdə N nömrəli hərbi hissənin tərkibində iddiaçının xidmətinə dair məlumatlar mövcud olsa da, N nömrəli hərbi hissənin 3-cü ZRB-nın tərkibində xidmətə dair məlumatlar aşkar edilməmişdir. Doğrudur, iş materialları ilə iddiaçının N nömrəli hərbi hissənin 3-cü ZRB-nın tərkibində xidmətinə dair məlumat olmasa da, onun Ağdam rayonunda, həmçinin N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, həmin vaxt aldığı xəsarətlərin “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi müvafiq əmrlər və digər sənədlərlə öz təsdiqini tapmış, cavabdeh bu halların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan hallarına əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı bütün şərtlər ödənildiyindən, yekunda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 68, 69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar