Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9602/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin təyinat tarixinin dəyişdirilməsi və yaranmış fərqin ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən iddiaçıya pensiya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən sosial müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya almaq hüququ xx.xx.2022-ci ilin tarixində yarandığından cavabdehə müraciət edərək əmək pensiyasının təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçıya imtina məktubu ilə təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhər X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi fəaliyyəti olduğundan yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün təyin edildiyi bildirilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək, iddiaçıya sosial müavinət 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Vergilər Nazirliyindən təqdim etdiyi məktuba görə keçən illər ərzində iddiaçının heç bir fəaliyyəti olmamışdır. Onu da qeyd etmək istəyir ki, iddiaçının oğlu zabitdir və İİ Vətən müharibəsi iştirakçısıdır, cəbhə bölgəsində Vətənə xidmət edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, həmin tərəfdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Təqdim edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN- **********) fəaliyyəti olduğundan iddiaçıya yaşa görə müavinət xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilib. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq iddia təmin edilməməlidir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilib. “Sosial müavinətlər haqqında" Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildirilmişdir ki, aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN-**********) fəaliyyəti olduğundan yaşa görə müavinət xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün təyin edilmişdir. Qeyd olunanlara əsasən müraciətində qeyd etdiyi dövrlər üzrə yaşa görə müavinətin təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********369000 saylı uçota dair arayışından görünür ki, iddiaçının sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyətini dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********643300 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdə bərpa olunması, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********524700 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəycisi kimi xx.xx.2009-cu il tarixdən uçota alınması, fəaliyyətinin xx.xx.2010-cıı il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Eyni zamanda xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə və xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “Rüfət” sərbəst kiçik müəssisəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır”. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1973-cü il tarixli və xx.xx.1982-ci il tarixli HT-İ №0054696 saylı əmək kitabçalarına, hərbi biletinin, diplomunun və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil müddəti, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 11 ay 27 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1982-ci il tarixli MT-İ №0054696 saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrlərin araşdırılması zərurəti yaranmışdır. X4 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “Rüfət” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta altsisteminə əsasən sizin vergi ödəyicisi kimi qeydiyyatı dondurulsa da statusun dəyişmə tarixi qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi uçotunun ləğv edilməsi və ya dondurulması haqqında rəsmi arayış təqdim etdikdən sonra yaşa görə müavinət hüququna yenidən baxıla bilər”. - İddiaçının cavabdehə ünvanlanmış xxxxxxx220002 nömrəli, xx.xx.2022-ci il tarixli Müraciət Vərəqəsində əmək pensiyası yaşına çatdığı üçün “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. - İddiaçının cavabdehə ünvanlanmış xxxxxxx220010 nömrəli, xx.xx.2022-ci il tarixli Müraciət Vərəqəsində vətəndaşa xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Vətəndaş ödənişinin 65 yaşı tamam olduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən təyin olunması üçün müraciət edir. Müraciəti üçün rəsmi cavab istəyir. - İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, vergi ödəyicisi kimi fəaliyyətinə həmin tarixdən xitam verilməsini xahiş etmişdir. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1957-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xxxxxxx220010 saylı xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, iddiaçı yaşa görə sosial müavinətin xx.xx.2022-ci il tarixdən təyin edilməsi üçün həmin tarixdə cavabdehə müraciət etmişdir. İş materiallarından məlum olur ki, iddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, məsələ ona münasibətdə müsbət həllini tapmamış, ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məzmunu yuxarıda göstərilmiş müddəalara əsasən məhkəmə hesab edir ki, iddiaçının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin və pensiya yaşına çatması hipotezası (şərtləri) ödənsə də, həmin Qanunun 7.0.2-ci maddəsində göstərilən işləməmək hipotezası (şərti) mövcud olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN-**********) fəaliyyəti olmuşdur. İddiaçının sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı sosial müavinətin təyin edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda oldugundan cavabdeh qanuni və əsaslı olaraq ona müavinətin verilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən sosial müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9602/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9602/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver