Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9607/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus doğum haqqında akt qeydində uşaq qrafasında «Vyaçeslav» ata adının «Sənan» ata adına, validyenləri qrafasında ata bəndində «X7» ata haqqında qeydin «X17» kimi dəyişdirilməsinə və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci il təvəllüdlü İddiaçı Sabunçu rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək ata adının dəyişdirilərək X17 yazılması ilə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixli məktubla bildimişdir ki, “Adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına əsasən tərbiyələndirən şəxsə dair sübutedici sənədlər təqdim edə bilmədiyinizə görə müraciətinizin həlli qeydiyyat şöbəsində mümkün deyil”. İddiaçı təkrar müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Halbuki, iddiaçı cavabdeh orqana müraciət edərkən ərizəsində qeyd etmişdir ki, atası haqqında məlumatın dəyişdirilərək dayısı X15 adının qeyd edilməsini istəyir. İddiaçı həmin istəyi atasının uşaq vaxtından onun qarşısında atalıq borcunu yerinə yetirməməklə tərbiyə, təhsili və sosial məsələlər də ümumiyyətlə, iştirak etməməsindən irəli gəlir. İddiaçının bütün bu qayğılarını qarşılayan və iddiaçını tərbiyə edən dayısı X17 olduğundan iddiaçı ata kimi onun adının qeyd edilməsini istəyir. İddiaçının bioloji atası X7 iddiaçının böyüyüb boya-başa çatmağında heç bir əziyyəti olmayıb. Hələ iddiaçı körpə uşaq ikən anası ilə atası arasında bağlanmış nikah Abşeron rayon məhkəməsinin 2-156/2004 saylı, 11 iyun 2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və həmin prosesdə saziş bağlanaraq iddiaçı və bacısı anasının yanında qalmışlar. Onların tərbiyə və təhsil almaqlarında, sosial məsələlərin həllində yaxından iştirak edən iddiaçının doğma dayısı X17 olmuşdur. Bu səbəbdən də iddiaçı öz övladı kimi tərbiyə etmiş şəxsin adının onun ata adı kimi yazılmasını istəyir. Anasının müraciətinə əsasən Abşeron rayon icra hakimiyyəti başçısının 1536 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə iddiaçı ilə bacısının adı və soyadları dəyişdirilmişdir. Həmin sərəncama əsasən iddiaçının soyadı və adı «Preverzyeva Diana»dan dəyişdirilərək «İddiaçı» kimi yazılmışdır. Ata adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyindən iddiaçı ata adının dəyişdirilməsi üçün indi müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh olan inzibati orqan məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №711281 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuş, anası X13, atası X4. Bu barədə doğum haqqında akt qeydlərində xx.xx.2003-ci il tarixli 87 №-li qeyd aparılmışdır. - Abşeron rayon Məhkəməsinin 2-156/2004 saylı, 11 iyun 2004-cü il tarixli qətnaməsindən görünür ki, X9 ilə X7 arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X7 arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikahın pozulması barədə akt qeydi xx.xx.2005-ci il tarixdə edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1536 nömrəli, xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki, 17 dekabr 2001-ci il tarixdə anadan olmuş X2 və adı dəyişdirilərək İddiaçı kimi və xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş X1 və adı dəyişdirilərək İddiaçı kimi yazılmışdır. Abşeron rayon VVADQ şöbəsinə tapşırılmışdır ki, X5 AZ-İ №129667 saylı 12 aprel 2002-ci il tarixli doğum haqqında şəhadətnaməsində və doğum haqqında akt qeydləri kitabında bütün qeydləri saxlamaqla soyadında və adında dəyişiklik edərək İddiaçı yeni doğum haqqında şəhadətnamə və X3 AZ-İ №339561 saylı 25 fevral 2003-cü il tarixli doğum haqqında şəhadətnaməsində və doğum haqqında akt qeydləri kitabında bütün qeydləri saxlamaqla soyadında və adında dəyişiklik edərək İddiaçı yeni doğum haqqında şəhadətnamə verilməsini təmin etsin. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-1258 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Ata adının dəyişdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Bildiririk ki, X11 tərəfindən böyüdülüb tərbiyələndirilməniz faktına dair sübutedici sənədlər təqdim edə bilmədiyinizə və bu tərbiyələndirilmə faktı tərəfimizdən müəyyən edilə bilmədiyinə görə ata adınızın dəyişdirilməsi mümkün deyildir. X18 tərəfindən böyüdüb tərbiyələndirilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində uşaq qrafasında “Vyaçeslav" ata adının “Sənan” ata adına, valideynləri qrafasında ata bəndində “X6” ata haqqında qeydin “X18" kimi dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz.” - Cavabdehin xx.xx.2022-ci il tarixli xx/xx-1693 saylı məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən ərizənin icrasının təmin edilməsindən imtina edilmişdir. - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi yazılmışdır. - X16 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, bacısı qızı olan İddiaçı doğum akt qeydlərində ata adı kimi onun adının yazılmasına razı olduğunu bildirmişdir. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2002-ci il tarixdə atası X7, X13 olmaqla doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydlərində qeyd aparılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1536 nömrəli, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə bacısı 17 dekabr 2001-ci il tarixdə anadan olmuş X2 və adı dəyişdirilərək İddiaçı kimi və xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş X1 və adı dəyişdirilərək İddiaçı kimi yazılmışdır. Bundan başqa, iddiaçı öz izahatında X7 tərəfindən iddiaçıya münasibətdə atalıq vəzifələrini yerinə yetirmədiyini bildirmişdir. Onu dayısı X16 böyütdüyünü bildirmiş, onu atası kimi qəbul etdiyini və buna görə də doğum akt qeydlərində də ata kimi onun adının qeyd edilməsinin istədiyini bildirmişdir. X18 da notarial qaydada təsdiq edilmiş ərizəsində bacısı qızı iddiaçının doğum akt qeydlərində ata adı kimi onun adının yazılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddiaçının valideynləri arasında bağlanmış nikahın pozuldugu, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1536 nömrəli, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə iddiaçının atasından olan soyadının dəyişdirildiyi, iddiaçının öz izahatında bioloji atası olmuş X7 tərəfindən ona münasibətdə atalıq vəzifələrini yerinə yetirmədiyi, dayısı X18 tərəfindən böyüdüldüyü, onu atası kimi qəbul etdiyi və buna görə də doğum akt qeydlərində də ata adı və soyadı kimi onun göstərilməsi barədə, həmçinin iddiaçının və dayısı X16 iradə ifadələri cavabdeh tərəfindən işin əhəmiyyətli halları kimi nəzərə alınmalı idi. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus doğum haqqında akt qeydində uşaq qrafasında «Vyaçeslav» ata adının «Sənan» ata adına, validyenləri qrafasında ata bəndində «X7» ata haqqında qeydin «X17» kimi dəyişdirilməsinə və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydində uşaq qrafasında «Vyaçeslav» ata adının «Sənan» ata adına, valideynləri qrafasında ata bəndində «X7» ata haqqında qeydin «X17» kimi dəyişdirilməsinə və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9607/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9607/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver