Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-961/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştiakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənov tərəfindən vicdanla və məsuliyyətlə işlədiyinə, 2 dəfə erməni dili kurslarına cəlb olunduğuna, sertifikatı olduğuna görə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra xidmətini Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrin birində davam etdirmişdir. 2020-ci ilin avqust ayında onunla imzalanmış bağlaşmanın müddəti (1 il 6 ay) bitmiş və onun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən raportu əsasında kadr zabit heyətinə daxil edilməsi barədə Şəxsi Heyət Baş İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Şəxsi Heyət Baş İdarəsindən xidmətinin davam etdirilməsinə müsbət rəy bildirilmişdir. 3 ilə yaxın müddətdir ki, həmin hərbi hissədə xidmət etməsinə və növbəti hərbi rütbəsinin də, verilməsinin vaxtı gəlməsinə baxmayaraq “müqavilə müddətinin bitməsi" əsası ilə Azərbaycan Respublikası Müdafiə Nnazirinin 07 yanvar 2022-ci il tarixdə 019 nömrəli əmri ilə tərxis olunmuşdur. Belə ki, orduda xidmət edən xanım zabitlər zabit kimi müddətli (1 il 6 ay) dövrü xidmət etdikdən sonra onların Orduda xidmətini davam etdirməsi məsələsi təqdimata uyğun olaraq və Silahlı Qüvvələrin komandanlığının dərkənanna əsasən könüllülük prinsipi ilə davam etdirilir və Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən kiçik zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 48 yaş həddinədək xidmət edirlər. Həmçinin Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslara xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər öz arzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə halları daxildir. Göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmadan məcburən tərxis olunma halı və müddətli hərbi xidmətini uğurla başa vurmuş, eləcə də daimi hərbi xidmətə qəbul olunmuş zabitin müqavilə müddətinin bitməsi əsası ilə tərxis olunma qanunvericilikdə nəzərdə tutulmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı öz ərizəsində Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının hesablanması barədə Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı X3 2017-ci il tarixdən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı N.B.Haqverdiyevə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməyinə baxmayaraq, təqdim olunmaqdan imtina etmiş, bununla bağlı akt tərtib olunaraq yuxarı komandanlığa məruzə edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən iddiaçı X3 ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”da imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçının adına xx.xx.2009-cu il tarixdə açılmış ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikaı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin “Təbii inhisarların və dövlət inhisarında olan xidmətlərin tənzimlənməsi” şöbəsinin “kommunal və dövlət inhisarında olan xidmətlər” sektorunun böyük mütəxəssis-inspektoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2010cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 113 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, Təbii inhisarların və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsinə böyük mütəxəssis inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28.041.2016-cı il tarixli 888 nömrəli Fərmanını və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsini rəhbər tutaraq struktur dəyişikliyi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ASİHMDX-nin Maliyyə və Təminat Şöbəsinin böyük mütəxəssis-inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissədə referent dövlət qulluğu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci İdarəsində məsləhətçi dövlət qulluğu vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə “Region” X1 aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə həqiqi hərbi xidmətə qəbul olunduğuna görə əmək müqaviləsinə xitam verilmişdir.
8. iddiaçı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə görə 19 may 2020-ci il və 25 iyun 2021-ci il tarixlərdə “Region” X2 rəisi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
9. iddiaçı “erməni dili üzrə səviyyə imtahanı”nı keçdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən sertifikatlar əldə etmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfinədn 06 iyul 2022-ci il tarixli 0165 nömrəli məktubla təqdim edilmiş İddiaçı şəxsi işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş şəxsi işə əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ilkin “Leytenant” hərbi rütbəsi verilməklə Azərbaycan Ordusunda bağlaşma əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmişdir. “Region” X2 47 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Region” X2 3-cü bölməsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, “Region” X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmiş, N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixdə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə leytenant İddiaçı, “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Region” X4 rəisinin 44 nömrəli 25 fevral 2022-ci il tarixli əmrinə əsasən leytenant İddiaçı, “Region” X2 3-cü şöbəsinin bölməsinin aparıcı mütəxəssisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) maddəsinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 25 fevral 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Binəqədi rayon İdaəsinə göndərilmişdir. Leytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2018-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2022-ci il üçün nəzərdə tutulmuş bidəfəlik pul mükafatını tam həcmdə 2022-ci ilin fevral ayı üçün almağa layiq hesab edilmiş, 2022-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, 2022-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmiş, leytenant İddiaçı, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmiş, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 11/3123 nömrəli məktubla İddiaçı ehtiyata buraxılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri ilə iddiaçı arasında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətləşmə aparılaraq, ona ehtiyata buraxılmasının səbəbləri izah edilmiş və buna münasibəti soruşulmuşdur. İddiaçı bildirmişdir ki, ehtiyata buraxılmasına etiraz etmiş, Azərbaycan Ordusunda qalıb xidmətini bu və ya müvafiq digər hərbi hissədə davam etdirmək istədiyini, zabit kimi müvəqqəti hərbi xidmətini (1 il 6 ay) 2020-ci ilin avqust ayında başa vurduğunu, həmin dövrdən zabit kimi qalıb xidmətini davam etdirməyə icazə verildiyini, ümumi xidmət dövründə nümunəvi xidmət etdiyini, dəfələrlə fəxri fərman və təşəkkürnamə aldığını, tabe olduğu rəis və komandirlərin tapşırıqlarını vicdanla icra etdiyini, hazırda ərinin işsiz olduğunu, eləcə də, himayəsində 2 azyaşlı övladının olduğunu və kirayədə qaldığını nəzərə alaraq xidmətini davam etdirmək arzusunda olduğunu, qəflətən, xəbərdarlıq edilmədən təxris edilməsi ilə bağlı təxris qərarı ilə razı olmadığını bildirmişdir. Hərbi qulluqçu kimi xahişi, ailə vəziyyətini və işə olan sevgisini nəzərə alaraq onun işdə qalıb bu və ya digər hərbi hissədə (Bakı qarnizonu) xidmətinin davam etdirilməsinə köməklik göstərilməsi, erməni dili mütəxəssisi kimi 2 kurs keçməsi, stanaq sertifikatının olması, ailə vəziyyətinin nəzərə alınması olmuşdur. Əlavə olaraq qəflətən xidmətdən uzaqlaşdırılmasının onda suallar doğurmasına və bunun qərəzli olduğunun şəxsinə yönəlmiş olduğuna onda şübhələr olduğunu, bütün qadın hərbi qulluqçuların onun durumunda olmasını, yəni kadr zabit heyətinə daxil olmadan xidmətlərinə davam etdirilməsinə icazə verilməsini bildirmişdir. Bununla bağlı söhbətləşmə vərəqəsi tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə xidmət müddətinin başa çatmasına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə təqdimat qaldırılmışdır. N nömrəli hərbi hissənin komissiyasının üzvləri tərəfindən tərtib və təsdiq edilmiş 10 nömrəli 13 dekabr 2021-ci il tarixli akta əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
19. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmış, “Region” X4 rəisinin 44 nömrəli 25 fevral 2022-ci il tarixli əmri ilə iddiaçının 25 fevral 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Binəqədi rayon İdarəsinə göndərilmişdir. Sözügedən əmrlərlə bağlı iddiaçının əmək kitabçasında hər hansı bir qeyd aparılmamış, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin əmrlərlə iddiaçının hansı vaxtdan tanış olması barədə sübut təqdim edilməmişdir.
20. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Məhkəmə ilk öncə aşağıdakı qanunvericiliyin normalarına istinad etməyi zəruri hesab edir.
23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin “z” bəndinə əsasən zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara leytenant hərbi rütbəsi verilir.
33. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. Həmin Qanunun 36-cı maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər. Sözügedən maddəyə qeyd hissəsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 27 oktyabr 2020-ci il tarixli 191-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Həmin Qanunun 38.1.5-ci maddəsinə əsasən zabitlər üçün həqiqi hərbi xidmətin müddəti aşağıdakı kimidir: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).
34. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci madəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ilkin “leytenant” hərbi rütbəsi verilməklə Azərbaycan Ordusuna bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmişdir. “Region” X4 rəisinin 47 nömrəli 28 fevral 2019-cu il tarixli əmrinə əsasən “Region” X2 3-cü şöbəsinin bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. “Region” X2 rəisinin xx.xx.2020-ci il tarixli təqdimatına əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu madəsinə əsasən Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün barəsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının “Həqiqi hərbi xidmətini davam etdirməsi barədə” qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən iddiaçının “Tutduğu vəzifəyə uyğundur, başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması” üçün vəsatət qaldırılmışdır. İş materiallarında həmin vəsatətin nəticəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən iddiaçının “Xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə” yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) zabit, leytanant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
35. Halbuki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit kimi həqiqi hərbi xidmətdə olduğundan, həmin Qanunun 36-cı maddəsinin Qeyd hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirilməli idi. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin normaları pozularaq iddiaçı xidmət müddəti başa çatması əsası ilə qanunsuz və əsassız olaraq xidmətdən azad edilmişdir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
37. Lakin, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilə bilməmişdir.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
39. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
40. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
41. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
43. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva