Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9614/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X4) qarşı “mənzilə dair ayrıca plan cizginin (texniki pasportun) verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88.5 kv.metr olan 4 otaqlı mənzilin 1 otaq - y/s 10.9 kv.metrdən ibarət mənzilinə ayrıca plan cizginin (texniki pasport) tərtib edilməklə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 01 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin 1 otaq - y/s 10.09 kvadrat metrdən ibarət olan hissəsini almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında 13 iyul 2021-ci il tarixli çıxarışa əsasən həmin otaq onun mülkiyyətinə verilmişdir. Qeyd edilən mənzilə onun adına mülkiyyət hüququnu təsdiq edən ayrıca çıxarış verilməsinə baxmayaraq həmin otağa dair adına ayrıca bölgü sxemi (texniki pasport) tərtib edilib verilməmişdir. Halbuki, paylı mülkiyyətdə olan bu mənzilin hər iki mülkiyyətçisinin ayrıca giriş qapıları və ayrıca qaz və su sayğacları vardır. Buna görə də adına ayrıca işıq sayğacının quraşdırılması üçün mülkiyyətinə verilmiş otağa dair ayrıca bölgü sxemi (texniki pasport) tərtib edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********62 saylı iddiaya etirazda iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzilin arxiv texniki pasportuna əsasən bir girişçıxışı olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzildə rekonstruksiya işləri aparılmışdır. Belə ki, mənzil daxilində arakəsmə divarlar inşa edilmiş, balkon sahəsi otaqlara birləşdirilmiş, əlavə olaraq bir ədəd giriş qapısı açılmışdır. Aparılmış yenidənqurma (rekonstruksiya) işləri ilə bağlı iddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, iş materiallarında olan 01 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 ünvan 2 ünvanında yerləşən ü/s 88.6 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 1 otaq, y/s 10.09 kvadrat metrdən ibarət olan payını alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı (1 otaq, y/s-10.9 kv.m) və X3 məxsusdur. İşdə olan xx.xx.2021-ci il tarixə tərtib edilmiş texniki pasportdan görünür ki, mənzil 4 otaqdan, 1 mətbəxdən, 2 sanitar qovşaqdan ibarət olmaqla, vahid giriş çıxışa malikdir. xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, mənzilə yerli baxış keçirilmiş, müəyyən olunmuşdur ki, mənzildə daxili rekonstruksiya işləri görülərək arakəsmə divarlar inşa edilmiş, balkon sahəsi otaqlara qatılmış, əlavə olaraq blokdan bir ədəd giriş qapısı açılmışdır. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək paylı mənzilin bölgüsü işində ona köməklik göstərilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2022ci il tarixli **********89 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mənzilin arxiv texniki pasportuna əsasən bir giriş-çıxışı olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək ona məxsus sahəyə ayrıca texniki pasportun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın vahid əmlak olması, iddiaçı və üçüncü şəxsin payları müəyyən edilməklə mülkiyyətində olması, əmlak bölgüsü ilə bağlı payçılar arasında hər hansı bir mübahisənin olmaması işin mübahisəsiz haldır. Cavabdehin imtina məktubu və müayinə aktı ilə müəyyən edilir ki, 1 saylı mənzilin iki giriş-çıxış qapısı, iki mətbəx və sanitar qovşağı vardır, daxili arakəsmələrlə iddiaçıya məxsus hissə digər yaşayış otaqlarından tam təcrid edilmişdir, yaşayış sahəsinin hazırkı vəziyyəti onun ilkin texniki pasportunda göstərilən vəziyyətinə uyğun deyildir. Yəni iddiaçının mülkiyyətində olan yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidən qurma və (və ya) yenidən planlaşdırma aparılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. - 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Lakin işdən bu qaydalara əməl olunması, yəni iddiaçının paylı mülkiyyətində olan əmlakda aparılmış dəyişikliklərin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda verilməsini tələb etdiyi sənəd texniki sənəd olmaqla hər hansı bir hüquqmüəyyənedici xarakter daşımasa da, işdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona ayrıca çıxarışın verilməsi ilə bağlıdır. Yəni iddiaçı 1 saylı mənzilə dair ona aid hissədə ayrıca texniki pasport almaqla onun mülkiyyətində olan paya münasibətdə ayrıca əmlak kimi müstəqil çıxarış verilməsinə nail olmaq istəyir. Lakin nə qədər ki, mübahisəli daşınmaz əmlakda özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma işləri aparılmış, bu hal səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 6.1, 6.2 və 7-ci bəndlərinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunanları nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, onun çatmaq istədiyi məqsədə nail olması üçün hazırkı halda ilk növbədə digər paylı mülkiyyətçi ilə birlikdə mübahisəli daşınmaz əmlakda aparılmış özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma işlərinin rəsmiləşdirilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yalnız həmin yenidəqurma işləri rəsmiləşdirildikdən sonra iddiaçı hazırkı tələblə cavabdehə müraciət edə, imtina edildikdə isə məhkəmə müdafiəsi hüququndan yaralana bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova
Məhkəmə qərarları › İş №2-1(112)-9614/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9614/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver