Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9619/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 56/57b nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin 2-1(112)-1353/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Məhkəmənin 2-1(112)-1353/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi, vəkilinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarı və X4 və İstismarı Birliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında iddiaçının bağa ehtiyacı nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57b saylı bağ sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Bundan əlavə, iddiaçı ərizə ilə koorperativin sədrinə müraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, 27 noyabr 1989cu il tarixli qərarla kooperativin tərkibinə keçirilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə iddiaçı göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdıraraq, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə iddiaçı müraciət etsə də, ərizəsi qəbul olunmamışdır. Bu səbəbdən iddiaçı poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə idarəyə rəsmi müraciət ünvanlamışdır. Lakin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, iddiaçının müraciətinin həll olunması istiqamətində hər hansı addım atılmamışdır. İnzibati orqanın iddiaçının müraciətini vaxtında cavablandırması iddiaçının hüquqlarının kobud şəkildə pozulması kimi qəbul olunmalıdır. İnzibati orqanın hərəkətsizliyi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə yaradılmış süni maneədir. Belə ki, qeyd olunan bag sahəsi səlahiyyətli orqanın qərarı əsasında iddiçıya ayrılmışdır. Əlavə olaraq iddiaçının hasar qonşuları X7 və X12 cavabdehə müraciət edərək bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər. İnzibati orqan əsassız olaraq çıxarışın verilməsindən imtina etmişdir. Qərardan nazarı qalan şəxslər məhkəməyə müraciət edərək çıxarışın alınmasına nail olmuşlar. Belə ki, X3 işi üzrə Azərbacan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2-1(102)-1668/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X5 işi üzrə Azərbacan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2020-ci il tarixli. 2- 1(102)-174/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2- 1(103)-2167/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı X2 müvafiq bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı İdarəyə müraciəti daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksinin tapmamışdır. Həmçinin, iddiaçı tərəfindən göstərilən ərazi başqa şəxsin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2020ci il tarixli imtina məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsi 2-1(112)-1353/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixdə yekun məhkəmə aktı qəbul edərək iddianı təmin etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını qərara almışdır.
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
8. Bakı Apellaysiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-1353/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-914/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-631/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Bakı Apellaysiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2452/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs MMC-nin işə üçüncü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir.
12. Bakı Apellaysiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2452/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-472/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)- 2452/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Ərizəçi Maraqlı şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə Maraqlı şəxs MMC-nin üçüncü şəxs kimi cəlb edilməsi və iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır.
17. Qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
18. Bakı Apellaysiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3308/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Maraqlı şəxs MMC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır
19. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 3308/2023 saylı qərardadının ləğv edilməsi, ərizənin mümkün sayılmamasını xahiş etmişdir.
20. Daha sonra iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək tərəflər arasında razılıq əldə olunduğunu və bununla əlaqədar kassasiya şikayətini geri götürdüyünü bildirmişdir.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3054/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3308/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə başlanılmış kassasiya icraatına xitam verilmişdir.
22. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(112)- 1353/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır.
24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
27. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
28. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
29. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
30. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
32. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
35. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
36. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
37. Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X17 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı Şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ ayrılmışdır.
38. Bakı şəhər X13 İcraiyyə Komitəsi X4 və istismarı Birliyinin xx.xx.1989-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən X12, X14 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir.
39. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsinə (0.13 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ (tam) X5 adına daşınmaz əmlakın dövlət reyesrtində 939 nömrəli reyestr kitabının 89212 nömrəli vərəqində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsində yerləşən 0.13 ha torpaq sahəsinin X5 adına AA seriyalı 506653 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.
40. Azərbaycan Respublikası «X11» MMC-nin 456 saylı 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, naturada qeydə alınan koordinatlar əsasında kameral şəraitdə ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində, həmçinin X25 və SAS Planeta xəritə materialları üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 №-li qərarı və X4 və İstismarı Birliyinin 60 №-li kooperativinin 47 №-li orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Tədqiqatı aparılan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir. Rəyə plan əlavə olunmuşdur.
41. Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən X8 ünvanlanmış 77 saylı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsinə daxil olan xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizədə qeyd etdiyiniz, X9, X3, X10 və X5 istifadələrində olan bağ torpaq sahələrinin "xxxx" MMC-nin ərazisinə düşüb düşməməsini müəyyənləşdirmək məqsədilə, Bələdiyyənin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirərək, yoxlama və ölçü işləri aparılmışdır. Nəticə olaraq, müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan vətəndaşların istifadələrində olmasını bildirdiyiniz bağ sahələri, "xxxx" MMC Şirkəti tərəfindən özəlləşdirilən 77 hektar əraziyə düşmür. Belə ki, bağ sahələri Ləhiş sağ massivinin xəritəsinə istinadən 9-cu dalan kimi göstərilən 4888B saylı sahədən şimala doğru 862,0 metrdən, 10-cu dalandan isə 4874A saylı sahədən şimala doğru 921-ci metrdən sonra yerləşir.
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, 60 nömrəli BTK üzvlərinin siyahısında X2 adı aşkar olunmamışdır.
43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır.
44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Maraqlı şəxs istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür.
45. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 280 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 168.94 ha torpaq sahəsi Maraqlı şəxs MMC-nin istifadəsinə verilmişdir.
46. Maraqlı şəxs MMC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış 17 yanvar 2023-cü il tarixli, 4284 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi şimal hissəsi ünvanında yerləşən 1689400.0 kv.m torpaq sahəsi Maraqlı şəxs MMC-nin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmişdir.
47. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Maraqlı şəxs MMC-nin qeyd edilən torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır.
48. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli vəsatətində qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə xx.xx.2023-cü il tarixində yerli baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsinin sərhədlərinin bir hissəsi mişar daşı ilə hasarlanmış, bir tərəfinə qonşu torpaq sahəsinin bünövrəsi qoyulmuş, digər iki tərəfi isə şərtidir. Torpaq sahəsi üzərində isə tikili yoxdur. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının xx.xx.2022-ci il tarixli, 280 nömrəli Sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs MMC-nin adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş 168.94 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
IV. Məhkəmənin mövqeyi
49. X18 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
50. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
51. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
52. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
53. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
54. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
55. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
56. Hazırkı iş üzrə iddia tələbi Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X17 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən İddiaçı adına ayrılmış Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ sahəsinin Dövlət qeydiyyatına alaraq həmin bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılması ilə bağlıdır.
57. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilən sənədlərdən bəlli olur ki, mübahisə predmeti olan 56/57b saylı bağ sahəsi Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) aşkar edilməmiş, torpaq sahəsinin sərhədlərinin bir hissəsi mişar daşı ilə hasarlanmış, bir tərəfinə qonşu torpaq sahəsinin bünövrəsi qoyulmuş, digər iki tərəfi isə şərtidir. Torpaq sahəsi üzərində isə tikili mövcud deyil.
58. Bundan başqa qeyd olunan ərazi 56/57b saylı bağ sahəsinin ərazisi olsa da, yerquruluşu planında göstərilən koordinatlar Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 168.94 ha torpaq sahəsinə uyğun gəlir. Belə ki, sözügedən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 280 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı ilə Maraqlı şəxs MMC-nin istifadəsinə verilmiş, Sabunçu rayonu, Nardaran qəsəbəsi şimal hissəsi ünvanında yerləşən həmin sahəyə dair sonuncu ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında 17 yanvar 2023-cü il tarixli, 4284 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddia olunan əraziyə Maraqlı şəxs MMC-nin icarə hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
59. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının adına mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi üçüncü şəxsin icarə hüququ ilə yüklü edilmişdir.
60. Göründüyü kimi cavabdehin imtinasınını əsası kimi göstərdiyi hal – 56/57b saylı baş sahəsinin sxematik xəritədə olmaması və hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi şimal hissəsi ünvanında yerləşən 1689400.0 kv.m torpaq sahəsinin Maraqlı şəxs MMC-nin istifadəsində olmaqla iddiaçının iddia etdiyi torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşməsi iş materialları ilə sübut olunur.
61. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
62. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
63. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
64. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva