Məhkəmə qərarları › İş №2-1(112)-962/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-962/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-962/2021 29.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı «iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçünün verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçülərin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İşə mahiyyəti üzrə xx xxxxxx 2019-cu il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin həmin tarixli 2-1(82)-3790/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X4 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəzərdə tutulmuşdur. Məhkəmə qərarından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-582/2020 saylı x xxxx 2020-ci il tarixli qərardadı ilə həmin şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin 2-1(82)-3790/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatı üzrə sonrakı prosessual hərəkətlərin etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadında məhkəmə kollegiyası İPM-in 13, 48.1, 49.1, 56-cı maddələrinin tələblərini diqqətə çəkmiş və həmin normalara istinad etməklə vurğulamışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, işdə iştirak edən şəxslərin iştirakı ilə hər bir iddiaçıya münasibətdə, işlərin ayrı-ayrı icraata ayrılması məsələsi müzakirə edilməmiş və işə əlavə olunan sənədlər araşdırılıb onlara prosessual hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmədən iddiaçıların tələblərinin bir icraatda birləşdirilməsi İPM-in 37-ci maddəsinə uyğun hesab edilərək faktiki aidiyyəti olmayan işlər bir icraatda baxılmalı olan iddialar kimi qiymətləndirilərək işi mahiyyəti üzrə həll edən qərar qəbul edilmişdir. İPM-in 56-cı maddəsinə görə məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır (maddə 56.1). Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır (maddə 56.2). Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir (maddə 56.3). İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsnə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin xx xxxxxx 2020ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçülərin verilməsi» barədə iddia tələbləri üzrə işdən İddiaçı2 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçülərin verilməsi» barədə iddia tələbi üzrə icraat, İddiaçı3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçülərin verilməsi» barədə iddia tələbi üzrə icraat, İddiaçı4 oğlunun cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçülərin verilməsi» barədə iddia tələbi üzrə icraat, İddiaçı5 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və planölçülərin verilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. İddiaçı1 tələbi üzrə inzibati mübahisəyə mahiyyəti xx xxxxxxxx 2020-ci il tarixdə baxılmış və məhkəmənin həmin tarixli 2-1(112)-4566/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı1 Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ massivində yerləşən 1.200 kv.m ölçüdə 803 saylı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinə iş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 2-1(112)-4566/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından apellyasiya şikayəti daxil olmuşdur. Məhkəməyə həmçinin, ərizəçi X3 da ərizəsi təqdim edilmişdir. Ərizədə İddiaçı1 onun əri olduğu, müvafiq torpaq sahəsinin bigə nikah dövrün əldə edildiyindən ümumi mülkiyyətdə olduğu, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə qərarı ləğv olunarkən bu xüsusatların nəzərə alınmadığı bildirilmiş və İPM-in 28.1-ci maddəsinə istinad olunaraq 2- 1(112)-4566/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə qərarının ləğvi, inzibati məhkəmə icraatlnın təzələnməsi və adıçəkilən şəxsin məhkəmə icraatına cəlbi xahiş olunur. İPM-in 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etrməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmənin x xxxxxx 2020-ci il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4566/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati məhkəmə icraatı təzələnmiş, X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İşin məhkəmə icraatı təzələndikdən sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı və üçüncü şəxs gəlməmişlər. Məhkəmə iş materiallarına əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. İş materiallarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun olaraq baxılmalıdır. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə məhkəmənin qənaətinə görə İddiaçı1 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı «iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçünün verilməsi» barədə iddia tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və İPM-in 1.2, 80-cı maddələrini, MPM-in 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin edilsin. İddiaçı1 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı «iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və plan-ölçünün verilməsi» barədə iddia tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar