Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9627/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli qərarı qismən, yəni ƏDV üzrə tətbiq edilmiş maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə (şikayət instansiyasının ləğv etdiyi hissə istisna olmaqla) tam ləğv edəsiniz. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********144457 saylı qərarı ilə "xxxx" MMC-də (bundan sonra - iddiaçı) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 2 fevral 2022-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə mənfəət vergisinin 2018-ci ildə 65 691,02 manat, 2019-cu ildə 324 089,34 manat, 2020-ci ildə 1 094 863,89 manat, cəmi 1 484 644,25 manat azaldılması, ƏDV-nin yoxlanılan dövründə 139 697,14 manat azaldılması və 177 543,52 manat artıq hesablanması, ÖMV üzrə 468 110,36 manat azaldılması və 835 909,90 manat sosial sığorta haqqların azaldılması müəyyən edilmişdir. Vergi orqanı tərəfindən qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq, “Vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərar qəbul edilmiş, iddiaçıya 1 952 754,61 manat əlavə vergi, 835 909,90 manat sosial sığorta haqqları hesablanmış və 1 468 875.11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan inzibati qərardan iddiaçı tərəfindən 28 və 31 iyun 2022-ci il tarixdə yuxarı inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə inzibati qaydada şikayət verilmiş və şikayətin nəticəsi üzrə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 20 may 2022-ci il il tarixli **********489500 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan qərarla iddiaçının səyyar vergi yoxlamasının nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi inzibati şikayətləri qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli **********144467 nömrəli səyyar vergi yoxlaması akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərar 26 151,45 manat məbləğində mənfəət vergisi və 13 075,73 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Sözügdən qərarda yerli vergi orqanın qərarının qismən ləğv edilməsinə səbəb kimi göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı 2020-ci il üzrə gəlir 784 543,48 manat məbləğində artıq müəyyənləşdirilmiş, nəticədə mənfəət vergisi 26 151,45 manat məbləğində artıq hesablanmış (784 543,48 : 120 x 20 x 20%) və həmin məbləğə müvafiq olaraq maliyyə sanksiyası da 13 075,73 manat məbləğində artıq tətbiq edilmişdir. İddiaçı hesab edir ki, qərar qismən, yəni ƏDV üzrə tətbiq edilmiş maliyyə sanksiyası hissəsi istisna olunmaqla, qalan hissədə (şikayət instansiyasının ləğv etdiyi hissə istisna olmaqla) tam ləğv edilməlidir. Çünki, bunun üçün həm prosessual, həmçinin mahiyyəti üzrə əsaslı dəlillər mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya münasibətdə bildirir ki, səyyar vergi yoxlamasının dayandırmanın əsasları, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi, Vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuşdur. Səyyar vergi yoxlamasının dayandırmanın əsası, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası kimi müəssisənin direktorunun **********179800 nömrəli xx.xx.2021-ci il və **********354400 nömrəli xx.xx.2021-ci il tarixli müraciət məktubları əsas olmuşdur. Qeyd etmək istəyirik ki,svy-nın dayandırılmasına və artırılmasına əsas olan qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxıl edilmişdir Həmçinin bildiririk ki, svy aktını tərtib etmiş yoxlayıcı X1 məlumatları Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxıl edilmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisəyə xx.xx.2021 -ci il tarixli **********144480 nömrəli Tələbnamə təqdim edilmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin xx.xx.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smeta, forma 2, forma 3 sənədləri, habelə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, forma 2, forma 3 sənədləri, mal-material və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin sənədlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli **********776200, xx.xx.2021-ci il tarixli **********373500 və xx.xx.2021-ci il tarixli **********729200 nömrəli Xəbərdarlıq məktubları göndərilmişdir, lakin müəssisə tərəfindən qeyd edilən sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi orqanının uçot baza məlumatlarında olan əldə edilmiş elektron qaimə-fakturalar üzrə malın (işin və xidmətin) adı hissəsində ümumi görülmüş iş və xidmətlər göstərilmiş lakin həmin elektron qaimə fakturalar üzrə digər şəxslərlə bağlanılmış müqavilələr, təhvil-qəbul aktları, forma 2 və forma 3-lər təqdim, mal-materialların layihələr üzrə silgi cədvəli, mənfəət vergisi bəyannamələrində xərclərin açıqlaması barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir. Yoxlanılan dövr üzrə vergidənyayınma halları müəyyən olunduğu üçün ‘Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli **********147456 nömrəli qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən Tikinti işləri üzrə müqvilələr, onlara əlavə olunmuş forma2, forma3 və s. mal-material, iş və xidmətlərin alış müqavilələri ümumilikdə 3232 vərəq təqdim olunmuş və həmin sənədlər "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021 -ci il tarixli **********153317 nömrəli protokolla rəsmiləşdirilmişdir, protokolda təqdim edilmiş sənədlərin reyestri göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********997000 nömrəli İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə mürəciət olunmuş və 26 08.2021-cı ıl tarixli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7796/2021 nömrəli Qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarından sonra da vergi ödəyicisi tərəfindən yuxarıda qeyd edilən sənədlərin yoxlamaya təqdim edilməsi təmin edilməmişdir İddiaçının iddia ərizəsində qeyd olunan altıncı,yeddinci dəlilləri ilə bağlı bildiririk ki, iddiaçının nümayəndəsi X2 aktı imzalamalqa bir nüsxəsini qəbul etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati akt xx.xx.2022ci il tarixdə qəbul edildiyi təqdirdə, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət olunması hazırki iddianın müddət ilə bağlı şərtinin ödənilmədiyi qənaətinə gəlinməsi üçün əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən baxılaraq 20 may 2022-ci il tarixdə qərar qəbul edildiyindən qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********144457 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 2 fevral 2022-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin tərtib etdiyi 9 sentyabr 2022-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən mənfəət vergisinin 2018-ci ildə 65 691,02 manat, 2019-cu ildə 324 089,34 manat, 2020-ci ildə 1 094 863,89 manat, cəmi 1 484 644,25 manat azaldılması, ƏDV-nin yoxlanılan dövründə 139 697,14 manat azaldılması və 177 543,52 manat artıq hesablanması, ÖMV üzrə 468 110,36 manat azaldılması və 835 909,90 manat sosial sığorta haqqların azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərarına əsasən iddiaçıya 1 952 754,61 manat əlavə vergi, 835 909,90 manat sosial sığorta haqqları hesablanmış və 1 468 875,11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının 28 və 31 iyun 2022-ci il tarixli inzibati şikayətlərindən görünür ki, iddiaçı yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərarından narazıdır və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 20 may 2022-ci il il tarixli **********489500 nömrəli Qərarından görünür ki, iddiaçının səyyar vergi yoxlamasının nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi inzibati şikayətləri qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli **********144467 nömrəli səyyar vergi yoxlaması akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərar 26 151,45 manat məbləğində mənfəət vergisi və 13 075,73 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Sözügdən Qərarın məzmunundan görünür ki, yerli vergi orqanın qərarının qismən ləğv edilməsinə səbəb kimi göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı 2020-ci il üzrə gəlir 784 543,48 manat məbləğində artıq müəyyənləşdirilmiş, nəticədə mənfəət vergisi 26 151,45 manat məbləğində artıq hesablanmış (784 543,48 : 120 x 20 x 20%) və həmin məbləğə müvafiq olaraq maliyyə sanksiyası da 13 075,73 manat məbləğində artıq tətbiq edilmişdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********200075 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Həmçinin, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Belə ki, VM-nin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması, yoxlama barədə qərar qəbul etmiş vergi organının əsaslandırılmış qərarına əsasən dayandırılır. VM-nin 38.7.2-ci maddəsində yoxlamanın dayandırılmasının əsaslarından biri kimi səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə bu hal üzrə yoxlamanın dayandırmasının başa çatma müddəti kimi əmək qabiliyyətinin bərpa edilən ana kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı 2 dəfə 19 aprel 2021-ci il tarixli qərarı ilə 31 gün müddətinə və 11 iyun 2021-ci il tarixli qərarı ilə 28 gün müddətinə VM-nin 38.7.2-ci maddəsinə istinad edərək yoxlama müddətini dayandırmışdır. Bu halda VM-nin 38.7.2-cu maddəsinin hazırki işə tədbiqi onu ehtiva edir ki, yoxlama materillarında vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi müəyyən olunmalıdır. Lakin yoxlama zamanı iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə və daha sonra bərpa edilməsinə dair heç bir tibbi sənəd mövcud deyil. Bu isə cavabdeh vergi orqanı tərəfindən yoxlamanın qanuni əsas olmadan dayandırılmasına və bununla da dayandırmaya aid olan vergi qanunvericiliyinin normaların kobud şəkildə pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211557631 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021 tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti 8 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış və yalnız yoxlamanın başlanmasından təxminən 1 ilə yaxın müddət (təxminən 11 ay 20 gün) keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211557631 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (48 gün müddətinə) artırılması qeyd edilmiş, halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2021-ci il tarixdə 30 gün müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 5 gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 18 mart 2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, yoxlama zamanı cavabdeh vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktından görünür ki, aktın 1.8ci bəndinin 4-cü hissəsində göstərilmişdir ki, “Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********144480 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması zəruri olan sənədlər tələb olundu. Vergi ödəyicisi tərəfindən müqavilə, smeta, layihə, forma 2 sənədləri, bank sənədləri, əmək haqqı hesablama cədvəlləri, əsas vəsaitlərin uçotu sənədləri, təsisçilərlə, təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu sənədləri, debitorkreditorlarla hesablaşmaların uçotu sənədləri, qaimə-fakturalar, vergi hesab-fakturalar yoxlamaya təqdim edildiyi üçün VM-nin 42.2-ci maddəsinə əsasən sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli akt tərtib edildi.” Göründüyü kimi, cavabdeh vergi orqanı öz tərtib etdiyi yoxlama aktında iddiaçı tərəfindən bir çox sənədlərin təqdim edildiyini sadaladıqdan sonra sənədlərin qismən təqdim edilməsi haqqında akt tərtib etmiş, lakin hansı sənədlərin təqdim edilmədiyini ümumiyyətlə açıqlamamışdır. Qeyd edilən aktda göstərilmişdir ki, yoxlama dövrünə dair bank çıxarışları, malmaterial alış müqavilələri, podrat müqavilələri, forma 2, forma 3, smetalar və digər sənədlər yoxlamaya təqdim olunmuşdur. Sənədlərin çoxluğu nəzərə alınaraq müəsissənin fəaliyyətinə dair digər sənədlər yoxlamanın gedişi zamanı təqdim ediləcəkdir. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı sənədlərin iddiaçı tərəfindən qismən təqdim edildiyini iddia etsə də, hansı səbəbdən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 9 iyun 2021-ci il tarixində qərar qəbul edərək 10 iyun 2021-ci il tarixində “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun tərtib edildiyini əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı sənədlərin qismən təqdim edilməsi haqqında aktı 3 mart 2021-ci il tarixində tərtib etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ın 3 ay keçdikdən sonra qəbul edlməsini belə əsaslandıra bilməmiş, bununla bağlı konkret arqument gətirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçı onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 2 fevral 2022-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin cavabdeh vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 2 favral 2022-ci il tarixli aktın məzmununu köçürməsi, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. İş üzrə səyyar vergi yoxlama materiallarına əsasən müəyyən edilir ki, iddiaçı yoxlama ilə əhatə olunan 2018-2020-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: 2018-ci il üzrə 2019-cu il üzrə 2020-ci il üzrə Gəlirlər - 2 906 406,74 12 391 705,05 38 212 648,50 Xərclər - 2 760 118,37 11 879 771,24 37 246 968,48 Mənfəət - 146 285,37 511 933,81 965 680,02 Mənfəət vergisi - 29 257,07 102 386,76 193 136,00 İş materiallarında olan səyyar vergi yoxlaması aktının 11-ci səyifəsində göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərc sənədlərinin tam təqdim edilməməsi səbəbindən mənfəətin düzgün müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyata keçirilməsi həm vergi ödəyicisi tərəfindən, həm də üçüncü tərəflərlə bağlanmış subpodrat müqavilələri əsasında həyata keçirilmişdir. Lakin subpodrat müqavilələri əsasında yerinə yetirilmiş işlərə dair müqavilələr, forma 2, forma 3 sənədləri, habelə mal-material alışı müqavilələri bütünlüklə təqdim olunmadığı üçün xərclərin düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən iddiaçının illər üzrə gəlirlərə görə şərti rentabellik tətbiq etməklə yoxlama zamanı 2018-2020-ci illər üzrə mənfəət vergisi yenidən hesablandı.” Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı bütün sənədlərin təqdim edilməsinə baxmayaraq yalnız subpodrat müqavilələri əsasında yerinə yetirilmiş işlərə dair müqavilələr, forma 2, forma 3 sənədləri, habelə mal-material alışı müqavilələrin bütünlüklə təqdim olunmadığını formal əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-ci maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmçinin, Vergi Məcəlləsinin 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda mübahisələndirilən yoxlama isə 2021-ci ilin fevral ayında başlandığı, eyni zamanda yoxlama ilə yoxlanılan dövr 2018-2020-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. İş metariallarında olan yoxlama aktına əsasən müəyyən edilir ki, yoxlama zamanı iddiaçıya 835 911.29 manat sosial sığorta haqqı və 417 955.65 manat maliyyə sanksiyası, ödəmə mənbəyində 468 110.32 manat vergi hesablanmış və 234 055.10 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Buna əsas kimi "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində vergi ödəyicisi tərəfindən əmək tutumunun 3 343 645,15 manat azaldıldığı göstərilmişdir. Cavabdeh vergi orqanın xx.xx.2021-ci il tarixli **********150359 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarından görünür ki, mütəxəssisə iddiaçının yoxlama dövrü ərzində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının həcminin, dəyərinin və əmək haqqı xərclərini müəyyənləşdirmək tapşırılmış, lakin mütəxəssis yalnız əmək haqqı xərclərini müəyyən etmişdir. Məhkəmə hesab edir ki, mütəxəssisin yerinə yetirilmiş tikinti quraşdırma işləri əsasında tərtib edilmiş forma 2-3 və digər sənədlər əsasında əmək tutumunu müəyyən etməsi, lakin digər xərcləri, o cümlədən mal-material xərclərini müəyyən edə bilməməsi şübhə doğurur. Ümumiyyətlə iddiaçının əmək haqqı xərclərinin hansı qaydada hesablanması və onun mexanizmi göstərilmədən birbaşa həmin məbləğlər qeyd edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən heç bir tədqiqat üsuluna və mexanizminə əsaslanmayan, reallığa əsaslanmayan, nəzəri ifadələrdən istifadə olunmaqla tərtib olunan mütəxəssis rəyi əsasında iddiaçıya vergilər hesablanmışdır. Hətta məhkəmə baxışı zamanı şahid qismində dindirilən yoxlayıcının mütəxəssisin hansı qaydada əmək tutumunun müəyyən edilməsi barədə məlumatı olmamış, həmin rəyin hansı səbəbdən vergilərin hesablanması zamanı əsas kimi götürməsini əsaslandıra bilməmişdir. Həmçinin, xüsusi olaraq, qeyd edilməlidir ki, vergi orqanının nə Vergi məcəlləsində, nə də ki “Sosial sığorta haqqında” qanunda mütəxəssis rəyi əsasında vergi və sosial sığorta haqqını hesablamaq hüququ göstərilməmişdir. İş materiallarında olan yoxlama aktında “Sosial sığorta” haqqında Azərbaycan Respublikası qanununun 14.5.2 maddəsinə əsasən hesablama aparıldığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən qanunun 14.5.2-ci maddəsində mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərdən ödəmə mənbəyindən hesablama aparılması nəzərdə tutulmuşdur. Lakin iddiaçıda mülki hüquqi müqavilə əsasında hər hansı fiziki şəxslərin işləməsi iş materialları ilə öz əksini tapmamış, bu barədə cavabdeh vergi orqanı məhkəməyə konkret sübut və yaxud dəlillər təqdim etməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, ümumiyyətlə rəy vermiş mütəxəssis rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olmamışdır. Belə ki, rəyin sonuncu səyifəsində mütəxəssisin sertifikatına nəzər yetirildikdə görmək olur ki, sertifikatda mütəxəssis “İstehsal və xidmət sahəsində qiymətləndirmə səlahiyyətinə” malikdir ki, iddiaçı isə yoxlanıldığı dövrdə tikinti quraşdırma işləri ilə məşğul olmuşdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, mütəxəssis təmir-tikinti sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-materialın sərfiyyatı, dəyəri və əmək haqqının xərclərinin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis bu sahədə xüsusi biliyə malik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olan sahə üzrə deyil, digər sahəyə aid, yəni tikinti quraşdırma işləri üzrə rəy vermişdir ki, bununla da kobud qanun pozuntusuna yol verimişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı əsasənda təyin edilmiş məhkəməmühasibatlıq ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/5842 nömrəli rəyindən görünür ki, müəssisə tərəfindən 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmış 29.257,07 manat, 2019-cu il üzrə 102.386,76 manat və 2020-ci il üzrə 193.136,0 manat mənfəət vergisi nəzərə alındıqda, müəssisə tərəfindən həmin illər üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Hazırkı ekspertiza zamanı müəssisənin gəliri ilə bağlı xərcləri iş materiallarında olan sənədlərlə öz təstiqini tapır və həmin xərc sənədləri mühasibat uçotu sənədi hesab edilən ilkin uçot sənədləridir. Həmin xərc sənədlərdəki göstərilən məbləğlərin xərc sənədi kimi nəzərə alınması müəssisənin tətbiq etdiyi hesablama metodunun və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Bundan başqa rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi mülki xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyil. Ümumiyyətlə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuş mütəxəssis rəyində hesablamaların hansı qaydada aparılması barədə məlumat öz əksini tapmamışdır. Eyni zamanda Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı kobud maddi və prosessual pozuntulara yol verməklə yanaşı, iddiaçıya ƏDV və ÖMV üzrə əlavə hesablanmış vergilər belə ekspertiza rəyi ilə öz təsdiqini tapmamışdır ki, bu da bir daha yoxlamanın nəticəsi üzrə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarının qismən qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmənin qənaətinə görə, iş üzrə aparılmış araşdırma nəticəsində hazırda mübahisələndirilən cavabdehin 4 noyabr 2022-ci il tarixli qərarı üzrə hesablanmış ÖMV üzrə tam və ƏDV üzrə qismən əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarı qismən ləğv edilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci mаddələrini rəhbər tutаrаq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155666 nömrəli Qərarı qismən, yəni ƏDV üzrə tətbiq edilmiş maliyyə sanksiyası hissəsi istisna olunmaqla, qalan hissədə (şikayət instansiyasının ləğv etdiyi hissə istisna olmaqla) tam ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9627/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9627/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver