Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-963/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla mənzilə dair yeni kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X29 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla mənzilə dair yeni kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı Oktyabr rayon XDS İK-nin (indiki Yasamal RİH) xx.xx.1979-cu il tarixli, 44 saylı protokoluna əsasən X8 xidməti mənzil kimi verilmiş ünvan 2 ünvanda yerləşən 16 kv.m-dən ibarət olan 1 (bir) otaqlı mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla vərəsə kimi onunla yeni mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oktyabr rayon XDS İK-nin (indiki Yasamal RİH) xx.xx.1979-cu il tarixli, 44 saylı protokoluna əsasən hazırda ünvan 2 ünvanda yerləşən 16 kv.m-dən ibarət olan mənzil mərhum anası Əlikişiyeva (hazırda Mənafova) Səkinə Maqsuq qızına və 6 nəfər ailə üzvlərinə ayrılmışdır. Buna əsas kimi isə onun 61 saylı MİS-də rəsmi əmək müqaviləsinə əsasən işləməsi olmuşdur. Səkinə Maqsuq qızının xx.xx.2014-cü il tarixdə vəfatından sonra tərəflərindən 31 saylı notariat ofisinə müraciətləri əsasında vərəsəlik işi açılmış vərəsəliyin açıldığı tarixə miras kütləsinə daxil edilən əmlaklar vərəsələr tərəfindən qəbul edilmiş, lakin yuxarıda qeyd edilən mənil özəl və ya xüsusi mülkiyyətdə olmadığından onun miras kütləsinə daxil edilməsi mümükünsüz olmuşdur. Mənzilin özəlləşdirilməsi ilə bağlı tərəflərindən (o və bacısı Töhfə) bir daha həmin notariat ofisinə müraciətləri əsasında notariat ofisi tərəfindən verilmiş 30 oktyarbr 2021-ci il tarixli, 667 saylı məktub əsasında aidiyyatı üzrə ƏMDX yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsinə müraciətləri əsasında bildirilmişdir ki, qeyd edilən mənzil xidməti olduğundan, hal-hazırda onun özəlləşdirilməsi mümkün deyildir və tövsiyyə edilmişdir ki, bununla bağlı aidiyyatı üzrə İcra Hakimiyyətinə müraciət etsinlər. Yasamal rayon İcra Hakimiyyətinə tərəflərindən müraciət edilərək qeyd edilən mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla onunla yeni mənzil kirayə müqaviləsinin bağlanmasına dair müvafiq göstəriş verilməsi barədə xahişinə imtina olaraq bildirilmişdir ki, bu mümkün olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət etsin. Hesab edir ki, hazırki vəziyyətdə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiası təmin edilməli, mərhum anası X9 xidməti mənzil kimi verilmiş ünvan 2 ünvanda yerləşən 16 kv.m-dən ibarət olan mənzil xidməti mənzillər siyahısından çıxarılmaqla vərəsə kimi onunla yeni mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı öhdəliyin cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 12 oktyabr 2021-ci il tarixli BA-04727-2021 nömrəli məktubla təqdim edilmiş Oktyabr rayon XDS İKnin (indiki Yasamal RİH) arxiv fondu üzrə xx.xx.1979-cu il tarixli 44 saylı protokolundan arxiv çıxarışına əsasən X5 7 nəfər ailə üzvü ilə (özü və 6 uşaq) xidməti, yaşayış sahəsi 16 kv.m olan mənzil ayrılmışdır.
7. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2021-ci il tarixdə verilmiş 706 nömrəli arayışa əsasən, X14 və X2 nikahının pozulması haqqında 06 oktyabr 1976cı il tarixdə 481 nömrəli akt tərtib olunmuşdur. Nikah pozulduqdan sonra ərə “Əlikişiyev”, arvada “Mənafova” soyadı verilmişdir. X10 ölümü 991 saylı xx.xx.2006-cı il tarixli akt qeydinə əsasən R.F.Tümen vilayəti Tümen şəhəri vətəndaşlıq vəziyyəti aktlarının səlahiyyətli orqanı tərəfindən qeyd edilmişdir. X6 ölümü 236 saylı xx.xx.2014-cü il tarixli akt qeydinə əsasən Yasamal rayon qeydiyyat şöbəsində qeyd edilmişdir.
8. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 085084 nömrəli “Ölüm haqqında şəhadənamə”yə əsasən X11 xx.xx.2014cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 03 ayının 13-ü günündə 236 nömrə ilə qeyd edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş Ə-68-068 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidmət mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən bununla bağlı xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən 908/02 nömrəli 10 may 2022-ci il tarixli məktubla iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən 61 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən 015 nömrəli 31 may 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Cəfər Cabbarlı küçəsi, ev 6 ünvanında, yaşayış sahəsi 16 kv.m olan 5 saylı mənzil xx.xx.1979-cu ildə Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyəti Xalq Deputatları Sovetinin 44 nömrəli qərarına əsasən X3 verilmişdir. 24 fevral 1999-cu ildə mənzilin ailə üzvləri ilə istifadəsi üçün, vətəndaş X7 ilə 61 saylı Mənzil-İstismar Kontoru arasında müqavilə bağlanmışdır. Rəhmətə getməsinə baxmayaraq evin sənədində heç bir dəyişiklik edilməmiş, indi də, həmin sənəd S.M.Əlikişiyevanın adınadır. Onlarda olan məlumat əsasən hal-hazırda həmin mənzildə - qızı 1968-ci il təvəllüdlü İddiaçı Yasəf qızı, qızının əri – 1967-ci il təvəllüdlü X15, nəvəsi 1991-ci il təvəllüdlü X17, nəvəsi – 1996-cı il təvəllüdlü X18. Digər qızı X1 həmin ünvanda qeydiyyatda deyil.
12. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə əsasında 61 nömrəli Mənzil Kommunal İstismarı Kontoru ilə X7 arasında onun və ailə üzvlərinin istifadəsinə dair 24 fevral 1999-cu il tarixli kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsinin sonuncu səhifəsində 61 nömrəli Mənzil Kommunal İstismarı Kontorunun rəisi tərəfindən “orderi əvəz edir” qeydi aparılmışdır.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 247/g-11 nömrəli 27 oktyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 3 ünvanındakı 16 kv.m olan 1 otaqlı mənzil 14 mart 1979-cu il tarixdə keçmiş Oktyabr rayon XDS tərəfindən X3 mənzil isismar sahəsində işlədiyi üçün xidməti mənzil kimi verilmişdir. Hal-hazırda qeyd olunan mənzil xidməti mənzillər kateqoriyasına aid olmaqla Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
14. 61 saylı Mənzil Kommunal İstismarı Kontoru tərəfindən verilmiş 61 nömrəli 17 iyul 2021-ci il tarixli arayışa əsasən X12 həqiqətən C.Cabbarlı küçəsi 6 saylı evin mənzilində qeydiyyatdadır. 1998-ci il tarixdən bugünə qədər bu ünvanda mərhum anası X2 adına olan yaşayış mənzilin kommunal xərclərini ödəmişdir və hal-hazırda ödəyir.
15. Notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X16, X18 və X17 qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 25.0 kv.m-dən ibarət mənzilin – İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
16. Məhkəmənin sorğusuna əsasən 61 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən 061 nömrəli 17 fevral 2023-cü il tarixli cavabdeh məktubuna əsasən Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 ünvanda, yaşayış sahəsi 16 kv.m olan 5 saylı xx.xx.1979-cu ildə Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyəti Xalq Deputatları Sovetinin 44 nömrəli qərarına əsasən X3 verilmişdir. 24 fevral 1999-cu ildə mənzilin ailə üzvləri ilə istifadəsi üçün, vətəndaş X7 ilə 61 saylı Mənzil Kommunal İstismarı Sahəsi arasında müqavilə bağlanmışdır. Lakin, müqavilə bugünədək onların arxivində saxlanılmamışdır.
17. Məhkəmə tərəfindən mübahisəli mənzilin “xidməti” mənzillər siyahısında olub-olmaması barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bir neçə dəfə sorğu göndərilməsinə baxmayaraq, Xidmət tərəfindən məhkəmənin sorğusu icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Sonuncu tərəfindən məhkəmə sorğuları yalnız, “Sorğu ilə əlaqədar aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur.” qeydilə cavablandırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oktyabr rayon XDS İK-nin xx.xx.1979-cu il tarixli 44 saylı protokoluna əsasən X5 7 nəfər ailə üzvü ilə (özü və 6 uşaq) xidməti, yaşayış sahəsi 16 kv.m olan mənzil ayrılmışdır. Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə əsasında 61 nömrəli Mənzil Kommunal İstismarı Kontoru ilə X7 arasında onun və ailə üzvlərinin istifadəsinə dair 24 fevral 1999-cu il tarixli kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsinin sonuncu səhifəsində 61 nömrəli Mənzil Kommunal İstismarı Kontorunun rəisi tərəfindən “orderi əvəz edir” qeydi aparılmışdır. X11 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Hazırda sözügedən mənzildə, onun qızı, iş üzrə İddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən həmin mənzilin xidmət mənzil siyahısında olması əsas gətirilərək iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtina edilsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən bu məlumatın doğruluğu təsdiqlənməmiş, yalnız, aidiyyəti üzrə müraciət edilməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə əsasında 61 nömrəli Mənzil Kommunal İstismarı Kontoru ilə X7 arasında onun və ailə üzvlərinin istifadəsinə dair 24 fevral 1999-cu il tarixli kirayə müqaviləsi, müqavilənin arxasında qeyd edilmiş “orderi əvəz edir” qeydi nəzərə alınmaqla, mənzilin xidməti mənzillərin siyahısından çıxarılmış hesab edilərək mənzilə dair kirayə müqaviləsi 1999-cu ildən bağlanmış hesab edilməli və hazırda mənzilin keçmiş icarədarının ailə üzvü olan İddiaçı ilə yeni kirayə müqaviləsi bağlanmalıdır.
26. Beləliklə işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzildə faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.
27. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icra müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Sözügedən Məcəllənin 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 4.0.2-ci bəndiə əsasən müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müüqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 16 kv.m-dən ibarət olan 1 (bir) otaqlı mənzil xidməti mənzillər siyahısından çıxarılmış hesab edilməklə həmin mənzilə dair yeni kirayə müaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva