Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9631/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin müəyyən olunması və dayandırılmış pensiyasının verilməsinin dayandırıldığı gündən bərpa edilməsinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini “xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitididr. 2005-2017-ci illər əzrində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 6 avqust 2018-ci il tarixində Qazax döyüş bölgəsində yerləşən “Avey” postunda düşmənin minomyot atəşi nəticəsində kəllə-beyin travması almışdır. 6 dekabr 2016-cı il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin Komissiyanın qərarına əsasən, sağtərəfli piramid çatışmazlığı, davamlı vegettaiv damar ələmətlərlə keçən funksional pozğunluqlarla təzahür edən 1 (birinci) mərhələ xroniki dissirkulyar və keçirilmiş kəllə-beyin travması (xx.xx.2018), baş-beyinin silkələnməsindən sonrakı erisefalopatiyanın nəticələri diaqnozu qoyularaq hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır rəyi verilmişdir. Aldığı kəlləbeyin travması hərbi xidmətini davam etdirməyə imkan vermədiyinə görə 1 mart 2017-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 12 oktyabr 2017-ci ildə ona Tibbi - Sosial Eskpert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik dərəcəsi 12 oktaybr 2022-ci ildə dayandırımış, həmçinin həmin tarixdən etibarən ona əlilliyə görə pensiya ödənişi də dayandırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlər göndərilsə də əlillik bərpa edilməmişdir. 3 aprel 2023-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyasında əyani baxışda olmuşdur, 19 aprel 2023-cü il tarixində isə e-gov portalı üzərindən imtina cavabı almışdır. İmtina cavabında qeyd olunur ki, diaqnoz əlillik əlamətləri təyin etmir. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Artıq yuxarıda qeyd olunduğu kimi, 6 avqust 2016-ci il tarixində Qazax döyüş bölgəsində yerləşən “Avey” postunda düşmənin minomyot atəşi nəticəsində kəllə-beyin travması almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 6 dekabr 2016-cı il tarixli 173 saylı Şəhadətnaməsi ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən hərbi travma almağı müəyyən qərara alınmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin qanunun 3.1-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən təsdiq edilir. Deməli, qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlərin göndəriş formasında təqdim edildiyindən əlilliyinin qiymətləndirilməsini və müəyyən olunmasını tələb etmək iddiaçının qanunla təsbit olunmuş hüququdur. Həmin Qaydaların tələblərinə görə 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər (2.4-cü bənd). Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (2.9-cu bənd). Cavabdehin 12 oktyabr 2022-ci ildə, 5 ilin tamamında heç bir əsas gətirmədən əlilliyi və pensiya ödənişini dayandırması qanunazidd haldır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən, göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə baqlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin özünün göndərişləri əsasında o respublikanın bir neçə ixtisaslaşmış səhiyyə müəssisələrində o cümlədən: - 30 avqust 2022-ci ildə “Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinədən keçmişdir. Həmin Xəstəxananın 963 saylı X8 Vərəqəsində müayinənin nəticələrinə əsasən (T-905, G-402, G-811, F-49) "X10beyin travması, baş-beyin silkələnməsindən sonrakı lakiapatiya (postravmatik hipetomatik epilepsiya, sağtərəfli piramid çatışmamazlığı (hemiparol)" diaqnozu qoyulmuşdur ki, bu da kəllə-beyin travmasından sonra yeni fəsadların əmələ gəlməsini təsdiqləyir; 30 avqust 2022-ci il tarixində “Real Hospitalda müayinədən keçmişim və orada "sol aparmalarda epileptiform parosizmlər izlənilir, beyin qabığının irritasiyası müşahidə olunur” diqnozu qoyulmuşdur; 20 oktyabr 2022-ci il tarixində “Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinədən keçmişdir. X7 X6 Müayəniəsinin nəticələrinə görə "sol gicgah payında fokalpostişemik qliotik ocaq qeyd olunur. Sol yan mədəciyin gicgah şaxəsinə intakr kistik-qliotik ocaq qeyd olunur, alın payının hər iki tərəfində hipodens qliozisı xarakter ocaqlar qeyd olunur, beyin şırımları, Sitviun yarıqları, dərinləşmiş suburaxnoidal sahənin genişliyi artmışdır, kortikal ensefalopatiyaya xarakterdir” diaqnozu qoyulmuşdur ki, bu da təsdiqləyir ki, aldığı kəllə-beyin travmasından sonra xəstəliyin fəsadları artmışdır; 25 oktyabr 2022-ci il tariixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəsi”ndə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq Ezvi travmatikepilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və psixotiki epizodlarla F07.0 diaqnozu qoyulmuşdur. Bu da sübut edir ki, həmin xəstəlik keçirdiyi kəllə-beyin travmasınının fəsadları kimi yeni yaranmışdır; 23 noyabr 2022-ci il tarixində M.Ə.Əfəndiyev adıan 2 saylı X12 müayindən keçmişdir və orada : •F-90.5 - X10-beyin travması, baş-beyin silkələnməsininn qalıq əlamətləri, erisefalopatiya; •G-81.1- Sağtərəfli hemiparez; •G-40.2 quores 3-3.5 bal, simptomatik epilepsiya qıcolma tutmaları ilə (ayda 5-6 dəfə); •F.07.0 - Uzvi mənşəli (natamam epilepsiya) şəxsiyyət pozulması diaqnozu qoyulmuşdur. -16 aprel 2023-cü il tarixində X3 göz müayinəsi zamanı arzomalasiya spazmı, işemik neyropatiya diaqnozu qoyulmuşdur ki, bu da keçirdiyi kəllə beyin travmasından sonra artıq görmə qabiliyyətində də qüsurların yarandığını təsdiqləyir, “Əlilliyin müəyyən olunması meyarları”na dair Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına əsasən, G-81.1- sağtərəfli hemioarez, G-40.2 - epilepsiya, F.07.0 - şəxsiyyət pozulması əlilliyin təyin olunması üçün əsaslardır. Cavabdehin özünün göstərişləri əsasında isə respublikanın ixtisaslaşmış xəstəxanalarının, səhiyyə ocaqlarının verdiyi rəsmi Rəylərə heç bir əhəmiyyət vermədən öz mülahizəsinə görə yanlış qərar qəbul edərək əlilliyin müəyyən olunmasından imtina etməsi qanunsuz və əsassızdır. Cavabdeh qurum əlilliyin müəyyən olunmasından imtina qərarı verərkən piramid çatışmazlığını qeyd etməyərək, ona qoyulmuş diaqnozları tam olaraq yazmayaraq guya imtina üçün əsas yaratmaq istəmişdir. Göründüyü kimi, cavabdehin imtinası absurddur, qanunsuzdur, və əsassızdır. İddiaçı hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. BMT Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Azərbaycanın tərəfdaş çixdiği “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 17ci maddəsi hüquqlardan sui-istifadənin qadağan olunmasinı ehtiva edir. Həmin maddəyə əsasən, bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
4. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısılə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmənəti əltsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
5. TSEK-Müayinələr: - 20.06.2017-ci il tarixində baş beynin ocaqlı travması, sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İİ mərhələ, xroniki dissirkulyator və keçirilmiş kəllə-beyin travması diaqnozun mətni ilə əlavə müalicəyə ehitiyacın olması (Stasionar müalicə müddəti az olduğuna gorə təkrar müalicə və müayinə məsləhət görülür) səbəbi ilə imtina edilmişdir. - 12.10.2017-ci il tarixində baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İİ mərhələ xroniki dissirkulyator və X10-beyin travmasının (xx.xx.2016); baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri, hipertenziv və epileptik əlamətlərlə, travmatik ensefalopatiya, tez-tez epileptik qıcolma tutmaları-ayda 6-8 dəfə, sol yarımkürədə xroniki subdural hematoma, postravmatik vegeto-damar distoniyası, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyin qan damar çatmamazlığı İİ dərəcə, kəllədaxili hipertenziya, qavramada analiz və sintezin pozulması, yaddaş və diqqət pozğunluğu, nitq və kordinasiya pozğunluğu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (epilepsiya, tez-tez təkrarlana (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G41.9)) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində X10beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri postravmatik ensefalopatiya, üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və psixotik epizodlarla, kompleks parsial qıcolma tutmaları ilə müşahiə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) diaqnozun mətni ilə göndərişin natamam doldurulması (xəstənin aktiv sürücülük vəsiqəsi vardır, xəstəliyi ilə uyğunuzluq təşkil edir) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində keçirilmiş kəllədaxili travmaların nətiəcləri, keçirilmiş QKBT, baş beyin silkələnməsinin qalıq əlamətləri, postravmatik ensefalopatiya diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmr barədə qərar qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2023-cü il tariixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasl Qanununun 33-cü maddəsinin V hissəsinin 3-cü bəndinin tələbinə əsasən xəstəliyi müalicə olunanadək və ya fiziki qüsurlarınız aradan qaldırılanadək nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırılmış və bununla bağlı xx.xx.2023-cü il tarixdə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminə müvafiq qeydiyyat aparılmışdır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 3-17-4/3-3-2339/2023 nömrəli xx.xx.2023-cü il tarixində qəbul edilmiş qərarında bildirilmişdir ki, R. Fərmanlıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 173 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli piramid çatışmazlığı, davamlı veqetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissirkulyator və keçirilmiş kəllə-beyin travması (xx.xx.2016), baş-beyinin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma zamanı sidiyini saxlaya bilməməsi, psixoloji problemlərinin olduğunu, getdiyi yeri tapa bilmədiyini, daima hücum olacağından gecələr bicaqla yatdığını, həyəcanlanarkən danışa bilmədiyini bildirmiş, halhazırda medikamentoz preparatlarda “Depakin”, “Vertazin” qəbul etdiyini qeyd etmişdir. Psixi statusunda psixotik çalarlar izlənilməmiş, yegənə tibbi rəyində qeyd olunmuş diaqnoz ilə vətəndaşın klinik statusu arasında uyğunsuzluq aşkarlanmış, həmin diaqnozun etiologiyası epilepsiya mənşəli olduğu olaraq dəyərləndirilsə də, vətəndaş epileptik tutmanı izah edə bilməmiş, təsvir etdiyi əlamətlər epitutmanı təsdiqləməmişdir. Nevroloji baxış zamanı 12 cüt kraniaİ sinirlər norma daxilində, yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, patoloji reflekslər izlənilməmiş, piramidal çatızmalıq müşahidə edilməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və psixotik epizodlarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına 2 saylı X13 xx.xx.2022-xx.xx.2022-cı ıl tarixli 4282 nömrəli Çıxarışda diaqnoz “X10-beyin travması, baş-beyin silkələnməsinin qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Saçı tərəfli hemiparez (əzələ qüvvəsi 3-3.5 bal). Simotomatik epilepsiya, qıcolma tutmaları ilə (ayda 5-6 dəfəl Üzvi mənşəli (travmatik üepilepsiva nəticəsində) koqnitiv funksiyaların enməsi və psixotik epizodlarla. OH-işemik neyropatiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Real Hospitalın xx.xx.2022-ci il tarixli EEG müayinəsinin nəticəsi “EEG şəkli yaş sərhədlərinə uyğundur. Sol aparmalarda epileptiform paroksizmlər izlənilir. Beyin qabırğanın irritasiyası müşahidə olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli Kranil KT müayinəsinin nəticəsi “Sol gicgah payında fokal postişemik-qliotik ocaq qeyd olunur. Alın pavının iki tərəfində hipodens qliozisə xarakter ocaqlar qeyd olunur. Alın-gicgah nahiyəsində subaraxnoidal sahədə~6mm qalınlıqda genişlənmə izlənir,- postravm. Olduğu düşünülmüşdür (keçirilmiş subdural qansızma inkar edilmir). Beyin şırımları, Silvian yarıqları dərinləşmiş, subaraxnoidal sahənin genişliyi artmışdır-kortikal ensefalopatiya xarakter” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən edən cavabdeh qurumun mütəxəssisi izahat verərək bildirdi ki, aparılmış müayinənin nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıda vaxtilə keçirilmiş kəllə-beyin travması sağalmış və hazırda hər hansı ağırlaşması hazırda qalmadığından əlilliyin təyinatından imtina edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadi ilə hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxx 1988-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? -İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? -İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - xx xxxx 1988-ci il tarixdə doğulmuş İddiaçı tərəfindən həkim reseptinə uyğun olaraq qəbul edilən edilən dərmanlar hansı xəstəliklərin müalicəsi üçündür? - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) hər hansı əlaməti qalmadan tamamilə müalicə oluna bilərmi? - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) hansı ağırlaşmalara (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) səbəb ola bilər? - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) sonradan hər hansı psixi pozuntuya və ya üzvi mənşəli şəxsiyyət pozuntusuna səbəb ola bilərmi; - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) sonradan kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya simptomatik epilepsiya və epileptik sindromlar, simpromatik epilepsiya qıcolma tutmalarına (ayda 5-6 dəfə) səbəb ola bilərmi? - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) spastik hemiplegiya, sağtərəfli hemiparezə səbəb ola bilərmi? - Sağtərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən İ (birinci) mərhələ xroniki dissikulyator və keçirilmiş kəlləbeyin travması, baş-beynin ocaqlı travması, baş-beynin silkələnməsindən sonrakı ensefalopatiyanın nəticələri (posttravmatik ensefalopatiya) sonradan görmə itiliyinin pozulmasına səbəb ola bilərmi?
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən keçirilmiş ekspertizaya əsasən 1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: - İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı T00058935HTZ nömrəli FORMA 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: X10 Beyin Travması, baş beyin silkələnməsinin qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və psixotik epizodlarla. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Simptomatik epilepsiya” diaqnoz onun hazırkı vəziyyətinin göstəricisidir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. R.F. Fərmanlının iş materiallarında həkim resepti olmadığından onunla əlaqədar qərarın 4-cü sualının cavablandırılması mümkün olmadı. Qeyd edilən əsas xəstəlik xroniki hala keçdiyindən və ixtisaslaşmış müalicə müassisəsində aparılmış müalicədən sonra xəstəliyin tamamilə sağalması mümkün deyildir. Əsas xəstəliyin hazırkı ağırlaşmaları aşağıdakılardır: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu konqnitiv funksiyaların enməsi və psixotik epizodlarla. G81.1-Spastik hemiplegiya, sağtərəfli hemiparez (əzələ qüvvəsi üç yarım 3,5 bal); G40.2-Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Simptomatik epilepsiya qıcolma tutmaları ilə (ayda 5-6 dəfə). İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar psixi statusuna təsir edəcək hər hansı bir hadisə baş verərsə onun psixi satusunda dəyişikliklərin (epileptik sindromların və simptomatik epilepsiyanın qıcolma tutmaları ilə (ayda 5-6 dəfə), spastik hemiplegiyanın, sağtərəfli hemiparezin və sonradan görmə itiliyinin pozulmasının) istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə hamısının yaranmasını inkar etmək olmaz.
11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
13. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
20. Hazırki iddia məcburetməyə dair iddiadır.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
22. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin sonuncu xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (göndərişin natamam doldurulması). Həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
23. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
24. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
26. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) xx.xx.2016-cı tarixdə postda rabitə vasitələrinin antenlərini düzəldərkən düşmən tərəfindən atəşə tutulmuş damın üstündən yıxılaraq travma almışdır. Əsas: N nömrəli hərbi hissənin komandirinin xx.xx.2016-cı il tarixli 374 nömrəli travma haqqında arayış. Başında ağrı ürəkbulanma qusma halsızlıq şikayətləri ilə xəstə xx.xx.2016-cı ildə N nömrəli hərbi hissəyə gətirilmiş müayinə nəticəsində Qapalı kəllə beyin travması baş beynin silkələnməsi diaqnozu ilə müalicə almış və ətraflı müayinə məqsədilə SQBKH-na göndərilmişdir, xəstədə keçirilmiş QLBT Baş beyin silkələnməsindən s/vəziyyət Diskogen mənşəli bel-oma radikuliti .xx.xx.2016-xx.xx.2016 tarixdə stasionar müalicə alıb. Epikriz №6899.Təkrar SQ BKH-da xx.xx.2016-xx.xx.2016 tarixdə stas.müal.alıb. X/V №8576 DZ;Keçirilmiş QLBT (xx.xx.2016) Baş beyin silkələnməsindən sonra ayrı-ayrı dağınıq nevroloji nişanələr vegetativ damar davamsızlığı postkommosion asteno-sefalgik sindrom. Sonrakı dövrlər dəfələrlə Ə.Cəbiyev adına Masallı Rayon Xəstəxanasınds stas.müal.alıb. xx.xx.2021 tarixdə MNX-da göz müay.olunmuşdur. OU-akkomodasiya spazmı.işemik neyropatiya. xx.xx.2022 TED professor Fuad İsmayılov tərəfindən müayinə olunub DZ;Üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və psixotik epizodlarla F07.0.xx.xx.2022 tarixdə Az.Mirqasımov adına RKX-da müay.olunub.Tibbi vərəq №963.Dz;Keçirilmiş QLBT Baş beyin silkələnməsindən sonrakı ensefalopatiya simptomatik epilepsiya sağtərəfli piramid çatmamazlığı.xx.xx.2022xx.xx.2022 Əfəndiyev adına XTM PHŞ stas.müal alıb X/V №4282. Bəbəklər OD=OS fotoreaksiya canlıdır konvergensiya və akkomodasiyanın çatmamazlığı kənar aparmalarda horizontal nistaqm Nitqi udqunması sərbəstdir reflekslər böyükdür yüksəkdir sağtərəfli refleksogen zona genişlənmişdir sağtərəfli hemiparez (əzələ qüvvəsi 3-3.5 bal) romberq vəziyyətində dayanıqsızdır uzadılmış əllərdə və kipriklərdə tremor qeyd edilir, emosional labildir yaddaşı və diqqəti enmişdir. Xəstədə huşun itməsi ilə davam edən generalizə olunmuş tonik klonik qıcolma tutmaları olmuşdur. Qeyd: Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən ahnmışdır (xəstəlik haqqında şəhadətnamə 173.(xx.xx.2016))
27. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən); 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır); 6.7.4 ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi, Azərbaycan Respublikası İcbari “Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
28. Məhkəmə hesab edir ki, faktiki olaraq təyin edilmiş məhkəmə-tibb ekspertizası rəyinə əsasən iddiaçının əlillik dərəcəsi təyin etməyə imkan verən xəstəliyin mövcud olması və əsas xəstəlik xroniki hala keçdiyindən və ixtisaslaşmış müalicə müəssisəsində aparılmış müalicədən sonra xəstəliyin sağalmasının mümkün olmaması təsdiqlənmişdir. İddiaçının bu xəstəlikdən əziyyət çəkdiyi işin təkzibolunmaz haldır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 6.7.1 epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) – 35-60 faiz; 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)– 65-80 faiz; 6.7.4 ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik)– 85-100 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir.
31. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) əlilliyin təyin edilməsi kimi təyin edilməlidir. 32.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
35. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
36. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
37. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
38. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
39. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
40. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir.
41. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva