Məhkəmə qərarları › İş №2-1(112)-9632/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9632/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9632/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin sövdələşmə qiymətinə uyğun olaraq hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin sövdələşmə qiymətinə uyğun olaraq hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Bakı Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, **********4187 saylı gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə uyğun olaraq hesablanması öhdəliyinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Karataş Kozmetik" firmasınndan “Zenix” ticarət nişanlı 1 litr şampunun bir ədədini 1.33 ABŞ dolları, 250 ml şapunun bir ədədini 0.70 ABŞ dolları, “Zenix” üz masqalarının bir ədədini (350 ml) 0.55 ABŞ dolları olmaqla cəmi 5821.88 ABŞ dolları miqdarında məhsulu xx.xx.2025-ci il tarixli, **********4187 saylı gömrük bəyannaməsindən göründüyü kimi sifariş etmişik, lakin gömrük orqanı tərəfindən həmişə olduğu kimi məhsulun ölkəyə idxal edilməsinə maneəçilik törədilir. Əlavə olaraq 500 ABŞ dolları miqdarında daşıma xərci ödəmişik. Belə ki, gömrük orqanı əsassız olaraq bildirişlə ümumi məhsulu 10747.20 manatın 16982.19 manata düzəliş edilməsini tələb edir. Gömrük orqanı bildirişə uyğun olaraq “Zenix” ticarət nişanlı 1 litr şampunun bir ədədini 1.75 ABŞ dolları, 250 ml şapunun bir ədədini 1.55 ABŞ dolları, "Zenix" üz masqalarının bir ədədini (350 ml) 0.96 ABŞ dolları kimi hesablamışdır. xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən 250 ml şampunun bir ədədini 0.70 ABŞ dolları miqdarında alınmış və gömrük orqanı tərəfindən qeyd edilən qiymətə rəsmiləşdirilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı Baş Gömrük İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı “gömrük ödənişlərinin hesablanması” adlı iddia tələbinin əsassız olduğu nəzərə alınaraq iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri başa düşülür. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il Tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-mVH maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdan ibarətdir. Məhkəməyə ünvanlanan iddia ərizəsinin mahiyyəti ilə bağlı bildirmək istərdik ki, AR Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannarnəçidən müvafiq düzəlişlərin aparılmasını^ tələb etmək hüququna malikdir. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəlltnin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmçinin, malların gömrük dəyərinin yenidən müəyyən edilməsi və mallara dair fiziki, texniki, ticarət və sair özünə məxsus göstəricilərini təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı müraciət edildikdə. Gömrük Məcəlləsinin 258-ci və 246.1,-ci maddələrinin tələblərinə uyğun, müəyyən edilmiş gömrük ödənişlərin həcminə barəbər təminat təqdim olunduqdan sonra mallar şərti olaraq sərbəst dövriyyəyə buraxıla bilər. İddiaçının ərizədə mübahisələndirdiyi **********4187 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında “ZENİX professional” ticarət nişanlı şampunlarvə üz dərisi üçün maskalar” adlı malların gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim edilmiş, bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönləndirilmişdir. Araşdırma zamanı bəyannaməçi tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, təqdim olunmuş 13.03,2025-ci il tarixli KKK**********059 nömrəli invoys sənədində mallar haqqında məlumatlar kifayət qədər göstərilsə də, endirim tətbiq edilmiş mallar, endirimin faiz nisbəti barədə əlavə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar” ınm 1.4.2-ci bəndinə əsasən, endirim anlayışı “müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə mütləq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalma” kimi nəzərdə tutulur. Həmin qərarın 2.18-ci bəndinə görə, gömrük dəyərləndirilməsi zamanı satıcı tərəfindən idxal olunan mala aid olan və bəyanetrhə anında qüvvədə olan müqavilədə tətbiqi və həcmi nəzərdə tutulan endirimlər gömrük orqanı tərəfindən nəzərə alınır. Eyni zamanda qeyd etmək istərdik ki, NK-nin sözügedən qərarı endirimi yalnız konkret mallara münasibətdə, həcmi və şərtləndirən amilləri qeyd edildiyi halda gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məlumat üçün bildiririk ki, Dövlət Gömrük Komitəsinin 3-33/3-2-000212/2023 nömrəli 11.08,2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin Vahid Metodikası” nın 4-cu bölməsi “Gömrük dəyərində endirimlərin tətbiqi xüsusiyyətləri” adlanır. Həmin bölmədə qeyd edilir ki, Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor-kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Endirimlər təsir dairəsinə görə iki cür olur: mal vahidinə tətbiq edilən endirimlər (distributer, diler, partnyor, malın həcminə və ya miqdarına verilən, mövsümi və müddətli); ticarət-kommersiya endirimləri (ödəniş üsuluna görə, birdəfəlik, bəzi xərclərin əvəzlənməsi məqsədi ilə verilən bonuslar). Gömrük dəyərinə münasibətdə endirimlər yalnız bilavasitə mal vahidinə tətbiq ediləndə nəzərə almır, ticarət-kommersiya endirimləri isə gömrük dəyərinin müəyyən edilməsi zamanı qiymət əmələgəlmə amili kimi çıxış edə bilməz Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor- kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Gömrük dəyərinin müəyyən edilməsi zamanı endirimlərin nəzərə alınması tələb olunan mütləq kriteriyalar aşağıdakılardır: distributer endirimlərində: mal satan həmin malın istehsalçısı olmalıdır; qiymət presÄantı alqı-satqı sənədlərinə əlavə olunmalıdır; diler endirimlərində: mal satan həmin malın İstehsalçısı və yaxud distribüteri olmalıdır; qiymət cədvəli mütləq şəkildə alqı-satqı sənədlərinə əlavə olunmalıdır: partnyor endirimlərində: qiymət cədvəli alqı-satqı sənədlərinə əlavə olunmalıdır; malın kəmiyyətinə görə endirimlərdə: həcm və ya miqdara görə edilən endirim cədvəl şəklində alqı-satqı sənədlərinə əlavə edilməlidir. Mal vahidinə tətbiq edilən endirimlər beynəlxalq təcrübədə qəbul edilmiş ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) gömrük dəyərində nəzərə alına bilər. Təklif edilən endirimlərin ticarət məqsədi (dövriyyənin artırılması, bazar payının yüksəldilməsi, miqdar- qiymət nisbəti və s.) aydın olmalıdır və müvafiq sənədlərdə (əvvəlcədən bağlanmış müqavilələr və s.) əks etdirilməlidir. Yuxarıda qeyd olunmuş əsaslar nəzərə alındıqda iddiaçı Öz iddia ərizəsində idxal etdiyi malların müxtəlif əsaslarla endirimli qiymətə aldığını bildirsə də, bununla bağlı gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Malların əsas sövdələşmə sənədi hesab edilən istehsalçı “X4 Sah. Ve Tic.Aş''ilə distributer İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli beynəlxalq distributerlik müqaviləsində ümumiyyətlə malların endirimli qiymətlə alıcıya satıla biləcəyi səbəblər və şərtlər, endirimin hansı növ olduğu, endirimin hər bir məhsula tətbiq edilmiş faiz nisbəti ilə miqdarı və bunun nəticəsində alıcı və satıcının əldə edəcəyi mənfəət barədə heç bir bənd daxil edilməmişdir. Həmçinin, distributerlik müqaviləsində “X4 San. Ve Tic.Aş” şirkətinin malların istehsalçısı olduğu qeyd edilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında malların istehsalçısı barədə də hər hansı məlumat göstərilmədiyini bildirmək istərdik. Bununla bağlı gömrük rəsmiləşdirilməsi zamanı iddiaçıdan qeyd olunan çatışmazlıqlarla bağı zəruri təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədlər gömrük orqanına təqdim edilməmişdir. Məhz buna görə də gömrük orqanı zəruri prosessual hərəkətlər çərçivəsində bəyan edilmiş malların istehsalçı firmasına qeyri - rəsmi sorğu ünvanlamışdır (Rəsmi sorğunun ünvanlamalı kifayət qədər vaxt tələb etdiyi nəzərə alınaraq bu addım atılmışdır.). Satıcı “X4 San. Ve Tic.Aş” tərəfindən alıcı İddiaçı MMC - yə satış məqsədilə tərtib edilmiş invoysda “Zenix hair protein&keratin shampoo 1000 ml, Zenix hair shampoo black garlic 1000 ml və Zenix pre treatment prufying shampoo 1000 ml” adlı mübahisələndirilən malların bir ədədinin 1.33 ABŞ dolları qeyd olunduğu halda, satıcı tərəfindən sorğu əsasında təqdim olunan eyni malın invoys dəyəri “EXW” çatdırma şərti ilə 2.50 avro, “Zenix hair care shampoo black garlic 250 ml və Zenix hair care shampoo rosemary 250 ml” ” adlı mübahisələndirilən malların bir ədədinin 0.70 ABŞ dolları qeyd olunduğu halda, satıcı tərəfindən sorğu əsasında təqdim olunan eyni malın invoys dəyəri “EXW” çatdırma şərti ilə 3.00 avro, “Zenix clay face mask argan 350 ml, Zenix clay face mask honey 350 ml və Zenix clay face mask strawberry 350 ml” adlı mübahisələndirilən malların bir ədədinin 0.55 ABŞ dolları qeyd olunduğu halda, satıcı tərəfindən sorğu əsasında təqdim olunan eyni malın invoys dəyəri “EXW" çatdırma şərti ilə 1.30 avro olaraq təklif edilmişdir. Göründüyü kimi istehsalçı tərəfindən göndərilən “qiymət siyahısında nəzərdə tutulmuş dəyərlər iddiaçının iddia etdiyi malların dəyərindən təxminən 70 faiz daha çoxdüf. Əlbəttə RU distributerlik müqaviləsi bağlanıldığı, halda istehsalçı tərəfindən distributer təqdiri edilən malların qiymətlərində müəyyən faiz nisbətində fərq mövcud olmağı tamamilə normaldır. Lakin mallara tətbiq olunmuş endirimin ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) olması əsas götürüldüyü halda iddiaçının idxal etdiyi mallar üçün tərtib edilmiş invoysda malların satış qiymətinin 70 faizi məbləğində endirimin özü də beynəlxalq təcrübəyə əsasən ağlabatan məbləğ kimi müəyyən edilə bilməz. Sözügedən malların maya dəyərinin məbləği ilə bağlı müqavilə və ya digər hər hansı bir sənəddə hər hansı müddəa göstərilməmişdir, lakin tətbiq edilmiş endirimin həcminin malın maya dəyərindən də az ola biləcəyi ehtimalını təxmin etmək çətin deyildir. Beləliklə, nəzərə alsaq ki, iddiaçı ilə bağlanmış sövdələşmə üzrə distrubuter müqaviləsində yuxarıda qeyd etdiyimiz çatışmazlıqlar mövcud olmuşdur, iddiaçının iddia etdiyi invöys dəyərləri əsasında malların gömrük rəsmiləşdirilməsinin başa çatdırılması beynəlxalq və milli gömrük qanunvericiliyinə birbaşa ziddir. Malların alıcının ünvanına çatdırılma şərtləri sənədlərdə “EXW istanbur’ kimi qeyd olduğunu nəzərə alaraq onların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənmə-boşaldılması, sığortalanması, dəniz limanlarında saxlanc və demuraj xərclərinin təfsiiatları barədə sənədlər və məlumatlar təqdim edilməmişdir. Qeyd olunan distributerlik müqaviləsinin 6.3-cü bəndində istehsalçı firmaya malların alınması müqabilində ediləcək ödənişlərin sifariş olunan zaman 35%-nin, yüklənmə zamanı (Türkiyə anbarında) isə qalan 65%~nm ödəniləcəyi-qeyd edilsə də, gömrük bəyannaməsinin 20~ci qrafasının 3-cü yarımbölməsində ödəniş üsulü “120” (sonradan ödəniş) olaraq bəyan edilməsi və gömrük orqanına hər hansı bank köçürmə sənədinin təqdim edilməməsi özü də müqavilənin düzgün formada tərtib edilmədiyini bir daha təsdiq etmiş olur. Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD**********2 nömrəli xx.xx.2025- ci il tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin gömrük dəyərinə düzəlişlə bağlı bildirişdə yuxanda sadalanan səbəblərlə bağlı malların gömrük dəyərində 2225.89 manat fərq yarandığı qeyd: edilmişdir.Lakin bəyannaməçltəqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişi təsdiq etməkdən imtina etmişdir. Həmin bildiriş əsasında malların istehsalçı tərəfindən təqdim edilmiş qiymət siyahısındakı dəyərlərdən 30-50 faiz miqdarında distributerlik müqaviləsi ilə nəzərdə tutula bilən həcmdə məbləğlər çıxılmaqla yeni gömrük dəyəri müəyyən edilmişdir. Yuxarıda sadalanan çatışmazlıq və uyğunsuzluqları nəzərə alsaq gömrük orqanı tərəfindən elektron bildirişlə təklif edilən yeni dəyər kifayət qədər dürüstləşdirilmiş dəyər hesab edilməlidir. iddiaçı tərəfindən gömrük orqanına "xxxx" ASC-dən alınan 2235 manat həcmində 1252 nömrəli xx.xx.2025-ci il tarixli bank qarantiyası növündə təminat təqdim edilməklə sözügedən malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Məlumat üçün bildirmək istərdik ki, eyni müqavilə əsasında iddiaçı tərəfindən daha əvvəl də, yəni xx.xx.2025-ci il tarixdə də mallar idxal edilmiş, eyni səbəblərdən malların gömrük dəyərinin dürüstləşdirilməsi zərurəti yaranmış və gömrük orqanı tərəfindən təqdim edilən gömrük dəyərinə düzəliş bildirişi iddiaçı tərəfindən qəbul edilərək malların gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Maraqlıdır ki, iddiaçı iddia etdiyi sövdələşmə qiymətlərinin nəzərə alınmasını tələb edirsə, daha öncəki idxal prosesində eyni vəziyyətlə bağlı təqdim edilmiş GDD-ni qəbul edərək, malların yeni gömrük dəyərinin həcmi ilə razılaşması iddianın əsassız olduğunu göstərir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:i 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 225. Gömrük rüsumları 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 226. Gömrük rüsumlarının növləri 226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

18. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; ... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;

19. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-696/2025 nömrəli) qəbul etdiyi qərardadında qeyd edilir ki: “9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını açıqlamamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2486/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-732/2024 nömrəli qərarları). Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.” Beləliklə məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin normalarına və artıq kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş,, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. İnzibati orqan inzibati icraat aparılması zamanı həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsalı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, **********4187 saylı gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə uyğun olaraq hesablanması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar