Məhkəmə qərarları › İş №2-1(112)-9635/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9635/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9635/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1-ci qrup əlil olan xx.xx.2005-cı il təvəllüdlü övladı X6 qulluq etdiyinə görə uşağının 18 yaşı tamam olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2005-ci il təvəllüdlü övladı X10 anadangəlmə “autizm, Kanner sindromu, ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları” xəstəliklərindən əziyyət çəkir və oğlu anadangəlmə 1-ci qrup “müddətsiz” əlildir. xx.xx.2005-ci il təvəllüdlü övladı X7 doğulan gündən bugünə kimi iddiaçı baxmışdır. xx.xx.2023-ci il tarixində iddiaçının övladı X4 18 yaşı tamam olduğu üçün “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi dayandırılmışdır. Bundan sonra təqaüdün dayandırılma səbəbini cavabdehdən soruşduqda iddiaçıya bildirilmişdir ki, uşaq 18 yaşına çatdığı üçün iddiaçı həmin təqaüdü ala bilmək üçün qəyyum olmalıdır. Bu səbəbdən də iddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək “xx.xx.2005-ci il təvəllüdlü övladı X4 fəaliyyət qabiliyyətinin olmaması barədə” iddia qaldırmışdır. İddia tələbi təmin olunmuş və xx.xx.2023-cü il tarixli 2(008)-5775/2023 saylı qətnamə qət olunmuşdur. İddiaçı daha sonra həmin qətnaməni Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətin Başçısının xx.xx.2024-cü il tarixli 54 N-li Sərəncamına əsasən İddiaçı xx.xx.2005-ci il təvəllüdlü övladı X4 qəyyumu təyin edilmişdir. Bundan sonra cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialına müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü övladı X4 18 yaşı tamam olan gündən bugünə kimi “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi xahiş etmişdir. Lakin, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialı iddianın müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-96772/2024 N-li cavabında bildirmişdir ki, “Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətin Başçısının xx.xx.2024-cü il tarixli 54 N-li Sərəncamına əsasən H.Əliyev üzərində xx.xx.2024-cü il tarixindənb qəyyum təyin edildiyinizdən həmin tarixdən əvvəlki dövr üzrə ona qulluğa görə Prezident Təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən 50 manat məbləğində “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 100 manata çatdırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən X5 xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilib və iddiaçıya ona qulluğa görə xx.xx.2024-cü il tarixindən (qəyyum təyin edildiyi tarixdən) Prezident təqaüdü təyin edilmişdir. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamına əsasən H.Əliyev üzərində xx.xx.2024-cü il tarixindən qəyyum təyin edildiyinizdən sizə həmin tarixdən əvvəlki dövr üzrə ona qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ olduğu bildirilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək İ qrup əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün əlilliyin təyin olunduğu vaxtdan ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-96772/2024 nömrəli imtina məktubunda qeyd olunan dövr üzrə təqaüdün ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan MElS-in “Sosial ödənişlər” altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə, xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli qərar ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü", xx.xx.2024-cü il tarixli qərar ilə isə xx.xx.2024-cü il tarixdən etibarən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü təyin edilmişdir. İş materiallarında olan MEİS-in “Əlillik" altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 90 faiz) əlillik müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-5775/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 nömrəli sərəncamına əsasən Əliyeva X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-5775/2023 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Həm qanunvericiliyin tələbinə, həm də xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2023-cü il tarixədək (yəni X5 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X6 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 90 faiz) əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən aşağıdakılar qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: - 2019-cu il aprelin 1-dək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; - Təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir; - Bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydasfnm 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2- Ə-96772/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və İddiaçı ona qulluğa görə xx.xx.2024-cü il tarixdən (qəyyum təyin edildiyi tarixdən) Prezident təqaüdü təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamına əsasən H.Əliyev üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyindən İddiaçı həmin tarixdən əvvəlki dövr üzrə ona qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Bu səbəbdən də İddiaçı qəyyumluğun xx.xx.2024-cü il tarixdən təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Diqqətəlayiq hallardan biri də budur ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüd hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Bu halda isə Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5775/2023 nömrəli Qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “X5 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 54 №-li Sərəncamı ilə İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X11 üzərində qəyyum təyin edilmişdir.

8. İş materiallarında olan AZ-İ 581189 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X11 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X3, anası İddiaçıdır.

9. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X11 uşaq autizmi. Kanner sindromuş nitq artikulyasiyasının spesifik pozğunluğu. Hiperkinetik davranış pozğunluğu. Yüngül kəmağıl qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq kimi təyin edilmişdir (qiymətləndirmə tarixi: xx.xx.2020-ci il; təyinatın tarixi: xx.xx.2020-ci il).

10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı X5 qəyyumu olaraq xx.xx.2024-cü il tarixdən təyin edildiyindən, prezident təqaüdü də məhz həmin tarixdən təyin edilmişdir. Eyni zamanda bildirdi ki, X6 orqanizmin funksiyalarının 81-100 fazi pozulmasına görə əlillik xx.xx.2023-cü il tarixdə təyin edilsə də, 18 yaşınadək əlilliyi ilə əlaqədar sağlamlıq imkanları məhdud şəxs kimi qeydiyyata alınmışdır.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

17. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 643 nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.

19. Cavabdeh orqan müvafiq qaydaların 2.2.3-cü maddəsinə istinad edərək (Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətini əsas kimi nəzərə alaraq) İddiaçı münasibətdə prezident təqaüdünü xx.xx.2024-cü il tarixdən təyin etmişdir. Belə ki, cavabdeh orqan mövqeyini əsaslandırmaq üçün bildirir ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 №-li Sərəncamı ilə xx.xx.2005-ci il təvəllüdlü X11 üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edilmişdir.

20. Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təvsir olunaraq tətbiq edilməlidir.

21. X19 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X19 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X16rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X12 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

22. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olun

23. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.

24. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır.

25. Digər tərəfdən məhkəmə qeyd edir ki, müvafiq Qaydanın 2.2-ci maddəsində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin həqiqətən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir.

26. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasının 2.2.3-cü maddəsi deyil, 2.2.1-ci maddəsi tətbiq edilməlidir.

27. Belə ki, işin mübahisəsiz halı aşağıdakılardan ibarətdir: 1) MElS-in “Sosial ödənişlər” altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə (xx.xx.2019-cu il tarixli qərar ilə), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə (xx.xx.2019-cu il tarixli qərar ilə), xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə (xx.xx.2020-ci il tarixli qərar ilə) “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. Odur ki, X11 (iddiaçının oğlu) 18 yaşı tamam olan tarixədək İddiaçı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. 2) İş materiallarında olan AZ-İ 581189 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X11 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X3, anası İddiaçıdır. Odur ki, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin (X5) ailə üzvüdür.

28. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixədək (X11 18 yaşına çatanadək) iddiaçıya münasibətdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün təyin edilmiş olması iddiaçının cavabdeh tərəfindən X6 qulluğu edən şəxs olaraq qəbul edilməsi kimi nəzərə alınmalıdır.

29. Müvafiq qaydalarda nəzərdə tutulan prezident təqaüdü mahiyyətcə eyni vəziyyətdə olan (əlilliyi olan şəxsə qulluq edən) şəxslərə tətbiq edilir, təqaüdün formasını fərqləndirən tək meyar əlilliyi müəyyən edilmiş şəxsin yaşıdır (18 yaşına çatıb-çatmaması: 1)Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və ya 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər).

30. Məhkəmə nəzərə alır ki, hazırki işdə İddiaçı və oğlu X11 arasındakı münasibətlərdə hər hansı faktiki dəyişiklik olmamışdır (iddiaçı əvvəllər olduğu kimi oğluna qulluq etməkdə davam etmişdir), hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X5 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır.

31. Məhkəmə hesab edir ki, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun oğluna qulluq etməsini yenidən təsdiqləyən qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), İddiaçı X5 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır.

32. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir.

33. Qaydaların 2.2.3-cü bəndinə əsasən “məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti”nin təqdim edilməsi tələbi şəxsə təqaüdün məhz qəyyumluq və himayəçilik orqanının qərarının qəbul edildiyi tarixdən təyin edilməli olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, təqaüdü almaq hüququ məhz orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi nəzərdə tutulur.

34. İş materiallarından görünür ki, X6 xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəncəli əlillik təyin edilmişdir.

35. Odur ki, iddia təmin edilməli, İddiaçı “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” xx.xx.2023-cü il tarixdən hesablanmaqla ödənilməlidir.

36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan övladı X6 qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2023-cü il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar