Məhkəmə qərarları › İş №2-1(112)-9638/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9638/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9638/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 6 saylı evin, 14 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ərizə ilə xx.xx.2021-ci il ərizə ilə müraciətinə xx.xx.2021ci il **********53 saylı məktubunda göstərmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9 və 35.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı sözügedən ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün etdiyi müraciətə imtina alsa da, o, öz konstitutsion hüququndan istifadə edərək Azərbaycan Respublikası Konstitutsiyasının 60.İV bəndini rəhbər tutaraq dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində və istifadəsində olan ünvan 6 saylı evin, 14 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1 -ci, 21.9-cu, 35.1 -ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, mənzilə bitişik 24.5 kv.m əlavə sahə inşa edilmişdir. Mənzilin ümumi sahəsi qeydiyyat vəsiqəsinə əsasən 42.5 kv.m, faktiki isə 83.5 kv.m təşkil edir. Mənzildən küçəyə 2 ədəd əlavə qapı açılmış, daxilində rekonstruksiya işləri aparılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir...Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4-cü bəndinə əsasən şəhərsalma sənədləri üzrə sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər(rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 30/3476 qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda 14 №li mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2004-cü il tarixdə İddiaçı adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsində 132 №li reyestr kitabının 19824-cü səhifəsində qeydə alınmışdır. -"xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan 03 dekabr 2009-cu il tarixli məktubdan görünür ki, “Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37, mənzil 14 ünvanda yerləşən mağazanın elektrik təchizatı haqqında” iddiaçının 20 noyabr 2009-cu il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, tələb olunan gücü 8 kVt olan mağazanın elektrik təchizatının təmini üçün 308 saylı transformator məntəqəsinin (TM) 0.4 kV-luq paylayıcı qurğusundan qidalanan A.Neymətulla küçəsi. 37 saylı binanın 0,4 kV-luq paylayıcı lövhəsindən 1 kV-luq kabel xətti çəkməli, obyektin girişində, asan görünən yerdə qapısı möhürlənmiş xüsusi metal qutuda yerləşdirilmiş giriş qurğusu, paylayıcı lövhə və sayğac komplekti quraşdırmalı, elektrik avadanlıqlarının metal hissələrini torpaqlamalı, enerji ödənişi hesabatı obyektdə quraşdırılmış sayğacla aparılmalıdır. Elektrik təchizatı cizgisini "xxxx" ASC ilə razılaşdırmalı, əlavə güc 110/35/6 kV-luq 227 saylı yarımstansiyanın 10 kV-luq şəbəkəsindən qidalanacaqdır. Obyektin razılaşdırılmış gücü 8 kVt-dır. Abonent bu güc həddini aşarsa, obyektin elektrik təchizatı dayandırılacaqdır. Bu zaman abonent yenidən texniki şərtlər almaq üçün müraciət etməlidir. Obyektin şəbəkəyə birləşdirilməsi "xxxx" ASC ilə enerji alqı-satqı müqaviləsi bağlandıqdan, "xxxx" ASC-nin Nəzarət Departamentindən və “Dövlət Enerjinəzarət” idarəsindən işəburaxma aktı alındıqdan sonra mümkün olacaqdır. Texniki şərtlər "xxxx" ASC-nin müvafiq rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarəti altında yüksək keyfiyyətlə, təcrübəli, səriştəli, kif ayət qədər madditexniki bazaya malik personallar tərəfindən yerinə yetirilməlidir. -"xxxx" ASC-nin Nəzarət Departamenti tərəfindən verilən TN-857 №li 04 dekabr 2009-cu il tarixli Arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37, mənzil 14 ünvanda yerləşən mağaza həqiqətən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli TMX-09-3031 nömrəli texniki şərti yerinə yetirilmiş, obyektin şəbəkəyə qoşulmasına etiraz etmirlər. İş materiallarından həmçinin görünür ki, abonentin balansında olan Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37, mənzil 14 ünvanda yerləşən mağazanın birxəttli elektrik təchizat sxemi tərtib olunaraq "xxxx" ASC-nin Nərimanov rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə X7 arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 30/3476 qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı mülkiyyətinə olan Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37 ünvanda yerləşən ümumi sahəsi 65 kv.metrdən ibarət 14 saylı mənzili 14 dekabr 2022-ci il tarixədək X6 icarəsinə vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37 ünvanda yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsinin standartlarına uyğun olub-olmamasının müəyyən edilməsi üçün obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37 ünvanda yerləşən 14 saylı mənzil uzun müddətdir ki, qeyriyaşayış (hal-hazırda pərdə satışı mağazası) qismində fəaliyyət göstərir. Faktiki olaraq sahəsi 85.6 kv.metrdir, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Təyinat üzrə istifadəsi digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin hüquq və mənafelərinə toxunmamaqla ətrafa heç bir maneçilik törətmir. Mənzildə aparılmış rekonstruksiya işləri şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydaların tələblərinə uyğun olaraq qeyri-yaşayış standartlarına cavab verir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********53 saylı, 15 iyul 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və mənzilin qeyriyaşayış sahəsinə keçməsinə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1, 21.9 və 35.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfidnən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanan cavab məktubu ilə arxiv qovluğunda saxlanılan sənədlər təqdim edilmişdir. Qeyd olunan sənədlərə əlavə olunan 22 mart 1994-cü il tarixli müqavilədən müəyyən edilir ki, Q.N.Sotnikov mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37 ünvanda yerləşən 14 saylı mənzili İddiaçı satmışdır. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətçisi olduğu yaşayış sahənin qeyri-yaşayış sahəsinə keçirilməklə dövlət reyestrində mülkiyyətimə verilməsi və adına reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Həmçinin iş üzrə verilmiş ekspert rəyi əsasında da Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 37 ünvanda yerləşən İddiaçı məxsus yaşayış sahəsinin uzun müddətdir ki, qeyri-yaşayış, hazırda pərdə satışı mağazası qismində fəaliyyət göstərdiyi, təyinat üzrə istifadəsi digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin hüquq və mənafelərinə toxunmamaqla ətrafa heç bir maneçiliyin törətmədiyi, mənzildə aparılmış rekonstruksiya işlərinin şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydaların tələblərinə uyğun olaraq qeyri-yaşayış standartlarına cavab verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2.-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Qanunvericiliyin sadalanan normalarının tələblərini hazırki mövcud münasibətlərə tətbiq edərkən müəyyən edilir ki, qeyd olunan ünvanda yerləşən iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlak binanın birinci mərtəbəsində yerləşməklə, altında hər hansı yaşayış sahəsi mövcud deyil. O cümlədən hal-hazırda qeyri-yaşayış sahəsi olaraq pərdə mağazası kimi üzün müddət istismar edilməklə, hər hansı bir mənzilin tərkib hissəsi kimi qalmadığı, həmin sahənin heç bir şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edilmədiyi və istifadə edilməsinin mümkün olmadığı, o cümlədən hal-hazırda icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsi kimi istifadə olunması, ətrafında olan digər sahələrin gediş-gəlişinə heç bir maneçilik törətməməsi müəyyən olunduğundan məhkəmə hesab edir ki, sözügedən obyektin qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda qeyd edildiyi kimi mülkiyyətçi xüsusi mülkiyyətində olan mənzilə dair sərəncam verərək ondan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən «Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir». “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanda yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 6 ünvanda yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar