Məhkəmə qərarları › İş №2-1(112)-964/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-964/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-964/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X7 Pazarlama Ltd” müəssisəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş “X7 Pazarlama Ltd” müəssisəsinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X7 Pazarlama Ltd” müəssisəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli 181 №li Sərəncamının qismən, ünvan 1 ünvanında yerləşən 25331 kv. metr torpaq sahəsinin “X7 Pazarlama Ltd” şirkəti tərəfindən özəlləşdirilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X7 Pazarlama Ltd” müəssisəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə (xx.xx.2023-cü il tarxili) təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli 181 №li Sərəncamının qismən, ünvan 1 ünvanında yerləşən 25331 kv. metr torpaq sahəsinin 2400 kv. metrdən artıq hissəsini təşkil edən 1331 kv. metr torpaq sahəsinin “X7 Pazarlama Ltd” şirkəti tərəfindən özəlləşdirilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş “X7 Pazarlama Ltd” müəssisəsi vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-964/2024 və 2-1(112)- 7/2024 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi barədə qərardad çaxarılmasını xahiş etmiş və vəsatətdə göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında “X8 Pazarlama Ltd” müəsisəsinin və İddiaçı oğlunun tərəf olduğu 2-1(112)-964/2024 və 2-1(112)- 7/2024 saylı inzibati işlər hazırda baxılmaqdadır. 2-1(112)-7/2024 saylı inzibati iş üzrə “X8 Pazarlama Ltd” müəsisəsi mülkiyyətində olan torpaq sahəsinə dair inzibati orqan tərəfindən İddiaçı oğluna verilmiş qanunsuz sərəncamı, 2-1(112)-964/2024 saylı inzibati iş üzrə isə İddiaçı oğlu “X8 Pazarlama Ltd” müəsisəsinə verilmiş sərəncamı hissəvi mübahisələndirir. Mübahisələndirilən sərəncamlar eyni torpaq sahəsinə dair müxtəlif şəxslərə barəsində verilən sərəncamlardır. 2-1(112)-7/2024 saylı inzibati iş üzrə tələb 2018-ci il tarixdən məhkəmənin icraatında araşdırıldığı müddətdə (işin icraatı uzun zaman dayandırılmışdır) yəni, 2023-cü il tarixdə İddiaçı oğlunun iddiası üzrə 2-1(112)-964/2024 saylı inzibati iş icraata götürülmüşdür. İddiaçı oğlu 2-1(112)-964/2024 saylı inzibati işdə iddia tələbinin hüquqi əsası kimi “X8 Pazarlama Ltd” müəsisəsinin 2-1(112)-7/2024 saylı inzibati işdə mübahisələndirdiyi sərəncamı əsas kimi göstərmişdir. Tərəflərin mübahisələndirdiyi sərəncamların predmeti eyni əmlak (torpaq sahəsi) barəsində verilən sərəncamlar olduğundan həmin işlərə bir icraatda baxılması obyektiv və vahid qərarın qəbul edilməsinə xidmət edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya (nümayəndəsi və vəkili) qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş “X7 Pazarlama Ltd” müəssisəsinin nümayəndəsi və vəkili X3 vəsatətə uyğun izahat verərək, məhkəmədən vəsatətin təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 vəsatətin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Faktiki hallar: İş materiallarından görünür ki: - Bakı Şəhəri Sabunçu Rayon İcra Hakmiyyəti Başçısının “Vətəndaş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə hüquqi qeydiyyata alınması barədə” 572 №li 19 noyabr 2012-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanında tikilmiş iki yaşayış otağından sahəsi-53,3 kv. metr, 19,6 kv. metr-qonaq otağından, 39,8 kv. metr – köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi – 16,6 kv. metr anbarın vətəndaş İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin istifadəyə verilməsi barədə” 378 №li xx.xx.2016-cı il tarixli sərəncamı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli 181 №li Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş ( 29 may 2008-ci il tarixli, 120 nömrəli və 22 oktyabr 2008-ci il tarixli. 250 nömrəli qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinim normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən torpaq sahələri həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi qərara alınmışdır (əlavə olunur). Sərəncama əlavə olunmuş “Mülkiyyətçilərə satın alınmaq üçün təklif edilən qeyridövlət vəsaiti hesabına inşa edilmiş müəssiə və obyektlərin yerləşdiyi torpaq sahələrinin Siyahı”sında ünvan 1 ünvanında “X7 Pazarlama Ltd” müəssisəsinin mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi 25331,0 kv. metrdən ibarət qeyd olunmuşdur. - “X7 Pazarlama Ltd” müəssisəsi Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 572 №li 19 noyabr 2012-ci il tarixli sərəncamın ləğv edilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş və qeyd olunan iş hazırda 2-1(112)-7/2024 nömrə altında Bakı İnzibati Məhkəməsinin icraatındadır. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hər iki işin bişləşdirilərək bir icraatda baxılmasını məqsədəmüvafiq saymışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İş materiallarından görünür ki, qeyd olunan işlər bir-biri ilə əlaqəli olmaqla İPM-də nəzərdə tutulmuş eyni məhkəməyə aiddirlər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 37, 56 və 83-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X7 Pazarlama Ltd” müəssisəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair 2- 1(112)-964/2024 saylı iş, iddiaçı “X7 Pazarlama Ltd” müəssisəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair 2-1(112)-7/2024 saylı işlə bir icraatda birləşdirilməklə, 2-1(112)-7/2024 sayllı nömrə altında baxılması davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar