Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9640/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, Birgə iddiaçılar İddiaçı4 və İddiaçı5, Üçüncü şəxs X6 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 üçüncü şəxs qismində X12, Məmmədov Adil Oruc oğlu, X13 və X19 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına Məmmədov Adil Oruc oğlunun adına, ünvan 2 ünvanına X14 adına, ünvan 3 ünvanına X7 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi və onların adına verilmiş çıxarışların ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birgə iddiaçılar daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “ünvan 1 ünvanına Məmmədov Adil Oruc oğlunun adına, ünvan 2 ünvanına X14 adına, ünvan 3 ünvanına X7 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyatlarının ləğv edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdirlər. İddiaçı1 daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçılar siyahısından çıxarılmağı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Məmmədov Oruc Vəli oğlu vəfat edənə kimi Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanındakı mübahisəli mənzildə yaşamışdır. Mərhum Məmmədov Oruc Vəli oğlunun övladları: İddiaçı1, İddiaçı2 oglu, İddiaçı3 oglu, X26 oglu, Məmmədov Adil Oruc oglu, X21 oglu, İddiaçı4, İddiaçı5 bir ailədə böyümüşdürlər. Mərhum Məmmədov Oruc Vəli oğlu vəfat edəndən sonra idiaçıların mərhum anası X8 mülkiyyətində olan Nərimanaov rayonu Ceyhun 1 iacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanında yerləşən, ümumi sahəsi 155,3 kv. m, yaşayış sahəsi 118,1 kv.m, yardımçı 37,2kv. m olan 7 otaqdan ibarət olan mənzilin 14 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixində qanun pozuntusu ilə tərtib etdiyi daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 5 otağı X9 83 faizinə(124,5 kv.m), 1 otağı X16 10.5 faizi (18 kv.m), 1 otağı Məmmədov Adil Oruc oğluna 7 faizi (12 kv.m) hədiyyə edilmişdir. Beləliklə, Bakı şəhəri, ünvan 4 ünvana bölünmüşdür. Həmin çıxarışlara görə aşağıdakı törəmə ünvanlar: ünvan 5dov Adil Oruc oğluna; ünvan 6 ünvanı X16; ünvan 3 ünvanı X9 aiddir. X8 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Onun dəfn mərasimindən sonra məlum olmuşdur ki, kiçik qardaşları X26 oglu, Məmmədov Adil Oruc oglu və X21 oglu mənzili öz aralarında digərlərindən xəbərsiz, bölərək öz adlarına keçirmiş və hər biri qeyd edilən ünvanlara çıxarışlar almışdırlar. ünvan 7 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 X21 oglu, X26 oglu və Məmmədov Adil Oruc oglu ilə ayrı ayrılıqda bağladığı 08 ivıın 2017 ci il tarixli daşınmaz əmlakın bağışlanma müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(102)-5883/2023 nömrəli qətnaməyə əsasən cavabdehlər X26 oglu və Məmmədov Adil Oruc oglu tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2(102)-871/2024 nömrəli qərarı ilə cavabdeh Məmmədov Adil Oruc oglu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış və icra yönəlmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəlmiş, Nərimanov rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, məhkəmə qərarı icra olunmuş və ünvan 8 ünvanında olan mübahisəli daşınmaz əmlaka dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsinə dair məlumat Ədliyyə Nazirliyinin "Elektron Notariat" X1 qeydə alınaraq həmin iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli 3 ünvana bölünmüş ata mülkündən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanına Məmmədov Adil Oruc oğlunun adına; ünvan 9 ünvanına X14 adına; ünvan 3 ünvanına X7 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi və onların adına verilmiş çıxarışlar ləğv edilməsinə dair müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında AR DƏDRXnin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 7 xx.xx.2022-cı ıl tarixli icra vərəqəsi ilə 1 Saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı müvafiq notariat ofisinin məktubu ıdarəyə daxıl olduğu təqdirdə ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçılar tərəfindən xx.xx.2024-cü il tarixində AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinin 4413 saylı cavab məktubu AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Həmin məktubda bildirilir: xx.xx.2017-ci il tarixində rəsmləşdirilərək qeydiyyatı 40-386, 4Ə-387, 4Ə-388 reyestr nömrəsi ilə daşınmaz əmlakın bağışlanması müqavilələri xx.xx.2022-ci il tarixində ləğv edilmiş və reyestr kitabında, həmçinin "Elektron Notariat" X1 müvafiq qeydiyyat aparılmışdır. Beləliklə, qanuni qüvvəsini almış və icra yönəlmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş, Nərimanov rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, məhkəmə qərarı icra olunmuş və Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanında olan mübahisəli daşınmaz əmlaka dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsinə dair məlumat Ədliyyə Nazirliyinin “Elektron Notariat” X1 qeydə alınaraq həmin iş üzrə icraata xitam verilmişdir. X3, X26 oglu və Məmmədov Adil Oruc oglu hər fürsətdən istifadə edərək, məhkəmə qərarının qanuni qüvvəsini almağa əngəllər yaratmışlar. Məhkəmə prosesini uzatmaq üçün bütün mümkün şikayətləri edərək, bu günədək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına maneə olublar. İddiaçılar xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 Saylı Bakı Ərazi İdarəsinə "icra qeydlərinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsinə dair" ərizə ilə müraciət etmişdirlər. Lakin iddiaçılar icra qeydlərinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsinə nail ola bilməmişdirlər. İmtina məktubunda bildirilmişdir ki, ... qeyd olunan ünvanda yerləşən 14, 14B və 14F saylı mənzillərə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 2263/2005 saylı mülki iş mövcuddur. Qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu da, yanlış məlumatdır. Çünki, onlara ASAN xidmət vasitəsi ilə tərəfimizdən bütün sənədlər təqdim edilmişdir. Qeyd edilən, Bakı Apelyasiya Məhkəməsinin icraatında 2(103)-2263/2005 saylı mülki iş İddiaçı1 vərəsə kimi tanınması ilə bağlıdır. O, işin Nərimanov rayon Məhkəməsinin 2(005)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin icrası ilə əlaqəsi yoxdur. Belə bir imtinanın verilməsi üçün xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsində ciddi araşdırma aparılmışdır. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Əlavə olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirilir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktları 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qız 3 ünvana bölünmüş ata mülklərindən törəmə ünvanlar olan: ünvan 12 və qardaşları Məmmədov Adil Oruc oğlunun adına olan 14 saylı, ünvan 12 və qardaşları X14 adına olan 14 F saylı və ünvan 12 və qardaşları X7 adına olan 14 B saylı mənzillərə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın etibarsız hesab edilməsi və onların adına tərtib olunmuş çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı **********, **********, ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmişlər **********73, **********59, **********01 və **********41 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən ünvan 12 14 saylı mənzilin 1 otağı 4Ə-387 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında Məmmədov Adil Oruc oğlunun adına, 5 otağı 4Ə-388 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında X7 adına, digər 1 otağı isə 4Ə-386 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilmişdir. Həmin bağışlama müqavilələri və bölgü sxemi əsasında sözügedən mənzil 3 yerə bölünərək - ünvan 12 14 saylı mənzil üzərində Məmmədov Adil Oruc oğlunun, ünvan 12 14B saylı mənzil üzərində X7 və ünvan 12 14F saylı mənzil üzərində isə X14 mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna uyğun daşınmaz əmlakın dövlət reyestrindən **********, ********** və ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, ünvan 12 14B saylı mənzil X15 və X12 arasında bağlanmış 4Ə- 2137 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına özgəninkiləşdirilmiş və buna uyğun daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Bundan başqa, ünvan 12 14 saylı mənzil üzərinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2635/2021 saylı, xx.xx.2021 tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Həmçinin qeyd olunan ünvanda yerləşən 14, 14B və 14F saylı mənzillərə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 2263/2025 saylı mülki iş mövcuddur. Qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilir. Üçüncü şəxs X12 tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı1 və digərlərinin cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Ərazi İdarəsinə qarşı Çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə bir iddi ərizəsi ilə məhkəməyə müraciət etmək üçün onların subyektiv hüquqları yoxdur. Belə ki, İddiaçı1 və digər iddiaçılar miras əmlakın qəbulu ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022-ci saylı 02 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 X13, Məmmədov Adil Oruc oğluna və X16 qarşı «daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair» iddia ərizəsi qismən təmin edilmiş, X4 X13, X19 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli «daşınmaz əmlakın bağışlanması müqavilələri» etibarsız hesab edilmiş, iddia qalan hissədə, yəni hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair hissədə təmin edilməmişdir (iddiaçılar bu halı iddia ərizələrində şəxsi maraqlarına görə göstərməmişlər). Həmin iş üzrə iddiaçılar qeyd olunan məhkəmə qətnaməsi ilə razılaşmış və apelleyasiya şikayəti verməmişlər, qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Bundan 03 (üç) il keçdikdən sonra hazırki iş üzrə İddiaçı1 yenidən, mahiyyəti üzrə eyni iddia ilə, cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı «qanun üzrə vərəsəlik şəhadətnaməsinin, daşınmaz əmlaka dair Çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair» iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4234/2024 saylı 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən X13 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2263/2025 saylı 27 may 2025-ci il tarixli qətnaməsi ilə (X23) qeyd olunan qətnamə tamamilə ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti prosessul müddət ötürülməklə verildiyindən, şikayət geri qaytarılmışdır. Nəticədə qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, hazırki iş üzrə iddiaçıların vərəsəlik hüquqları məhkəmələr tərəfindən tanınmamışdır. X13 özünə məxsus olan mənzili 2024-cü ilin fevral ayında X2, üçüncü şəxs həmin şəxsdən mənzilin dəyərini tam şəkildə ödəməklə 2024-cü ilin noyabr ayında almışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Məmmədov Adil Oruc oğlu, X13 və X19 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X20 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2011-ci il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri 10 saylı dövlət notariat kontorunun dövlət notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 15 mart 2011-ci ildə vəfat etmiş Məmmədov Oruc Vəli oğlunun vərəsəsi Bakı şəh., C.Hacıbəyli küç., ev 54, m 14-də qeydiyyatda olan həyat yoldaşı X5r. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ yə MHQİ tərəfindən 28,01.1999-cu il tarixdə verilmiş 1011 saylı reyestr kitabının 151821-ci səhifəsində 30\151821 və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəh. Əİ tər. xx.xx.2011-ci il tar, 11/25305 saylı Arayışa əsasən mərhum Məmmədov Oruc Vəli oğluna məxsus olan Bakı şəhəri, Nərimanov r-nu, Ceyhun Hacıbəyli küç. 54) saylı evdə yerləşən ümumi sahəsi 155,3 kv.m., o cümlədən yaşayış sahəsi 118.1 kv.m. olan 7 (yeddi) otaqlı 14 nömrəli şəxsi mənzildən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-386 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ü/s 155.3 kv.m, yaş sah. 118.1 kv.m, yar.sah. 37.2 kv.m olan 7 otaqlı, 14 nömrəli mənzilin 19.1 kv.m 1 otaq hədiyyə alan X14 mülkiyyətinə vermişdir. Reyestrdə 4Ə-387 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ü/s 155.3 kv.m, yaş sah. 118.1 kv.m, yar.sah. 37.2 kv.m olan 7 otaqlı, 14 nömrəli mənzilin 11.5 kv.m 1 otaq hədiyyə alan Məmmədov Adil Oruc oğlunun mülkiyyətinə vermişdir. Reyestrdə 4Ə-388 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ü/s 155.3 kv.m, yaş sah. 118.1 kv.m, yar.sah. 37.2 kv.m olan 7 otaqlı, 14 nömrəli mənzilin 87.5 kv.m 5 otaq və köm. sah 37.2 kv.m hədiyyə alan X7 mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 14 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Məmmədov Adil Oruc oğlunun adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-103 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X13 ünvan 15 ünvanında yerləşən mənzili X10 mülkiyyətinə vermişdir. Reyestrdə 4Ə-2137 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X15 ünvan 15 ünvanında yerləşən mənzili X6 mülkiyyətinə vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2635/2021 nömrəli Qərardadı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 14 ünvanındakı mənzilin və qarajın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-99/2022 nömrəli Qətnaməsi ilə X4 X13, X19 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 5883/2023 nömrəli Qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, 25.01,2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-871/2024 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdeh Məmmədov Adil Oruc oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 7, xx.xx.2022-ci il tarixli qətnaməsi 16 aprel 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 99/2022 nömrəli, xx.xx.2022-ci tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə tərəfimizdən icra edilmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, 14 nömrəli mənzilinə dair Bakı şəhəri 14 saylı notariat ofisində X8 iiə X19, Məmmədov Adil Oruc oğlu və X13 arasında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilərək qeydiyyatı 4Ə-386, 4Ə-387, 4Ə-388 reyestr nömrəsi ilə aparılmış daşınmaz əmlakın bağışlanması müqavilələri xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və reyestr kitabında, həmçinin, “Elektron notariat” X1 müvafiq qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 17 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 12 14 saylı mənzilin 1 otağı 4Ə-387 reyestr nömrəli, xx.xx.2017 ci il tarixli bağışlanma müqaviləsi əsasında Məmmədov Adil Oruc oğlunun adına, 5 otağı 4Ə 388 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi əsasında X7 adına, digər 1 otağı isə 4Ə-386 reyestr nömrəli, xx.xx.2017-cı ıl tarixii bağışlanma müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilmişdir Həmin bağışlama müqavilələri və bölgü sxemi əsasında sözügedən mənzil 3 yerə bölünərək ünvan 12 14 saylı mənzil üzərində Məmmədov Adil Oruc oğlunun, ünvan 12 14B saylı mənzil üzərində X7 və ünvan 12 14F saylı mənzil üzərində isə X14 mülkiyyət hüququ tanınmışdır. Əlavə olaraq bildirilir ki, ünvan 12 14 saylı mənzil üzərinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)~2635/2021 saylı, xx.xx.2021 tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. Həmçinin bildirilir ki, qeyd olunan ünvanda yerləşən 14, 14B və 14F saylı mənzillərə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-2263/2025 saylı mülki iş mövcuddur. Qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. IV. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia ərizəsinin məzmunundan görünür ki, birgə iddiaçılar ünvan 1 ünvanına dair Məmmədov Adil Oruc oğlunun adına, ünvan 2 ünvanına dair X14 adına, ünvan 3 ünvanına dair X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini tələb etmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki mübahisənin həlli üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilir ki: - ünvan 2 ünvanına dair X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat reyestrdə 4Ə-386 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən həyata keçirilmişdir (Qeydiyyat nömrəsi: **********). - ünvan 1 ünvanına dair Məmmədov Adil Oruc oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat reyestrdə 4Ə-387 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən həyata keçirilmişdir (Qeydiyyat nömrəsi: **********). - ünvan 3 ünvanına dair X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat reyestrdə 4Ə-388 nömrə ilə qeyd olunan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən həyata keçirilmişdir (Qeydiyyat nömrəsi: **********). Məhkəmə xüsusilə nəzərə alır ki, birgə iddiaçılar iddia tələbinin predmeti olan daşınmaz əmlakın üçüncü şəxslərin adına qeydiyyata alınmasına əsas olunmuş Daşınmaz Əmlakın Bağışlanması Müqavilələrini mülki məhkəmə icraatı qaydasında mübahisələndirmiş və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı əsasında müvafiq müqavilələr etibarsız hesab edilmişdir (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-99/2022 nömrəli Qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-5883/2023 nömrəli Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-871/2024 nömrəli Qərarı iş materiallarına əlavə edilmişdir). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hüquqmüəyyənedici sənədin mövcudluğuna və hüquqi qüvvəsinə əsaslanır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı birbaşa olaraq qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədin etibarlılığından asılıdır. Hüquq müəyyənedici sənəd etibarsız hesab edildikdə, həmin sənəd əsasında aparılmış dövlət qeydiyyatı da müstəqil hüquqi əsasını itirmiş olur. Nəzərə alınmalıdır ki, dövlət reyestrində aparılan qeydiyyat yeni hüquq yaratmır, yalnız mövcud və qanuni əsaslara söykənən hüququ təsdiq edir. Hüquqi əsası aradan qalxmış bir qeydiyyatın qüvvədə saxlanılması hüquqi müəyyənlik və qanunçuluq prinsipləri ilə ziddiyyət təşkil edir. Hazırkı iş üzrə daşınmaz əmlaklar üzərində üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilmiş bağışlanma müqaviləsi olmuşdur və həmin müqavilələr qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarsız (bağlandığı andan) hesab edilmişdir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi həmin müqavilələrə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hüquqi əsasdan məhrum olması ilə nəticələnmişdir. Odur ki, birgə iddiaçıların müvafiq daşınmaz əmlaklara münasibətdə dövlət reyestrindən qeydiyyata dair çıxarşların ləğv edilməsi ilə bağlı tələbi qanuni və əsaslıdır. İddia təmin edilməli, ünvan 14 ünvanına dair X14 adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın; ünvan 1 ünvanına dair Məmmədov Adil Oruc oğlunun adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın; ünvan 15 ünvanına dair X7 adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. ünvan 14 ünvanına dair X14 adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. ünvan 1 ünvanına dair Məmmədov Adil Oruc oğlunun adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. ünvan 15 ünvanına dair X7 adına xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X25
Məhkəmə qərarları › İş №2-1(112)-9640/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9640/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver