Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9642/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin məişət zorakılığı haqqında iş üzrə 10 may 2022-ci il tarixli 5 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, qəbul edilmiş qərar qonşuların iştirakı olmadan yalnız anası X1 izahatına əsasən qəbul edilmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdehin məişət zorakılığı haqqında iş üzrə 10 may 2022-ci il tarixli 5 saylı qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X5, İddiaçı tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı Cavabdehnə ünvanladığı şikayət ərizəsinə məişət, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclasında baxılmış və İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, X4 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilmiş (11 may 2022-ci il - 11 iyun 2022-ci il), məişət zorakılığını törətmiş şəxs İddiaçı Vitaliyevna ünvan 3 ünvanında yaşadığından profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabacılayıcı iş aparılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, X6 ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda qızı İddiaçı ilə birlikdə yaşayır. Onun adına olan mənzil 3 otaqdan ibarətdir, 56.0 kv.metr ümumi, o cümlədən 40.9 kv.metr yaşayış və 15.1 kv.metr yardımçı sahəyə malikdir, təmirsizdir, kommunal şəraiti kafidir. Cavabdeh Məişət zorakılığı, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun katibi X8, qrupun üzvü X9 və Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin sahə rəisi, Polis baş leytenantı X3 iştirakı ilə İddiaçı yaşadığı ünvan 3 ünvanında baxış keçirilmişdir. Aydın olmuşdur ki, mənzil natəmiz və antisanitar vəziyyətdədir. İddiaçı həmin mənzildə 3 it və 2 tutuquşu saxladığı təsdiqlənmişdir. Müayinə iştirakçıları tərəfindən İddiaçı antisanitariya və natəmizliyin aradan qaldırılması ilə bağlı tədbir görməsi üçün xəbərdarlıq olunmuş, o, anasının qeyd etdikləri ilə razı olmadığını, bütün bunları onu mənzildən çıxarmaq üçün etdiyini bildirmişdir. 25-ci Polis bölməsinin sahə rəisi, Polis baş leytenantı X7 qeyd olunmuş ünvanı ciddi nəzarətdə saxlayacağını, edilmiş xəbərdarlıq nəticəsiz qalarsa, lazımi tədbirlər görüləcəyini vurğulamışdır. Mənzilə baxış zamanı qonşular evdə olmadığından, onların dəvət edilməsi mümkün olmamışdır. İddiaçı hazırda ona xəbərdarlıq edilməsi ilə bağlı bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları inzibati hüquq münasibətlərindən yaranmadığından ona inzibati mühakimə icraatı qaydasında baxılması mümkünsüzdür. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun): - 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması; - 1.0.9-cu maddəsinə görə mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt; - 5.2-ci maddəsinə əsasən məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 9.0-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur: - 9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; - 11.1-ci maddəsinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. - 11.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”na əsasən: - 1.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra - zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. - 1.4. Qanunun 7.0.8-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir. - 3.1. Məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir. - 3.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər. - 3.3. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır. - 4.1. Qanunun 9-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur: - 4.1.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; - 5.1. Qanunun 11-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. - 5.2. Müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. - 5.4. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəticəsində məişət zorakılığı yaranır. Məişət zorakığı ilə bağlı münasibətlər fiziki şəxslər arasında yaranan münasibətlərdən irəli gəlir və bu münasibətlərdə tərəf qismində zərər çəkmiş şəxs və zorakılığı törədən şəxs çıxış edir. Zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyət tətbiq etmək üçün qəbul edilən akt isə mühafizə orderi adlanır. Mühafizə orderi adından da göründüyü kimi, inzibati akt deyil, akt - sənəddir. Çünki “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Mühafizə orderinin məzumunu nəzərə alan məhkəmə qeyd edir ki, həmin sənəd ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni deyil, fiziki şəxslər arasında yaranmış münasibətləri tənzimləməyə yönəlmişdir. Qanunveciliyə əsasən qısa müddətli mühafizə orderini yerli icra hakimiyyəti orqanı, uzun müddətli mühafizə orderini isə ümumi məhkəmələr verir. Mühafizə orderinin müddət baxımından iki növü fərqləndirilsə də, mahiyyəti eynidir. Çünki Qanunun 10.2-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-4.4 əsasən isə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: 355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi; 355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Qanunvericiliyə əsasən uzunmüddətli mühafizə orderində əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları və sair nəzərədə tutulması təsbit edilsə də, bu hal onu mahiyyət etibarilə qısamüddətli mühafizə orderindən fərqləndirilməsi üçün əsas təşkil etmir. Belə olan halda aydındır ki, mühafizə orderi bir halda inzibati akt, digər halda isə sadəcə akt ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-1-ci fəsli məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatı tənzimləyir. Həmin Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məsələyə müraciət edən inzibati orqan olsa belə, mülki mühakimə icraatı qaydasında baxıldığından hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla oxşar münasibətlər olan məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanının qərarına da mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6alahova
Məhkəmə qərarları › İş №2-1(112)-9642/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9642/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver