Məhkəmə qərarları › İş №2-1(112)-9645/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9645/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9645/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və X8) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilə və ona aid cavabdeh tərəfindən tərtib edilmiş texniki göstəricilərdə ölçülərdə olan əmlakı Daşınmaz Əmlakın Dövlət Reyestrində ayrıca nömrə altında qeydə alıb müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə X14 və X8 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb olunmuşdurlar.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil bütöv halda xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətində olmuşdur. Mənzil 3 otaqdan, həmin binanın birinci mərtəbəsində yerləşən özünə aid yardımçı sahələri olan 17,0 kv.m olan ayrıca yaşayış otağından və həmin binanın üst mərtəbəsində yəni 3-cü mərtəbədə yerləşən sahəsi 17,4 kv.m 11,9 kv.m olan müstəqil olaraq yardımçı sahələrə malik iki yaşayış otağından ibarət olmaqqla 1-ci və 2-ci mərtəbədə уerləşəşmişdir. Mülkiyyətində olan həmin yaşayış otaqları yaşayış binasının layihəsinə uyğun olaraq fiziki, yəni naturada bir-birindən ayrı olmuşdur və hazırda da belədir. 09 fevral 1996-cı il tarixdə qeyd edilən ünvanda yerləşən mülkiyyətində olan 3 otaqlı mənziliə aid 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasənda vətəndaş X1, bağlanmış alqı-satqı müqaviləsi Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda 3.M-A-108 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı ildə, Tİ və MH qeydiyyatı idarəsi tərəfindən özünün və alıcı X4 adına ayrıca texniki pasportlar işlənilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil cavabdeh tərəfindən paylı mülkiyyət mülkiyyət hesab edilən 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında özünə, digər bir otaq isə alıcı Siatel Qəribovanın xüsusi mülkiyyətindədir. Cavabdeh bunu paylı mülkiyyətin 1/2 hissəsi hesab edir. Hazırda qeyd edilən ünvanda yeləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və mülkiyyətində yardımçı sahələri olqan 2 otaq və həmin ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 1 (bir) otaq yardımçı sahələrlə birlikdə tam olaraq tam əşya kimi daşınmaz əmlakın dövlət reyestrində 1477 nömrəli reyestr kitabının 134733 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yəni cavabdehlə ayrı-ayrılıqda mülkiyyətində olan, həmçinin müstəqil istifadə və sahib olma hüquqlarına malik olan əmlakın dövlət reyestrində eyni nömrə altında əsassız olaraq qeyd etmişdir, belə qeyd etmə cavabdehin mövqeyinə görə əmlakın paylı ümumi mülkiyyətdə olmasını ehtiva edir. Halbuki, qanunvericiliyə görə paylı ümumi mülkiyyətin əmələ gəlmə, yəni əldə etmə əsasları maddi hüquq normalına əsaslanan hüquqi hərəkətlərdir. Cavabdehin bu mövqeyi əsasızdır və müvafiq qanunvericiliyin tələblərinə söykənmir. Belə ki, qanunvericilik ümumi mülkiyyətin əmələ gəlməsi üçün iki və çox şəxsin birgə əmlakın əldə edilməsində ümumi səylərin, hüquqi hərəkətlərin etməsini zəruri hesab edir. Faktiki olaraq sözügedən əmlakın alıcısı ilə sözügedən paylı mülkiyyətin əmələ gəlməsində hər hansı bir hüquqi hərəkət etməmiş və ya əmlakın əldə edilməsin də birgə səylər etməmiş və ya birgə sərmayə qoymamışlar. Qanunun bu tələbi baxımından hazırda sözügedən əmlak birgə ümumi paylı əmlak hesab edilməsi qanunsuz və əsassızdır. Buna görə də hazırda qanuni olaraq mülkiyyətində olan və qeyd etdiyi ünvanda yerləşən əmlakın daşınmaz əmlakın dövlət reyestrində ayrı nömrə altında qeyd edib adına ayrıca çıxarışın verilməsini cavabdehdən xahiş etmiş və ərizəyə cavabdeh tərəfindən tərtib və təsdiq olunmuş mənzilin faktiki bölgü sxemini əlavə etmişdir. Cavabdeh özünün xx.xx.2024-cü il tarixli, 3-21-330/2-14375/2024 **********75 nömrəli cavabı ilə müraciətini təmin etməkdən imtina etmişdir və imtinasını ona təqdim etdiyi bölgü sxeminin digər mülkiyyətçilər tərəfindən imzalanmaması, Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə istinad (yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmam həyata keçirən orqan) qərarı əsasında aparılır) və əmlakı paylı mülkiyyətdə olan əşyaya dair sərəncamın verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirildiyindən belə razılaşmanın olmaması ilə əsaslandırmışdır. Hesab edir ki, çıxarışın verilməsindən imtinanın əsasları formal xarakter daşıyır, belə ki, hüquqi əsası yoxdur, qeyd etdiyi kimi xüsusi mülkiyyətində olan olan əmlak yəni iki otaq onun, həmin binanın birinci mərtəbəsində yerləşən bir otaq isə alıcının xüsusi mülkiyyətindədir, yəni sözügedən əmlakın ümumi paylı mülkiyyətlə heç bir əlaqəsi yoxdur. 1996-cı il tarixdə mülkiyyətində olan bir otaq tərəfindən X4 xeyrinə özgəninkiləşdirmiş, bu əqdin nəticəsi olaraq həmin bir otaqlı mənzil naturada ayrılaraq alıcı Siatel Qəribovanın mülkiyyətinə keçmişdir. Mənzil Məcəlləsinin 24.1-ci maddəsində nəzərdə tutulmuş "yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması, tikinti norma və qaydaların dəyişdirilməsi ilə əlaqədar hər hansı bir əlaqəsi yoxdur. "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 18.1.bəndinə əsasən əgər əvvəlki daşınmaz əmlakın birləşməsi, ayrılması, bölünməsi nəticəsində və ya hər hansı digər səbəbdən yeni daşınmaz əmlak obyekti yaranarsa, yeni yaranmış daşınmaz əmlak obyekti ilə əlaqədar İ fəslin "Reyestr nömrəsi" qrafasında yeni reyestr nömrəsi yazılır, 1 fəslin "Əvvəlki reyestr nömrəsi" qrafasında isə əvvəlki daşınmaz əmlak obyektinin reyestr nömrəsi göstərilir. Cavabdehlə yaranmış hazırki hüquqi mübahisənin predmeti daşınmaz əmlakın dövlət reyestrində ayrı nömrə altında qeyd edilməsi və müvafiq çıxarışın verilməsi təşkil etdiyindən hesab edir ki, qeyd edilən ünvanda yerləşən mülkiyyətində olan 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17 kv.m olan bir otaqlı mənzil 3 otaqlı mənzildən ayrılan daşınmaz əmlakdır, yuxarıda istinad etdiyi qaydalara uyğun olaraq yeni yaranmış həmin daşınmaz əmlaka yeni nömrə verərək dövlət reyestrində ayrıca nömrə altında qeyd edib ayrıca Çıxarış verməli olduğu halda cavbdeh bunu etməmişdir və nəticə etibarı ailə mülkiyyətçi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində və Mülki Məcəllədə xüsusi mülkiyyət hüququ haqqında olan müddəalardan irəli gələn hüquqlarını pozmuşdur.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış mənzilə dair təqdim edilmiş bölgü sxemi digər payçılar tərəfindən imzalanmamışdır. Bundan əlavə, yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmçinin məlumat üçün bildiririk ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında 2-1(82)-64/2015 saylı məhkəmə mübahisəsi mövcud olmuş, məhkəmənin 2-1(82)-64/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı Cabbar qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən evin üçüncü mərtəbəsində iddiaçının xüsusi mülkiyyətində olan iki otaqlı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə ona reyestrdən ayrıca çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(103)-812/2015 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-64/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunaraq İddiaçı Cabbar qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən evin üçüncü mərtəbəsində iddiaçının xüsusi mülkiyyətində olan iki otaqlı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə ona reyestrdən ayrıca çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

5. İddiaçının cavabdehin etirazına münasibəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilən xüsusatları və iş üzrə mövcud digər halları nəzərə alaraq hesab edir ki, ərizəyə qarşı edilmiş imtina əsassızdır, həmin imtinanın təkrarı kimi edilmiş etirazın dəlilləri iddianın predmetinə aid deyil, dəlillər formal mülahizə xarakteri daşıyır. Həm imtina cavabında həm də etirazda istinad edilmiş maddi hüquq normaların tələbləri iddia ərizəsi üzrə mübahisə predmetinə aid deyildir, həmin normalar tam başqa hüquq münasibətlərini tənzimləyir, iddianın sübutetmə predmetinə X9 tərəfindən əldə edilmiş daşınmaz əmlakın müvafiq icra qurumu tərəfindən dövlət reyestrində onun özünün adına verilmiş 10/1009 nömrəli reyestrində deyil onun adına verilmiş **********09-05101-093050 nömrə altında qeydə alınması daxildir. Hesab edir ki, məhkəmə məhz bu halı araşdırılmalı və nəticəsinə görə müvafiq qərar çıxarmalıdır. "Araşdırılmalı və aydınlaşdırılmalı hüquqi məsələ ondan ibarətdir ki, cavabdeh hansı hüquqi əsasla Siatel Qəribovanın xüsusi mülkiyyətində olan əmlak üzrə əmələ gəlmiş mülkiyyət hüququn dəyişikliyi onun öz adına verilmiş 30/1009 nömrəli reyestr nömrəsində deyil, iddiaçının adına 1995-ci il tarixdən mövcud olan **********09-05101-093050 nömrədə qeydə almışdır. Hesab edir ki, bu hərəkəti ilə cavabdeh orqan qanunsuzluğa yol vermişdir və bununla da "Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2. maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrar olunmaz daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. X5 şəxsi mülkiyyətində olan mənzilin texniki pasportunda aparılmış qeydlərdən görünür ki, sözügedən bir otaqlı daşınmaz əmlak (mənzil) ünvan 4 ünvanda yerləşir və 30/1009 nömrə altında dövlət reyestrində X3 adına qeydə alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 18.1-ci bəndinə əsasən əgər əvvəlki daşınmaz əmlakın birləşməsi, ayrılması, bölünməsi nəticəsində və ya hər hansı digər səbəbdən yeni daşınmaz əmlak obyekti yaranarsa, yeni yaranmış daşınmaz əmlak obyekti ilə əlaqədar İ fəslin "Reyestr nömrəsi" qrafasında yeni reyestr nömrəsi yazılır, İ fəslin "Əvvəlki reyestr nömrəsi" qrafasında isə əvvəlki daşınmaz əmlak obyektinin reyestr nömrəsi göstərilir. Bu qanun normasına görə Siatel Qəribovanın adına qeydə alınmış əmlak əvvəlki əmlakdan (3 otaqlı mənzildən) ayrılmış və yeni əmələ gəlmiş əmlak kimi onun özünün adına olan reyestr nömrə altında qeydə alınmalıdır. Mülki qanunvericiliyə görə mübahisəli hüquq münasibətinə tətbiq olunan maddi hüquq normalarının səhv təfsir olunması və tətbiq edilməli olan normaların tətbiq olunmaması qanun pozuntusu hesab edilir. Cavabdehlə hüquq münasibətinə 1996-cı il tarixdə daxil olmuşdur. O zaman qüvvədə olan əvvəlki qanunvericiliyə görə Daşınmaz əmlak dair hər ikisinə, yəni özü və Siatel Qəribovanın adına dövlət reyestr orqanında reystr nömrəsi verilmişdir, hesab edir ki, X3 və X12 paylı mülkiyyət hüquqlarının qeydiyyatı adına olan reyestr nömrəsindən silinməlidir və bu haqda müvafiq qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənləri və istinad etdiyi hüquq normaların tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m olan mənzilə mülkiyyət hüququ 1 otaqdan (1/2 hissə) ibarət hissədə X10 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə, 1 otaqdan (1/2 hissə) ibarət hissədə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə, 2 otaqdan ibarət hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, notarius tərəfindən təsdiqlənmiş bölgü sxemi payçılar tərəfindən imzalanmamışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 Əli iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir

12. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda ½ hissədə pay hüquqlarının **********09-05101-093050 nömrəli dövlət reyestrində aparılmış qeydin silinib, həmin əmlaka dair hüquqların 30/1009 nömrəli dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, məhkəmə iddiaçının həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciətinin olmamasını, həmçinin iddiaçının hüquqi marağı sözügedə ünvana dair ayrıca ünvan verilməklə payların ayrılmasına yönəldiyini nəzərə alaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etməmişdir.

17. Hazırda tələb iddiaçının paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinin ona məxsus hissəsinin bölünməsi və həmin hissəyə ayrıca yeni ünvanın (çıxarışın) verilməsidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

19. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir.

20. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış mənzildən istifadə ilə bağlı İddiaçı və digər paylı mülkiyyətçilər arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, iddiaçı mübahisəli daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə ona məxsus olan 2 otaqdan ibarət hissəsi üzrə yeni çıxarışın verilməsini xahiş edir, lakin həmin mənzil faktiki olaraq yerdə qalan hissələrdə, yəni 1 otaq - 1/2 hissədə digər paylı mülkiyyətçi X13, 1 otaq - 1/2 hissədə X6 məxsus mənzilin bir hissəsi olmaqla, birlikdə vahid mənzil daxilində yerləşir. Sözügedən mənzilə dair təqdim edilmiş bölgü sxemi digər payçılar tərəfindən imzalanmamışdır. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar mənzilin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsində qeyd olunur: İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).

22. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar